23 Sentyabr 2026 11:43
166
CƏMİYYƏT
A- A+
Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib  

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib  


Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyadan bildirilib ki, sədr Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran əsas prioritet istiqamətlər barədə məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlimi uğurla başa vuran vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, ona vəsiqə təqdim edilərək gələcək fəaliyyətində uğurlar arzulanıb.

Həmçinin iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçirilməsi, müəyyən müddətə vəkillik fəaliyyətinin dayandırılması, habelə müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad olunması ilə bağlı müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Bundan başqa, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən təşkil ediləcək “Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası”nın XII və Milli Məhkəmə Müsabiqəsinin XVI buraxılışlarının keçirilməsinə maddi dəstək göstərilməsi ilə bağlı müraciət müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə ELSA Azərbaycan təşkilatına 3000 manat məbləğində maddi dəstək göstərilməsi qərara alınıb.

Eyni zamanda, “Feniks” Vəkil Bürosunun təsis edilməsi ilə bağlı müraciətə baxılıb və müsbət qərar qəbul edilib.

İclasda Vəkillərin İntizam Komissiyasının rəyləri də müzakirə olunub. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilə töhmət verilib, daha 2 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə edilib, onların həlli istiqamətində müvafiq qərarlar qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

11:44
23 Sentyabr

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib  

11:43
23 Sentyabr

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

11:42
23 Sentyabr

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında

11:39
23 Sentyabr

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməyib

11:37
23 Sentyabr

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib  

11:36
23 Sentyabr

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda  

11:34
23 Sentyabr

Yol polisi “2026 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə müraciət edib

11:33
23 Sentyabr

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

11:32
23 Sentyabr

Ağdərədəki “Dəmirli” Filiz Emalı Kompleksində 1342 nəfər daimi işlə təmin olunub 

11:30
23 Sentyabr

Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq

11:29
23 Sentyabr

“Azəralüminium”un elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq - Dövlət Proqramı  

11:28
23 Sentyabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

11:27
23 Sentyabr

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir 

11:26
23 Sentyabr

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq -Dövlət Proqramı

11:25
23 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq

11:22
23 Sentyabr

"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək

11:21
23 Sentyabr

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

10:51
23 Sentyabr

Metronun “28 May”-“Nizami” sahəsində tunel işləri planlı şəkildə davam etdirilir  

10:48
23 Sentyabr

Vəkillər Kollegiyasının sədri “LEGIS” proqramının qalibinə mentorluq edəcək

10:47
23 Sentyabr

Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb  

10:47
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!