Dövlət Sərhəd Xidməti 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçirir
Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi yaddaşlara həkk olunmuş 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən silsilə tədbirlər keçirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 20-də general-polkovnik Elçin Quliyevin başçılığı ilə Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib, faciə qurbanlarının əziz xatirəsini dərin ehtiramla anaraq, məzarları üzərinə güllər düzüblər.
Dövlət Sərhəd Xidmətinin aparatında davam edən anım tədbirində iştirakçılar əvvəlcə faciənin ildönümü ilə əlaqədar hazırlanmış fotosərgiyə baxış keçiriblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə 32 il əvvəl sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğın nəticəsində Vətən fədailərinin xalqımızın azadlığı, suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqları, həmin müdhiş gecədən uzun illər keçməsinə baxmayaraq, şəhidlərin fədakarlığının hər zaman minnətdarlıqla və ehtiramla anıldığı, 20 Yanvar faciəsinin xalqımızın tarixinə, qan yaddaşına təkcə hüzn deyil, həm də cəsurluq, milli ruhun sarsılmazlığının təzahürü kimi daxil olduğu qeyd edilib.
Qanlı faciədən dərhal sonra ulu öndər Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu qırğını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdığı vurğulanıb. 20 Yanvar hadisələrinə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin də yalnız ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra verildiyi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı fərman və sərəncamların imzalandığı, 20 Yanvar tarixinin Ümumxalq Hüzn Günü elan edildiyi bildirilib.
Bu gün ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhunun şad olduğu, onların qanlarının yerdə qalmadığı, 30 illik torpaq həsrətinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan şanlı Zəfər sayəsində son qoyulduğu, ərazilərimizin erməni işğalından azad olunduğu, “Dəmir yumruğ”un düşməni darmadağın etdiyi qeyd olunub.
Tədbirin sonunda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Milli Məclis sədrinin müavini Adil Əliyev: Azərbaycan-Litva münasibətləri strateji tərəfdaşlıq ruhun...
22 May
Azərbaycan xarici işlər nazirinin müavini Finlandiya Respublikasında işgüzar səfərdə olub ...
22 May
İyirmi iki mindən çox abituriyent qəbul imtahanı verib
22 May
Prezident İlham Əliyev Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gəlib ...
22 May
Ceyhun Bayramov ilə Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
22 May
Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu mükafatlandırılıb ...
22 May
Mario Draqi: İtaliya Ukraynanın Avropa İttifaqına üzv olmasını dəstəkləyir
22 May
Sabah bəzi yerlərdə yağış yağacaq
22 May
Müdafiə Nazirliyi həftəlik videoicmalı təqdim edib
22 May
Gürcüstanın din xadimləri Şuşa şəhərində səfərdədirlər
22 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!