23 Sentyabr 2026 09:37
130
CƏMİYYƏT
A- A+
Azərbaycana payız gəldi

Azərbaycana payız gəldi


Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05-də daxil oldu.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından AZƏRTAC-a verilən məlumata görə, bu zaman gecə ilə gündüz demək olar ki, bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən gündüzün uzunluğu tam 12 saat olmur və gecədən bir qədər artıq olur. Günəş illik hərəkəti zamanı göy ekvatorunu kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayır. Bundan sonra Şimal yarımkürəsində gündüzlər tədricən qısalır, gecələr isə uzanmağa başlayır.

Fəsillərin dəyişməsi Yerin Günəşdən məsafəsinin dəyişməsi ilə deyil, Yerin Günəş ətrafında hərəkəti və fırlanma oxunun orbit müstəvisinə təxminən 66.56° meyilli olması ilə bağlıdır. Məhz bu meyillilik nəticəsində il ərzində Günəş şüalarının Yer səthinə düşmə bucağı dəyişir və fəsillər yaranır.

2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək və dekabrın 22-də qış günəşduruşu ilə başa çatacaq. Həmin andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq

11:22
23 Sentyabr

"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək

11:21
23 Sentyabr

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

10:51
23 Sentyabr

Metronun “28 May”-“Nizami” sahəsində tunel işləri planlı şəkildə davam etdirilir  

10:48
23 Sentyabr

Vəkillər Kollegiyasının sədri “LEGIS” proqramının qalibinə mentorluq edəcək

10:47
23 Sentyabr

Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb  

10:47
23 Sentyabr

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:45
23 Sentyabr

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşır 

10:42
23 Sentyabr

Vahid məktəbli forması təhsildə bərabərlik prinsipini gücləndirir

10:40
23 Sentyabr

Yalçın Rəfiyev BMT-nin yüksəksəviyyəli həftəsinin ikinci günündə bir sıra tədbirlərdə iştirak edib

10:39
23 Sentyabr

Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

10:38
23 Sentyabr

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib  

10:34
23 Sentyabr

V.Zelenski ABŞ-də təxminən 20 görüş keçirəcək

10:30
23 Sentyabr

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər  

10:21
23 Sentyabr

E.Makron D.Trampla Ukrayna infrastrukturunun qorunmasını müzakirə edib

10:20
23 Sentyabr

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

10:17
23 Sentyabr

Azərbaycanla Səudiyyə Ərəbistanı birlikdə möhtəşəm quruculuq layihələri həyata keçirir  

10:16
23 Sentyabr

Sabah Bakıda "Formula-1" - sürət həyəcanı başlayır

10:10
23 Sentyabr

Yardımlıda kənd təsərrüfatının inkişafı məsələləri müzakirə olunub

10:00
23 Sentyabr

Neftçalada kənd təsərrüfatında innovativ vasitələrin tətbiqi mövzusunda təcrübə öyrənilir

09:50
23 Sentyabr

Şəmkirdə dövlət proqramı üzrə görülən işlər müzakirə edilmişdir

09:40
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!