09 Noyabr 2025 19:01
539
SİYASƏT
A- A+
Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  


Vətən müharibəsində Zəfərin 5–ci ildönümünə həsr olunmuş Hərbi parad növbəti dəfə Azərbaycanın gücünü göstərdi. Paradda Azərbaycan Ordusunun arsenalına yeni hərbi texnikaların əlavə edildiyinin də şahidi olduq və bu texnikalar ilk dəfə məhz bu paradda nümayiş olundu. Parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi. Budəfəki paradda qardaş Türkiyə ilə Pakistanın da iştirakı növbəti birlik nümunəsi, həmçinin türk və islam dünyasına həmrəylik mesajı idi. Bir sözlə Qarabağın azadlığı bütün türk və islam dünyasının qürur mənbəyidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O bildirib ki, 44 günlük savaşda mənəvi-siyasi dəstəklə Bakının yanında olan Ankara və İsamabad bu gün də bu dəstəyi davam etdirir.

Azərbaycan isə dost-qardaş dəstəyini hər zaman yüksək qiymətləndirir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin başlamasının əsas siyasi və hərbi səbəblərinə diqqət çəkdi. Bəyan etdi ki, uzun müddət davam edən danışıqların nəticə verməməsi müharibəni qaçılmaz edirdi. Bu vəziyyət sona qədər davam edə bilməzdi. Ermənistan isə öz xoşu ilə bizim tarixi torpaqlarımızdan çıxmaq niyyətində deyildi. Düşmənin havadarlarının da niyyəti bəlli idi – Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək. Heç şübhəsiz, Azərbaycan xalqı və dövləti bu işğalla barışa bilməzdi və barışmadı.

Deputat qeyd edib ki, Prezidentin uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyə tam hazır idi. Biz həm hərbi, həm siyasi-iqtisadi, həm də beynəlxalq hüquq nöqteyi-nəzərindən buna hazır idik.

Ali Baş Komandanın da söylədiyi kimi, “Biz güc toplayırdıq və aydan-aya, ildən-ilə gücümüz artırdı. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim Zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi”. Təbii ki, Azərbaycanda ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, vətənpərvər gənc nəsil, xalq-iqtidar birliyi də Qələbəmizi şərtləndirən əsas amillərdən biri idi.

Azərbaycan Silahlı Qüvvələri isə tam döyüş hazırlığı vəziyyətində idi. Dünyanın 50 ən güclü ordusundan biri kimi istənilən tapşırığın öhdəsindən gələ bilərdi. “Yeni torpaqlar uğrunda yeni müharibə” niyyətinə düşən Ermənistan ordusunu darmadağın etmək elə də çətin deyildi. Hər günü qələbə ilə yadda qalan 44 günlük Vətən müharibəsinin gedişi bunu bir daha təsdiqlədi. Beləliklə, Azərbaycan döyüş meydanında qalib gəlməklə bütün dünyada güclü dövlət, müzəffər xalq kimi tanındı və qəbul edildi.

“Azərbaycan şanlı Zəfərdən ötən 5 il ərzində daha da güclənib. Müharibənin qalibi olan Azərbaycan həm də sülhün qalibidir. İşğaldan azad olunmuş ərazilərimizin sürətli bərpası, böyük qayıdışın təmin olunması Azərbaycanın gücünün göstəricisidir. Təsadüfi deyil ki, qardaş Türkiyə Azərbaycanın Zəfərini Qafqazda davamlı sülhə gedən yolun məhək daşı kimi qiymətləndirir. Rəcəb Tayyib Ərdoğan regionda sülhün bərqərar olmasının Asiyadan Avropaya qədər bütün bölgənin rifahına xidmət edəcəyini bildirdi. Dost Pakistan isə Azərbaycanın bu qələbəsini “suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin təntənəsi, ümid yeri” hesab edir. Beləliklə, Azərbaycan Zəfərin 5-ci ildömünüdə növbəti yüksək səviyyəli Hərbi parad təşkil etməklə hərbi-siyasi, eləcə də iqtisadi qüdrətini nümayiş etdirmiş oldu”, - deyə N.Məmmədova əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tailandın Kralı əlahəzrət Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya

01:29
06 Dekabr

Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

01:29
06 Dekabr

"Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları"nın təsdiqi və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi"ndə dəyişiklik edilməsi haqqında

01:27
06 Dekabr

"Etibarlı Tərəfdaş Konsepsiyası"nın təsdiq edilməsi haqqında

01:26
06 Dekabr

Etibarlı Tərəfdaş Konsepsiyas

01:26
06 Dekabr

Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları

01:24
06 Dekabr

"Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə

01:22
06 Dekabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Müvafiq qanunvericiliyə əsasən imtiyazlı kateqoriyadan olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması" adlı təkrar müsabiqə keçirir

01:22
06 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:21
06 Dekabr

Tramp 2025-ci il FIFA Sülh mükafatına layiq görülüb  

23:44
05 Dekabr

Nizami Kino Mərkəzində Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi olub VİDEO  

23:43
05 Dekabr

Futbol üzrə dünya çempionatının püşkü atılıb – YENİLƏNİB 2  

23:34
05 Dekabr

Tramp: FIFA Dünya Kubokuna bilet satışında bütün dövrlərin rekordunu yeniləmişik  

21:31
05 Dekabr

Moldova səfiri: Azərbaycanla əməkdaşlıq dinamik və səmərəli şəkildə inkişaf edir  

20:58
05 Dekabr

 “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsi Ali Məclis komitələrinin birgə iclasında müzakirə edilib  

20:28
05 Dekabr

Ədliyyə naziri Bərdədə vətəndaşların müraciətlərini dinləyib  

20:27
05 Dekabr

“Equinor” Şimal dənizində iki yeni qaz və kondensat yatağı kəşf edib  

20:11
05 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib  

19:51
05 Dekabr

Azərbaycan və Gürcüstanın hakim partiyaları gənclər sahəsində əməkdaşlığı gücləndiriblər  

19:41
05 Dekabr

Avropada təbii qaz qiymətinin ucuzlaşmasına təsir edən faktorlar açıqlanıb

19:32
05 Dekabr

Koreya Respublikasının ölkəmizdəki səfiri Şəkidə olub  

19:21
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!