Çin dövləti sürətlə inkişaf edən Azərbaycan ilə münasibətlərin daha da möhkəmləndirilməsində maraqlıdır
Bakıda səfərdə olan Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Xarici İşlər üzrə Komitəsinin sədri Li Caosinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 21-də Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Əhmədov ölkələrimiz arasındakı dostluq münasibətlərinin qədim tarixindən danışmış, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu və bunun dövlətlərimizin və xalqlarımızın maraqlarına xidmət etdiyini diqqətə çatdırmışdır.
Ə.Əhmədov Çin nümayəndə heyətinin Azərbaycana səfərinin parlamentlərarası əlaqələrin genişləndirilməsinə yeni töhfələr verəcəyinə əminliyini bildirmişdir.
Görüşdə qonaqlara demokratik inkişaf yolu keçən Azərbaycanın iqtisadi, siyasi və digər sahələrdə əldə etdiyi uğurlar barədə ətraflı məlumat verilmişdir.
Li Caosin ölkəsinin sürətlə inkişaf edən Azərbaycan ilə münasibətlərin daha da möhkəmləndirilməsinə böyük önəm verdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Çin nümayəndə heyəti səfər çərçivəsində Bakıda bir sıra səmərəli görüşlər keçirmiş, Azərbaycan paytaxtı, mədəniyyəti, tarixi abidələri ilə daha yaxından tanış olmuşlar. Li Caosin ölkəmizi və xalqımızı müxtəlif sahələrdə qazanılan böyük uğurlara görə təbrik etmişdir.
Sonra görüşdə parlamentlərarası əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılmışdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
Karlo Ançelotti: Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur
27 Aprel
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel
Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi
27 Aprel
“WhatsApp”a parolsuz giriş olacaq
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!