11 May 2025 09:45
23897
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Məişət zorakılığına məruz qalan şəxs özünü qorumaq üçün nə etməlidir?


Səbahət DADAŞOVA,

Xaçmaz rayonu


- Sualınızda qeyd olunan halların qarşısının alınması "Məişət zorakılığının qarşısının alınması haqqında", "Psixoloji yardım haqqında" qanunlarda, Mülki və Cinayət Prosessual məcəllələrdə və digər əlaqəli qanunvericilik aktlarında qeyd olunmuşdur.

Qanunun 6-cı maddəsinə uyğun olaraq, məişət zorakılığından zərər çəkən şəxsin və ya onun ailə üzvünün şikayəti əsasında ərazi üzrə polis orqanı tərəfindən araşdırma aparılmalıdır. Araşdırma zorakılıq törədən şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin olub-olmamasından asılı olaraq həyata keçirilir. Əgər şəxsin əməlində cinayət tərkibinin əlaməti varsa, polis orqanı tərəfindən cinayət təqibi aparılır və bu zaman polis orqanı zərurət olduqda zərərçəkmiş şəxsin dövlət vəsaiti hesabına hüquqi yardımla, dərhal tibbi yardımla, yardım mərkəzində müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə təmin edilməsi, habelə onun barəsində psixoloji reabilitasiya və psixoloji korreksiya kursunun aparılması məqsədilə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat göndərməli, məişət zorakılığının yaranmasına səbəb olan halları aşkar etmək və onların qarşısını almaq istiqamətində tədbirlər görməli, məişət zorakılığının qarşısının alınmasını, onun təkrarlanmamasını, araşdırmanın aparıldığı müddət ərzində zərərçəkmiş şəxsin təhlükəsizliyini təmin etməli, habelə zərərçəkmiş şəxsə mühafizə orderinin verilməsi ilə əlaqədar tədbirlər və sair əlaqəli işləri görməlidir.

Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılarkən zərərçəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi hüququ izah edilir.

"Mühafizə orderi" dedikdə məişət zorakılığı törətmiş şəxsin zərərçəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt başa düşülməlidir. Zərərçəkmiş şəxsə qısamüddətli (polis orqanı tərəfindən) və ya uzunmüddətli (məhkəmə tərəfindən) mühafizə orderi verilir. Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilir: a) məişət zorakılığının təkrar törədilməsi; b) zərərçəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması; c) zərərçəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.

Uzunmüddətli mühafizə orderində yuxarıda qeyd olunanlarla yanaşı, aşağıdakılardan biri və ya bir neçəsi göstərilir: a) məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları; b) yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi; c) zərərçəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri; d) mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmasının izah edilməsi haqqında məlumat.

Bundan başqa, zəruri hallarda zərərçəkmiş şəxsə hüquqi yardım göstərmək, onu dövlət yardım mərkəzində müvəqqəti sığınacaq (2 ay müddətinədək), geyim və qida məhsulları, tibbi və "Psixoloji yardım haqqında" qanuna müvafiq qaydada psixoloji yardımla təmin etməklə bağlı araşdırma aparan orqan tərəfindən tədbirlər görülür.

Əlavə edək ki, siz zərərçəkmiş şəxs olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 860 "Qaynar xətti"nə hüquqi yardım alınması və digər qabaqlayıcı tədbirlərlə bağlı müraciət edə bilərsiniz.


- Bir şəxsin iş yerindəki davranışı digər işçiləri narahat edirsə, kimisə psixoloji təzyiqlərə məruz qoyursa, bu halda hansı hüquqi addımlar atıla bilər? 


Səma TEYMUROVA, 

Bakı şəhəri


- Sualınızda qaldırılan məsələ BMT-nin 1966-ci il tarixli İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktı, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənməkdədir.

Paktın 7-ci maddəsinə əsasən, hər kəsin onun təhlükəsizliyinə təminat verən ədalətli və münasib iş şəraiti hüququ vardır.

Əmək Məcəlləsinin 9, 12, 14 və 186-cı maddələrinə görə: a) işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq, həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək hüququ; b) işəgötürənin işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq vəzifəsi; c) həmçinin dövlətin işçilərin sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması üzrə vəzifələri mövcuddur.

Təhlükəsiz əmək şəraiti dedikdə həmçinin işçilərin öz əmək funksiyalarını hər hansı təzyiqdən kənar icra etməsi üçün yaradılmış şərait başa düşülməlidir. Bu şəraitin yaradılmaması işçinin hüququnun kobud pozuntusu olaraq qiymətləndirilə bilər.

Beləliklə, siz baş vermiş hadisədən yaranmış hüquqlarınızın pozulması ilə bağlı qanunvericiliyə uyğun olaraq, işəgötürənə (rəhbərliyə və ya insan resursları şöbəsinə) yazılı müraciət edə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət təqdim edə, əgər daxili imkanlar nəticə verməzsə, öz yaşayış yerinizin məhkəməsinə müraicət edə bilərsiniz.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı ilə MERCOSUR arasında azad ticarət sazişi imzalanıb  

23:41
17 Yanvar

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub  

23:03
17 Yanvar

Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub  

20:16
17 Yanvar

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!