Çövkən oyunu üzrə “Prezident Kuboku”nun final görüşü keçirilib
Dekabrın 24-də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının birgə təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku”nun final görüşü keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, 8-ci dəfə təşkil olunan “Prezident Kuboku” turnirində bu dəfə yalnız DNT təhlili vasitəsilə valideyn mənsubiyyəti müəyyən edilmiş milli cins atlarımız olan “Qarabağ” və “Dilbaz”dan istifadəyə icazə verilib.
Çövkən qədim zamanlardan Azərbaycanda atüstü oyun kimi geniş yayılıb. Bu yarışların keçirilməsinin əsas məqsədi xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim tarixə malik atçılıq ənənələrinin bərpasından ibarətdir. Bu oyun yarış zamanı istifadə edilən, ağacdan hazırlanmış alətin adı ilə (çövkən, çovgan, çoğan) belə adlandırılıb.
Bu yarışda hər komandada 5 atlı olmaqla milli cins atlarımız “Qarabağ” və “Dilbaz” iştirak edib. İndiyədək 6 komandanın iştirakı ilə ümumilikdə 10 oyun keçirilib. Final görüşündə “Buta Golden” və “Polad” komandaları birincilik uğrunda mübarizə aparıb. “Buta Golden” komandası rəqibini 2:1 hesabı ilə üstələyərək “Prezident Kuboku”nun qalibi olub. Qalib komandanın üzvləri mükafat və kubokla təltif olunublar.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 50000 manat təşkil edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində işt...
26 Aprel
Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb
26 Aprel
“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib
26 Aprel
XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib
26 Aprel
Xocavənddə partlayıcı vasitələr aşkarlanıb
26 Aprel
Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib
26 Aprel
Böyük yazıçı, alim və pedaqoq
26 Aprel
“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
26 Aprel
“Azeri Light” markalı neft ucuzlaşıb
26 Aprel
Türkiyənin məşhur HALK TV-nin "Yeni bir sabah" proqramında "Azərbaycan" qəzetinin manşeti barədə məl...
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!