22 Dekabr 2021 13:13
1308
Təhsil
A- A+

Dövlət İmtahan Mərkəzi və ali təhsil müəssisələri arasında görüş keçirilib YENİLƏNƏCƏK

 

Dekabrın 22-də Azərbaycan Respublikasının bir sıra ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə Dövlət İmtahan Mərkəzi (DİM) və ali təhsil müəssisələri arasında əməkdaşlığa həsr olunmuş görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, qonaqlar görüşdən əvvəl ölkəmizdə milli qiymətləndirmə üzrə tarixi əks etdirən muzeylə tanış olublar. Onlara milli qiymətləndirmə sisteminin yaradılması və inkişaf tarixi barədə məlumat verilib. Həmçinin DİM-də hazırlanıb quraşdırılmış və qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi nümayiş etdirilib.

Daha sonra iştirakçılarla görüş keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ölkəmizdə təhsildə qiymətləndirmə sisteminin daha da inkişafına nail olmaq üçün çoxtərəfli müzakirələrin böyük əhəmiyyət kəsb etdiyini və təhsilalanlar üçün keyfiyyətli təhsil mühitinin yaradılmasında ali təhsil müəssisələrinin aparıcı rolunu qeyd edib.

M.Abbaszadə deyib: “Uzun illərdir ki, Azərbaycanda keçirilən qəbul imtahanlarının nəticələri təhlil edilir və iştirakçıların göstəriciləri daimi olaraq izlənilir. Hazırda DİM-də imtahan nəticələri, onların statistik təhlili ilə bağlı böyük həcmli məlumat bazası formalaşıb və ali təhsil müəssisələri öz qəbul strategiyalarını müəyyən edərkən bu məlumatlardan istifadə edə bilərlər”.

Tədbirdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları, qiymətləndirmə sahəsində yeni mexanizm və alətlərin yaradılması kimi məsələlər də müzakirə edilib. Həmçinin DİM tərəfindən ali təhsil müəssisələri ilə əməkdaşlıq sahələri üzrə hazırlanan təkliflər rektorlara təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video