22 Aprel 2026 09:20
347
CƏMİYYƏT
A- A+
Biz niyə başıaşağı olmuşuq

Biz niyə başıaşağı olmuşuq


Bir vaxtlar insanlar yol gedərkən ətrafı seyr edər, düşünər, bəzən də, sadəcə, susub iç dünyasına qulaq asardılar. İndi isə başımız aşağıdır — amma düşüncəyə deyil, əlimizdəki smartfona. Sanki hamımız görünməz bir ip ilə telefonlarımıza bağlanmışıq. Evdə, ictimai nəqliyyatda, küçədə, hətta sükan arxasında belə bu bağlılıqdan qurtula bilmirik.

Telefon artıq, sadəcə, ünsiyyət vasitəsi deyil. O, həm dostdur, həm əyləncə, həm xəbər mənbəyi, həm də sanki istirahət vasitəsi. Yorulduqda onu götürürük, darıxanda ona sığınırıq, hətta bəzən real həyatdan daha maraqlı hesab edirik onu. Bu isə tədricən bizi ətrafımızdan uzaqlaşdırır, sosial münasibətlərimizə təsir edir.  Eyni otaqda oturan doğmalar belə bir-biri ilə deyil, smartfonlarla “söhbət edir”, bir evin içində sözlərini, fikirlərini onun vasitəsilə çatdırırlar.

Metroda, avtobusda diqqət etsək görərik ki, demək olar, hamının başı aşağıdır. Kimisi sosial şəbəkələrdə gəzir, kimisi videolara baxır, kimisi yazışır, kimisi də oyun oynayır. Kənardan baxanda hamı ətrafından xəbərsiz görünür. Halbuki başının üstündə qoca, uşaq, əlil dayanıb. Lap bu olmasa belə həmin an kimsə qəzet oxuya, pəncərədən baxıb düşünə, ya da, sadəcə, beynini bir az dincəldə bilərdi. Amma biz dəqiqələr çəkən bu boşluqdan səmərəli istifadə etmirik. Çünki telefon bu boşluğu dolduran ən asan vasitəyə çevrilib.

Bu mərəzin daha təhlükəli tərəfi isə sükan arxasında və ya yol keçərkən özünü göstərir. Bir neçə saniyəlik diqqət yayınıqlığı bəzən geri dönüşü olmayan nəticələrə səbəb olur. Amma buna baxmayaraq, “bir mesaj yazım”, “tez baxım” düşüncəsi üstün gəlir. Bu, artıq, sadəcə, vərdiş deyil, asılılıqdır. İnsan riskin fərqində olsa belə özünü saxlaya bilmir.

Evdə də vəziyyət eynidir. Ailə üzvləri bir araya gəlsə də, hər kəs öz telefonu ilədir. Belə olanda birlikdə keçirilən vaxtın keyfiyyəti azalır, halbuki ən dəyərli anlar məhz ailə birliyindədir. Amma biz bunu çox vaxt gec anlayırıq.

Boş qalan vaxtı telefondan istifadə ilə doldurmağa çalışmağın əsas səbəbi rahatlıq və əlçatanlıqdır. Telefon bizə hər şeyi asanlıqla verir – məlumatı, əyləncəni, ünsiyyəti. Beyin isə həmişə asan olanı seçir. Üstəlik, sosial şəbəkələr insanın diqqətini saxlamaq üçün hazırlanıb — hər “bildiriş”, hər “layk” kiçik bir məmnunluq hissi yaradır və biz bunu təkrar-təkrar yaşamaq istəyirik. 

Amma bu zaman biz əlimizdəki cihazın sağlamlığımıza vurduğu zərərlərin fərqinə varmırıq. Telefondan hədsiz istifadə istər fiziki, istərsə də psixoloji səviyyədə  özünü göstərir. Bəzən fərqində olmadan saatlarla eyni vəziyyətdə, başıaşağı, hərəkətsiz smartfona baxmaq ciddi problemlərlə nəticələnir.  Fiziki baxımdan ilk zərbə gözlərə dəyir. Ekrana uzun müddət fokuslanmaq göz quruluğu, yanma hissi və bulanıq görmə yaradır. Xüsusilə qaranlıq mühitdə telefondan istifadə bu təsiri daha da gücləndirir. Uzun müddətdə bu hal görmə zəifliyinə və göz yorğunluğunun xroniki hala keçməsinə səbəb ola bilər. Bununla yanaşı, davamlı aşağı baxmaq boyun fəqərələrinə həddindən artıq yük salır. Bu, zamanla bel ağrılarına, duruş pozğunluğuna və onurğa problemlərinə gətirib çıxarır. Telefondan davamlı istifadə diqqətsizliyə, yuxu rejiminin pozulmasına  da səbəb olur. Mütəxəssislərin bildirdiyinə görə, yatmazdan əvvəl telefona baxmaq beynin istirahətə keçməsini gecikdirir. Ekrandan gələn işıq melatonin hormonunun ifrazını azaldır və bu da yuxuya getməyi çətinləşdirir. Nəticədə səhərlər yorğun oyanmaq, gün ərzində enerjisizlik və diqqətsizlik yaranır.

Amma bir sual maraqlıdır: biz smartfonlardan istifadə edirik, yoxsa onlar bizdən? Əgər gün ərzində neçə dəfə səbəbsiz telefona baxdığımızı hesablasaq, bəlkə özümüz də təəccüblənərik. Bu, artıq nəzarətdən çıxaraq  vərdişə, hətta asılılığa çevrilib.

Texnologiya həyatımızı asanlaşdırmaq üçündür. Amma düzgün istifadə etmədikdə o, bizi idarə etməyə başlayır. Əsas məsələ balansı qorumaq və real həyatı virtual dünyadan üstün tutmağı bacarmaqdır. Bəzən bu cihazı kənara qoymaq, real dünyaya qayıtmaq, boş vaxtları daha faydalı fəaliy-yətlərlə – idman, kitab oxuma, açıq havada gəzinti və doğmalarla ünsiyyətə vaxt ayırmaqla doldurmaq lazımdır. Yol gedərkən başımızı qaldırıb ətrafa baxmaq, yaxınlarımızla göz təması qurmaq, sükan arxasında isə yalnız yola fokuslanmaq — bunlar kiçik, amma çox vacib vərdişlərdir.

Çünki həyat smartfonda deyil, o, başımızı qaldırdığımız anda başlayır.

Başınızı dik tutun!


Nərminə ƏSGƏROVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BTQ layihəsi Gürcüstan, Azərbaycan və Türkiyənin regional logistika və nəqliyyat mərkəzləri kimi rolunu gücləndirir  

22:29
18 May

WUF13: MINURVI sessiyasında şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf vurğulanıb  

21:54
18 May

Bakıda WUF13 çərçivəsində Liderlər Sammiti keçirilib

21:13
18 May

ABŞ rəsmisi: İran mövqeyini dəyişməsə, Birləşmiş Ştatlar danışıqları bombalar vasitəsilə davam etdirməli olacaq  

20:48
18 May

WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də  

20:18
18 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimində Azərbaycanla bağlı nümayiş etdirilən videoçarx paylaşılıb VİDEO

20:16
18 May

Meksika səfiri: Bakıda əldə olunan təcrübəni gələcək fəaliyyətlərimizdə nəzərə alacağıq  

20:13
18 May

Tokayev: Orta Dəhliz Avrasiya logistikasının strateji elementinə çevrilir  

20:03
18 May

Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqlənib  

19:51
18 May

Qazaxıstan rəsmiləri WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olublar  

19:45
18 May

“Vindzor Kral Atçılıq Şousu - 2026” başa çatıb  

19:41
18 May

İrakli Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı bütün detallar razılaşdırılıb

19:17
18 May

Daxili işlər naziri Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb

19:15
18 May

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

19:14
18 May

Deryageldi Orazov: Bu gün şəhərlər sürətlə dəyişən qlobal iqtisadiyyatın əsas mərkəzləridir  

19:13
18 May

Kənd təsərrüfatı naziri Qarabağda təsərrüfatlara baş çəkib, fermerin müraciətlərini dinləyib

19:12
18 May

İoane Navaikula: Biz WUF13-də əldə etdiyimiz pozitiv təcrübələri öz ölkələrimizdə tətbiq etməliyik

19:11
18 May

  ABB-nin yeni sövdələşməsi “Davr-Bank”ın reytinqinə təsir edəcək

19:11
18 May

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq

19:10
18 May

Dünya mediası Bakıda keçirilən WUF13-ü diqqət mərkəzində saxlamaqda davam edir 

19:09
18 May

Ukrayna Baş nazirinin müavini: WUF13 müzakirələrinin Bakıda aparılması bizim üçün önəmlidir

19:08
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!