13 Fevral 2026 22:06
260
SİYASƏT
A- A+
Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında Tramp Marşrutu layihəsinin əhəmiyyətindən danışıb  

Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında Tramp Marşrutu layihəsinin əhəmiyyətindən danışıb  


Fevralın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Avrasiyanın Strateji Nizamının Müəyyənləşdirilməsi: Orta Dəhliz - Sabitlik, Sülh, Təhlükəsizlik və Bağlantılar üzrə Avropa Təhlükəsizlik Gündəliyi” mövzusunda panel müzakirələrində çıxış edib. Paneldə, həmçinin Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, Ceyhun Bayramov Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ölkəmizin mövqeyi və xüsusilə də tarixi Vaşinqton Sammitindən sonra atılan addımlar, Azərbaycanın regional təhlükəsizlik və sabitlik istiqamətində həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verib.

Ermənistana istiqamətlənən yüklərə münasibətdə tranzit məhdudiyyətlərinin aradan qaldırılması, Azərbaycandan Ermənistana neft məhsullarının satışı istiqamətində atılan addımların son onilliklər ərzində görünməmiş dərəcədə sabit mühitin formalaşmasına töhfə verdiyi qeyd edilib.

Bununla yanaşı, Ermənistan tərəfindən də yüklərin Azərbaycandan keçməklə üçüncü ölkələrə ixrac edilməsinə müvafiq icazə verilməsinin, beyin mərkəzlərinin nümayəndələrinin və ekspertlərin görüşlərinin əhəmiyyətli etimad quruculuğu tədbirləri olduğu vurğulanıb.

Tərəflər arasında paraflanmış sülh sazişinin imzalanması və normallaşma gündəliyinin daha da irəli aparılması baxımından Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və Vaşinqton Bəyannaməsinə uyğun olaraq Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin icrasında real irəliləyişin əldə olunmasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Prezident İlham Əliyevin siyasətinin bölgəmizin regional rəqabət və konfrontasiya məkanına çevrilməməsi istiqamətində tədbirlərə kökləndiyi xatırladılıb.

Nazir panel müzakirələrində, həmçinin Azərbaycanın Orta Dəhlizin gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı infrastruktur işləri, investisiyaları və regional tərəfdaşlarla normativ-hüquqi əlaqələndirmə tədbirləri barədə məlumat verib.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükaşırma prosedurlarının asanlaşdırılması məqsədilə Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan arasında birgə Yol Xəritəsinin qəbul edildiyi bildirilib, bunun nəticəsində tranzit müddətlərinin əhəmiyyətli dərəcədə azaldığı və yük daşımalarının həcminin artdığı qeyd edilib.

TRIPP təşəbbüsü də daxil olmaqla inklüziv bağlantı layihələrinin əhəmiyyəti diqqətə çatdırılıb, bu çərçivədə Avropa İttifaqının daha fəal iştirak potensialı, Türkiyənin və Gürcüstanın da regional nəqliyyat əlaqələrinin inkişafında vacib rolu qeyd edilib.

Bununla yanaşı, regional bağlantıların inkişafı istiqamətində ölkəmizin Mərkəzi Asiya ilə həyata keçirdiyi birgə layihələr və səylər diqqətə çatdırılıb.

Panel müzakirələri daha sonra sual-cavab sessiyası ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıdakı Zəfər parkından Bolqarıstandakı Şuşa parkına

09:10
14 Fevral

"Şəfəq"dən Macarıstan şirkətinə də pay düşdü

09:05
14 Fevral

Uzun yolun qısa xülasəsi

09:00
14 Fevral

Mədəni irsimizi əks etdirən ekran yaddaşı

08:55
14 Fevral

İnformasiya təhlükəsizliyi hər zaman prioritetdir

08:50
14 Fevral

Xəyanətkar Mehdiyev-Kərimli ittifaqı qanun qarşısında cavab verəcək

08:45
14 Fevral

Xarici ölkənin xüsusi xidmət orqanları ilə gizli əlaqəyə girənlər ifşa olundu

08:40
14 Fevral

Yeni dövrün hədəfləri reallıqda öz təsdiqini tapır

08:35
14 Fevral

Xalq-Prezident birliyi möhtəşəm uğurlara yol açıb

08:30
14 Fevral

Azərbaycanın inkişaf tarixinin qürurverici dövrü

08:25
14 Fevral

Prezident İlham Əliyev bəyan etdiyi məqsədlərə ardıcıllıqla nail olur

08:20
14 Fevral

Arzuları reallığa çevirən güclü Lider

08:15
14 Fevral

Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atır

08:10
14 Fevral

Azərbaycan məqsədlərinə doğru inamla irəliləyir

08:05
14 Fevral

İki ilin uğur salnaməsi və yeni strateji hədəflər

08:00
14 Fevral

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT MƏSLƏHƏTÇİNİN İXTİSASINA ƏSASLANAN SEÇİM (MİƏS)

02:12
14 Fevral

REQUEST FOR EXPRESSIONS OF INTEREST CONSULTANT’S QUALIFICATIONS BASED SELECTION (CQS)

02:11
14 Fevral

Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib

02:08
14 Fevral

Almaniya Kansleri: Azadlığımızı qonşularımızla birlikdə qoruyuruq  

23:04
13 Fevral

Prezident: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir  

22:41
13 Fevral

Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir  

22:33
13 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!