29 Mart 2024 13:22
373
İQTİSADİYYAT
A- A+

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

 

Energetika Nazirliyində “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış komissiyanın növbəti iclası keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, komissiyanın sədri energetika naziri Pərviz Şahbazov çıxış edərək Sərəncamın icrası ilə bağlı gündəlikdə duran məsələlərə diqqət çəkib, sonuncu iclasdan ötən dövr ərzində layihələrin gedişi haqqında danışıb və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dörd yeni bərpa olunan enerji stansiyasının təməlinin qoyulmasının planlaşdırıldığını vurğulayıb.

Sonra iclasın gündəliyinə uyğun olaraq komissiyanın son iclasından ötən dövr ərzində görülmüş işlərə dair katibliyin hesabatı dinlənilib. Dənizdə külək enerjisi layihələri üçün ayrılması nəzərdə tutulan su obyektlərinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi prosesi barədə məlumatlar təqdim edilib.

İclasda, həmçinin “Masdar” şirkəti ilə həyata keçirilən layihələrlə bağlı görülən işlər, hidrogen istehsalı, eləcə də, “Xəzər-Aİ yaşıl enerji dəhlizi” layihəsi ilə bağlı yerinə yetirilən tədbirlər və digər cari məsələlərə dair müzakirələr aparılıb.

İclasda Energetika, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Fövqəladə Hallar, Maliyyə, Ədliyyə, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Müdafiə nazirliklərinin, SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC, Mərkəzi Bank, Dövlət Dəniz və Liman Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Geodeziya və Kartoqrafiya Agentliyi, Minatəmizləmə Agentliyi, “Azərbaycan Elmi Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu” MMC-nin nümayəndələri iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video