14 Aprel 2012 04:04
889
Mədəniyyət
A- A+
Əfsanələr real tarixdən söz açır

Əfsanələr real tarixdən söz açır

 

Dağlar diyarı Gədəbəy açıq səma altında zəngin bir muzeyə bənzəyir. Rayonda bir dünya, 81 ölkə və 24 yerli əhəmiyyətli abidə qeydə alınıb. Gədəbəyin hər guşəsində qala və qalaçalar, müdafiə istehkamları, məbəd və türbələr diqqəti cəlb edir. Koroğlu qalası, (ona Cavanşir qalası da deyirlər.) Cənnət qala, Qız qalası, Zəngi qalaE Hərəsi bir sənət əsəri, xalqın mənəvi tarixinin əvəzsiz yadigarıdır.

Dünya əhəmiyyətli Böyük Qalaça Söyüdlü kəndinin ərazisində yerləşir. Əslində bu nəhəng daşlardan hörülmüş uca bir qala - dağdır. Mütəxəssislərin fikrincə, ilk dəmir dövründə tikilib. Söyüdlü kəndinin digər bir "möcüzəsi" Qız qalasıdır. O da yüksək bir qayalığın başında, son dərəcə mənzərəli, füsunkar bir guşədə yerləşir. Beş ədəd dairəvi sütundan ibarətdir. Hamısı da kərpiclə hörülüb. İlk baxışda giriş-çıxış yerləri görünmür. Sütunlar hündürlüyünə və diametrinə görə bir-birindən fərqlənir. Cəm halında bu kompleks qədim bir şəhəri xatırladır.

Gədəbəyin ən mənzərəli yerlərindən biri də Qalakənddir. Rayon mərkəzindən xeyli aralı, Şəmkir çayının sahilində, uca dağların, sıx meşələrin qoynunda yerləşir. Böyük Qaramurad kəndi yaxınlığındakı Zəngli qala da elə ilk baxışdan diqqəti cəlb edir.

Ümumən Gədəbəy abidələri Azərbaycanın ulu tarixinin canlı nümunələri, elmi ədəbiyyatda Gədəbəy - Xocalı mədəniyyəti kimi tanınan qədimi bir mərhələnin danılmaz təzahürüdür. Gədəbəy-Xocalı mədəniyyəti isə özlüyündə iki minillik bir tarixi dövrün - Tunc dövrünün arxeoloji təsdiqidir.

Əbəs demirlər ki, əfsanə, rəvayət tarix deyil. Amma əfsanələr, rəvayətlər tarixsiz də deyildir. Heç şübhəsiz hər qala, hər məbəd, hər kurqan müxtəlif rəvayətlərlə, əfsanələrlə zəngindir. Müəyyən tarixi həqiqətlərə söykənən həmin rəvayətlərdə, əfsanələrdə isə xalqın taleyi görünür, ruhu, mənliyi yaşayır.

Gədəbəy rayonunun "Azərbaycanın əfsanələr paytaxtı - 2012" elan olunması heç də təsadüfi deyil. Bu günlərdə rayonda həmin adın təqdimat mərasimi keçirildi. İlk öncə məxsusi olaraq bu mühüm tədbir üçün hazırlanmış yeddi bölmədən ibarət sərgiyə baxış keçirildi. "Arxeoloji əfsanələr", "Memarlıq əfsanələri", "Turizm əfsanələri", "Simens əfsanələri", "Saz və söz əfsanələri", "Əfsanəvi həmyerlilər" və bir də "Qəhrəmanlıq əfsanələri". Burada beş yüzdən artıq müxtəlif arxeoloji material, sənəd, şəkil, məqalə, kitab və s. nümayiş etdirilirdi.

Rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə mərasim iştirakçılarını salamladı və "Əfsanələr paytaxtı" nominasiyasının kubokunu və diplomunu mədəniyyət və turizm şöbəsinin müdiri Fazilə Məmmədovaya təqdim etdi.

Mədəniyyət evinin direktoru Etibar Əliyev abidələrin mühafizəsi, əfsanə və rəvayətlərin tədqiqi ilə əlaqədar görülən tədbirlərdən ətraflı danışdı. Qeyd edildi ki, hazırlıq dövründə nominasiya tələblərinə uyğun olaraq geniş tədbirlər həyata keçirilib. Abidələrin təbliği üçün fotosərgilər təşkil olunub, kartatekalar, fotobukletlər, "Gədəbəyin tarixi abidələri" və "Həyatımızda Simens izləri" adlı kitablar nəşr edilib. Bu sahədə aparılan işlər Azərbaycan-Almaniya Dostluq Cəmiyyətinin "Körpü" mükafatına layiq görülüb.

Açılış mərasiminə yerli rəssamların əsərləri, qədimi məişət əşyaları, aşıqların və müğənnilərin ifaları xüsusi yaraşıq verdi.

Tədbir iştirakçılarından biri, ağsaqqal Kərəm Məmmədov dedi ki, mən neçə vaxtdı belə sözlü-söhbətli, ulu tariximizə gur işıq saçan maraqlı-məzmunlu mədəniyyət tədbirini görməmişəm. Burada yerin altını üzə çıxaran canlı tarixi gördüm, əvəzsiz memarlıq nümunələrini gördüm, rayonun yüksəliş sürətini gördüm, turizmin gündən-günə artan yollarını gördüm. Bütün bunlar isə dağlar diyarının ulu tarixindən, xoş sabahından xəbər verir, əfsanələr qədim diyarın real tarixindən söz açır. Biz bu tarixi müntəzəm öyrənir və hər zaman onunla fəxr edirik.

 

Əhməd İSAYEV,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Düşənbədə FAO-nun Regional Konfransının 35-ci sessiyası keçirilir

17:43
13 May

Bərdədə baytar həkim və aqronomlar üçün maarifləndirici seminar keçirilib

17:34
13 May

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:28
13 May

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

17:08
13 May

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub  

17:03
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:01
13 May

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

16:53
13 May

Hörmüzün yaratdığı problemlər artmaqdadır

16:48
13 May

Trampın təyyarəsi Çinə eniş edib

16:41
13 May

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

16:39
13 May

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib  

16:39
13 May

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur  

16:38
13 May

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

16:33
13 May

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

16:26
13 May

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

16:23
13 May

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

16:19
13 May

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam

16:15
13 May

Xankəndinin “gənclər şəhəri” kimi inkişafı planlaşdırılır

16:00
13 May

“ASAN xidmət”in nümayəndə heyəti Venesuelada

15:41
13 May

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

15:37
13 May

Azərbaycanı “AGF Trophy” turnirində 16 idman gimnastı təmsil edəcək

15:25
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!