“Dünyanın ən modern ölkələrində olmuşam, amma Ağalı kimi müasir kənd görməmişəm” – “GünazTV”nin rəhbəri
Yolboyu gəldikcə işğaldan azad olunmuş torpaqları görüb istər-istəməz narahat olursan. Bir tərəfdə abad Bakı, digər tərəfdə viran qoyulmuş yurd yerləri. Amma Ağalıya çatanda hiss edirsən ki, burada həyat yenidən başlayır. Ən yaxşısı da budur ki, elə buradan başlayır. Yəni sərhəddən...
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında erməni işğalından azad olunan Zəngilanın Ağalı kəndinə səfər edən Güney Azərbaycanın milli fəalı, “GünazTV”nin rəhbəri Əhməd Obalı söyləyib.
“Ağalının videosunu, şəkillərini görmüşdüm, yazılardan oxumuşdum. Amma belə gözləmirdim, çox gözəldir. Mən dünyanın ən modern ölkələrində də olmuşam, amma Ağalı kimi müasir kənd görməmişəm. İnfrastrukturun sistemli qurulması, inzibati binaların bir mərkəzdə olması – möhtəşəm layihədir. Prezident İlham Əliyev Azərbaycanı abad etmək üçün əlindən gələni edir və biz bunu Ağalının timsalında görürük. Dünyanın harasında belə kənd var? Mən 38 ildir Amerikada yaşayıram, orada belə kənd yoxdur. Azad olunmuş torpaqlarımızın hamısının belə olacağına inanıram”, - deyə o qeyd edib.
Erməni işğalından azad olunan Laçının əhəmiyyətinə də toxunan Əhməd Obalı bildirib ki, Azərbaycan Prezidenti Ağalını belə tikibsə, Şuşada gözəl layihələr davam edirsə, Laçın, Kəlbəcər də gözəl olacaq: “Laçına xüsusi diqqət yetirilməsi vacibdir. Çünki onu xaraba qoyanlar sərhədin o tərəfindən baxıb ömür boyu peşman olacaqlar, deyəcəklər ki, “həyat bax, bu cür olmalıdır”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zəfər gəncləri
02 Fevral
Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Hüquqi şəxslərin dövlət...
02 Fevral
"Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Hüquqi şəxslərin dövlə...
02 Fevral
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
02 Fevral
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan R...
02 Fevral
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
02 Fevral
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan R...
02 Fevral
"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyiş...
02 Fevral
Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azə...
02 Fevral
"Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Az...
02 Fevral
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
“Mən son on ildə Prezident Əliyevdən çox şey öyrənmişəm…"01 Fevral 2023

İran terrora son qoymalıdır29 Yanvar 2023

Sadiq dost, əsl tərəfdaş27 Yanvar 2023

İlham Əliyevin sülh gündəliyi25 Yanvar 2023

Azərbaycanın nailiyyətləri daha böyük inkişafın başlanğıcıdır24 Yanvar 2023

Qisas qiyamətə qalmadı20 Yanvar 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!