06 Dekabr 2024 23:09
560
DÜNYA
A- A+
Dünyanın ən sürətli 2 qramlıq robotu

Dünyanın ən sürətli 2 qramlıq robotu

Çinin Beihang Universitetinin tədqiqatçılarının hazırladıqları mikro robot sürət və bacarığı ilə rekord qırıb. Cəmi 15 mm uzunluğunda və 2 qram ağırlığında olan “BHMbot-B” dünyanın ən sürətli mikro robotlardan biri seçilib.

İrəli və geri hərəkət qabiliyyətinə görə unikal olan böcək formasındakı robotun hərəkət mexanizmi elektromaqnit ötürücü sisteminə əsaslanır. Daxilindəki maqnit bobin və birləşdirici mexanizm alternativ cərəyan vasitəsilə titrəmə yaradır. Bu titrəmələr robotun irəli və ya geri hərəkət etməsinə şərait yaradır. Hərəkət istiqaməti isə titrəmə tezliyinin dəyişdirilməsi ilə idarə olunur və robot istiqamətini çevirmədən hərəkət edir. Öz çəkisindən 32 dəfə ağır yükləri daşıya bilan “BHMbot-B” şüşə, qum və hətta əyri borular kimi müxtəlif səthlərdə problemsiz şəkildə hərəkət edə bilir.

Tədqiqatçılar robotun bacarıqlarını daha da inkişaf etdirmək üçün çalışmaları sürətlə davam etdirirlər. Növbəti mərhələdə robotun avtonom naviqasiya və ətraf mühiti dərk etmə qabiliyyətləri ilə təchiz olunması planlaşdırılır.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!