28 Mart 2024 12:44
148
CƏMİYYƏT
A- A+

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər  

 

“Qış aylarında sıx öskürən uşaqların sayı artır. Belə hallarda daha çox bronxit diaqnozu səsləndirilir”.

AZƏRTAC Bakı Baş Səhiyyə Mərkəzinin mətbuat xidmətinə istinadla bildirir ki, bunu mərkəzin strukturuna daxil olan 5 nömrəli Uşaq Poliklinikasının həkim-pediatrı Məhsəti Nəcəfova deyib. O qeyd edib ki, bronxit - ağciyərlərə hava daşıyan bronx şaxələrinin iltihablaşması xəstəliyidir. Kəskin və xroniki olmaqla iki yerə ayrılır. Xəstəliyin törədiciləri - viruslar, bakteriyalar (bəzən eyni vaxtda hər ikisi), göbələk, toksik, allergik və digərləri olur.

Həkimin sözlərinə görə, xəstəlik bir yaşa qədər körpələrdə çox vaxt bronxiolit şəklində rast gəlinir: “Bu ən kiçik bronx şaxələrinin iltihablaşması prosesidir. Kəskin bronxitin simptomları kimi tutma şəkilli öskürək, döş qəfəsində ağrı, tənəffüs zamanı xırıltıların olması, baş ağrıları və digərlərini göstərmək olar. Xroniki bronxit uzun sürən gedişlə, əsasən, kəskinləşmə və remisiyaların bir-birini əvəz etməsi ilə xarakterizə olunur. Bu zaman uşaqlarda bronx divarının selikli qişasında daimi ödəm müşahidə olunur ki, bu da təngnəfəslik və nəfəs darlığı əlamətləri ilə özünü büruzə verir”, - deyə həkim bildirib.

Pediatr onu da qeyd edib ki, obstruktiv bronxit daha təhlükəlidir. Bu da daimi tənəffüs pozulması ilə xarakterizə olunur. Virus formasında tənəffüs yoluna qrip, paraqrip, adenovirus, enterovirus, respirator sinsitial virus, rinovirus və digərləri daxil olur və xəstəliyin kliniki forması üzə çıxır. Yoluxma, əsasən, hava-damcı, kontakt-məişət yolu ilə yaranır. Xəstə uşağın qabları, oyuncaqları ilə təmasda olduqda sağlam uşaq da yoluxa bilər.

M.Nəcəfovanın sözlərinə görə, xəstəliyin diaqnostikası qanın ümumi analizi, bəlğəmin müayinəsi, döş qəfəsinin rentgen müayinəsi, spiroqrafiya, KT, MRT, bronxoskopiya yolu ilə həyata keçirilir: “Xəstəliyin müalicəsinə gəldikdə isə, mütləq həkim-mütəxəssis tərəfindən müayinə olunmalıdır. Özbaşına müalicələr xəstəliyin xronikləşməsinə və ya digər ağırlaşmalara səbəb ola bilər. Otağın nisbi rütubətinə nəzarət etmək, xəstəliyin törədicisinə uyğun müalicə seçmək, fizioterapiya, inqalyasiyalar, UYT, elektrofarez tətbiq olunur. Profilaktik tədbirlər kimi təmiz havada çox olmaq, düzgün qidalanma, xəstə uşaqlarla təmasdan çəkinmək tövsiyə edilir”.

Həkim-pediatr bronxitin pnevmoniya, bronxial astma, göyöskürək, kistik fibroz kimi xəstəliklərlə bənzərlik təşkil etdiyini, dəqiq diaqnozun qoyulması üçün ilkin səhiyyə xidməti müəssisələrində fəaliyyət göstərən həkim-mütəxəssislərə müraciət etməyin zəruriliyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video