09 May 2026 09:00
674
Mədəniyyət
A- A+
Qorxmaz döyüşçü, vətənpərvər müəllim

Qorxmaz döyüşçü, vətənpərvər müəllim


Tarixə ölümlə, qanla yazılan  1941-1945-ci il müharibəsindən 81 il ötür. İkinci Dünya müharibəsi adlandırdığımız o savaşda elə bir ailə, elə bir ev olmamışdır ki, öz əzizini itirməsin. Onların fədakarlığı, qəhrəmanlığı Azərbaycanın silinməyən tarixidir. 

Əslən Ağsu rayonundan olan və sonralar həyatını Sumqayıtla bağlayan Rübabə Əzizovanın atası Səfər Şıxəliyev İkinci Dünya müharibəsinin odlu yollarını keçib. O, 1920-ci il noyabrın 20-də Şamaxı qəzasında - Ağsunun Rəhimağalı kəndində doğulub. Boy-buxunlu və cüssəli idi. 1942-ci ilin yanvarında cəbhəyə gedib və 1945-ci ilin mart ayınadək döyüşlərdə iştirak edib. Səfər Şıxəliyevin ağır döyüş yolu Kaluqa, Tula, Smolenski, Belarusdan keçib.  

1943-cü ilin payızında baş serjant Səfər Şıxəliyevin döyüşdüyü 1320-ci atıcı alayına Belarusdakı Pin bataqlığını düşməndən azad etmək əmri verilmişdi. Hücuma gecəyarı başlandı, avtomatlar işə düşdü. Faşistlərin fişənglərindən ətraf aydın görünürdü. Səfər Ərəbuşağılı kəndindən Əziz və İlxıçılı kəndindən Xankişi ilə bir yerdə  döyüşürdü. Həmin döyüşdə düşmənin 5 tankı elə yerindəcə susduruldu. 

Sovet qoşunları Qərbi Belarusa tərəf irəliləyirdi. Səfər Şıxəliyevin atıcı alayı Qomel şəhəri yaxınlığındakı çayı düşməndən azad etmək, sahildəki kiçik təpədə istehkam yaratmış düşmənə ağır zərbə endirmək barədə əmr almışdı. Amma 3 gün idi ki, çaya yaxın düşmək mümkün deyildi. Üçüncü gecə səhər üzü alay hücuma keçdi. Gözlənilməz hücumdan qorxuya düşən faşistlər müqavimət göstərsələr də, bunun mənasız olduğunu bilib sahili tərk etdilər. Həmin döyüşdə faşistlərin xeyli döyüş ləvazimatı ələ keçirildi. 

Göstərdiyi şücaətə görə həmyerlimiz Səfər Şıxəliyev "İgidliyə görə" medalına layiq görüldü. "Şöhrət" ordeni isə Qərbi Belarus uğrundakı igidliklərinin yadigarıdır. Ona ordeni cəbhə komandanı şəxsən təqdim etmişdi. 

Sonralar  yaralanan Səfər Ryazandakı hospitalda müalicə olunur. 1945-ci il iyun ayının 5-dək müalicəsini başa vurub vətənə dönmüşdür.

 Müharibədən sonra indiki Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alan Səfər Ağsu rayonunun bir neçə kəndində, o cümlədən Çaparlı kənd səkkizillik məktəbində çalışmış, uzun illər məktəb direktoru olmuşdur. Səfər müəllim tarix və coğrafiya fənlərini tədris etməklə yanaşı, yetirmələrinin vətənpərvər ruhda böyümələri üçün səmərəli iş aparmışdır. 

O, həm də el ağsaqqalı, tanınmış ziyalı idi. El-obada hamı bir işə başlayanda onunla məsləhətləşərdi, hər hansı bir iş Səfər müəllimin xeyir-duası ilə baş tutardı. Nümunəvi ailə başçısı olan S.Şıxəliyev həm də Ağsudan yeganə döyüşçü olmuşdur ki, "Şöhrət" ordeni ilə təltif edilmişdi. Gənclərə örnək olan Səfər müəllim 1997-ci ildə dünyasını dəyişmişdir. 


Sübhan QULİYEV,

"Sumqayıt" qəzetinin baş redaktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026: Seneqal İraqı darmadağın edib

02:21
27 İyun

Futbol üzrə dünya çempionatı: Fransa Norveçi məğlub edib

01:44
27 İyun

Silahı Qüvvələr Günü Azərbaycan və Türkiyə hərbi orkestrlərinin bayram konserti ilə qeyd olunub

22:53
26 İyun

Zelenski: Ukrayna Rusiyaya müharibənin sona çatması ilə bağlı təkliflər verib

22:17
26 İyun

Vitse-qubernator: Qarabağda uşaq bağçasının tikintisi Azərbaycanla dostluğun rəmzidir  

21:57
26 İyun

Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb

21:46
26 İyun

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

21:30
26 İyun

Tramp: İranın dron hücumu atəşkəs sazişinin pozulmasıdır

20:41
26 İyun

Peskov Rusiyanın ABŞ-nin gələcək vasitəçilik səylərinə açıq olduğunu bildirib  

19:37
26 İyun

Bakı AQEM Gənclər Şurasının 9-cu iclasına ev sahibliyi edib

19:17
26 İyun

Venesuelada baş verən zəlzələnin qurbanlarının sayı artır

18:26
26 İyun

Hərbi qulluqçuların sağlamlığı daim diqqət mərkəzindədir  

17:47
26 İyun

MDB İqtisadi Şurası 2030-cu ilədək əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

17:33
26 İyun

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub

16:57
26 İyun

Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi baş tutub

16:53
26 İyun

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edilib

16:34
26 İyun

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib  

16:08
26 İyun

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

15:48
26 İyun

Silahlı Qüvvələr Günü Bərdədə hərbçilərin yürüşü ilə qeyd edilib

15:47
26 İyun

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıda tikilən uşaq bağçasında görülən işlərlə tanış olub

15:41
26 İyun

Türkiyə hökuməti və iqtidar partiyası Azərbaycan Silahlı Qüvvələrini təbrik edib

15:28
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!