14 Noyabr 2025 09:00
1846
Mədəniyyət
A- A+
Bənzərsiz rolları ilə tamaşaçı rəğbətini qazanmışdır

Bənzərsiz rolları ilə tamaşaçı rəğbətini qazanmışdır


Həyatda da, səhnədə də hər zaman özü kimi olmaq istəyib. Buna nail də olub. Xalq artisti Zərnigar Ağakişiyevanın qismətinə düşən yetmiş iki illik ömrün sevincindən kədəri, qüssəsi çox olsa da, həyatının ilk çağlarından problemlərlə, maneələrlə qarşılaşsa da, heç zaman gileyini, şikayətini dilə gətirməyib.


Tamaşaçılarından ilham alan aktrisa


Zərnigar Ağakişiyeva teatrda da, kinoda da heç bir aktrisanın ifa tərzini yamsılamayıb, təkrarlamayıb. İstedadlı aktrisa ona tapşırılan hər bir rolu özünəməxsus aktyorluq məharəti ilə təqdim edib. Zərnigar Ağakişiyeva sənət həyatında ilham aldığını dediyi tamaşaçıları tərəfindən sevilib, hər çıxışı alqışlarla qarşılanıb...

O, 1945-ci il noyabrın 6-da Quba rayonunun Rustov kəndində dünyaya göz açıb. Anası Səadət xanımın birinci həyat yoldaşı müharibədə həlak olub. Zərnigar xanım onun ikinci evliliyindən dünyaya gəlib. Zərnigar xanımın beş yaşı olanda ailəlikcə Quba rayon mərkəzinə köçüblər. 

On iki yaşınadək soyadı Güləliyeva olub. Güləli babasının adı idi. Zərnigar xanım on iki yaşında atasının babası Ağakişinin adını özünə soyad götürmək üçün icazə alıb. Beləliklə, Güləliyeva soyadı ilə başladığı orta məktəbi Ağakişiyeva soyadı ilə bitirib. 

Gələcəyin aktrisası paytaxta gəlib. Bakıda Ticarət-Kooperativ Texnikumunu və Moskvanın Kooperativ Texnikumunun nəzdindəki reklam işi üzrə dekorçu-rəssam kurslarını bitirib. Ancaq teatra, səhnəyə vurğunluğu onu M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyoru fakültəsinə aparıb. Bu təhsil ocağında ali təhsilini 1972-ci ildə başa vurub.

Təhsilini bitirdikdən sonra Zərnigar Ağakişiyeva bir müddət Tədris Teatrında aktrisa kimi çalışıb. Özü bu barədə deyib: "O vaxt İncəsənət İnstitutunun tələbələrinin fəaliyyəti Tədris Teatrında başlayırdı. Mən də orada bir çox tamaşalarda iştirak etmişəm. "Aydın", "Qırmızı yaylıqlı qovağım mənim" və diplom işim olan "Günahsız müqəssirlər" tamaşalarında maraqlı rollarım var idi".

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində ilk rolunu isə rejissor Əşrəf Quliyevin dəvəti ilə oynayıb. 1973-cü il mayın 19-da nümayiş olunan Aleksandr Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunda çıxış edib. Həmin çıxışını Zərnigar Ağakişiyeva belə xatırlayıb: "Ostrovskinin "Müdriklər" pyesində Leyla Bədirbəyliyə məni Mamayeva roluna dublyor kimi verdilər. Leyla xanım mənə yol göstərdi, imkan verdi və mən teatrda qaldım. Premyerada bu rolu mən oynamalı oldum. İlk dəfə tərəf-müqabillərim İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Səməndər Rzayev kimi sənətkarlarla səhnəni bölüşdüm".

 Aktrisa Akademik Milli Dram Teatrının səhnəsinə növbəti dəfə Xalq artisti, rejissor Həsənağa Salayevin quruluş verdiyi Nazim Hikmətin "Şöhrət və ya unudulan adam" tamaşasında Səfurə İbrahimovanın dublyoru kimi çıxış edib.

1974-cü ildən Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul olunan Zərnigar Ağakişiyeva bu sənət ocağında fəaliyyət göstərən dövrünün tanınmış, məşhur sənətkarları arasında seçilməyi, tamaşaçıların diqqətini cəlb etməyi, rəğbətini qazanmağı bacarıb. 


Qırx illik sənət yolu...


Zərnigar Ağakişiyeva aktrisa kimi uzun illər fəaliyyət göstərib. O, müxtəlif tamaşalarda bir-birindən maraqlı, fərqli rollar ifa edib. Aktrisa "Meşşanlar"da Tatyana, "Vaqif"də Xuraman, "Kölgələr pıçıldaşır"da Şəfəq, "Kimdir haqlı?"da Zeynəb, "Təhminə və Zaur"da Zivər, "Qəribə oğlan"da Kəmalə, "Mahnı dağlarda qaldı"da Fəxrəndə xanım, "Dişi canavar"da Bernardo, "Lənkəran xanının vəziri"ndə Pəri xanım, "Poçt şöbəsində xəyal"da Qadın, "Eşq və intiqam"da Yasəmən, "Dar ağacı"nda Ana, "Kəllə"də Qadın, "Ölülər"də Kərbəlayi Fatma və başqa rolları böyük ustalıqla yaradıb.

Aktrisa yalnız teatrda fəaliyyət göstərməyib. O, Azərbaycan Dövlət Televiziyasının hazırladığı bir sıra tamaşalarda da rollar ifa edib.

İstedadı kinorejissorların da diqqətindən kənarda qalmayıb. Aktrisa Zərnigar Ağakişiyeva Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Yol əhvalatı", "Dantenin yubileyi", "Yarasa", "Hər şey yaxşılığa doğru", "Təhminə", "Özgə həyat", "Yuxu", "Gözəl-gözəl dünya" filmlərində rol alıb. Zərnigar Ağakişiyeva böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, ona tapşırılan hər bir rolu eyni həvəslə, məharətlə oynayıb.

İstər tamaşalarda, istərsə də filmlərdə rejissorların ona həvalə etdikləri hər bir rolu elə ifa edib ki, tamaşaçıları inandıra bilib. Aktrisa müsahibələrinin birində bu barədə danışıb: "Səhnəyə çıxarkən tamaşaçı sənin aktyor olduğunu unutmalıdır. Hətta sənin kim olduğunu da unutmalıdır. Yəni aktyor səhnəyə çıxan anda tamaşaçılar rol ifaçısı deyil, canlı bir obrazla qarşılaşmalıdırlar".

Vaxt olub ki, arzusunda olduğu rolları ondan əsirgəyiblər. 1989-1992-ci illərdə səhnədə cəmi iki rol verilməsi onun bir müddət teatrdan uzaqlaşmasına səbəb olub. Ancaq qəlbi Zərnigar Ağakişiyevanı hər zaman özünə doğma bildiyi sənət məbədinə çəkib.

Ömrünün son illərində səhnədən uzaqlaşmasını isə yaşı və səhhətində yaranmış problemlərlə əlaqələndirib. Zərnigar Ağakişiyeva uzun illər idi ki, şəkər xəstəsi idi. 

Azərbaycan incəsənətinə xidmətləri diqqətdən kənarda qalmayıb. Zərnigar Ağakişiyeva 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2014-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. Prezident təqaüdçüsü idi.

Ömrünün çoxu teatrda, kino çəkilişlərində, qastrollarda keçmişdi. O, coşqun illər ötüb keçmişdi. Aktrisanın son illəri tənhalıq içində keçirdi...

Teatr və kino aktrisası, Xalq artisti Zərnigar Ağakişiyeva 2018-ci ildə Bakıda, öz evində ürək çatışmazlığından vəfat edib. 2018-ci il fevralın 9-da öz vəsiyyəti nəzərə alınaraq Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.

Milli teatrımızın 140 illiyi təntənəli şəkildə qeyd olunanda sənətkar  təvazökarlıqla demişdi: "Bu dövrün 40 ili mənim yaradıcılığımın payına düşür. Hər tamaşada payıma bir rol düşüb və mən bacardığım qədər rollarımın dərinliyinə varmışam".

Teatr və kino sənətinə bəxş etdiyi bir-birindən maraqlı, bənzərsiz rollar ona əbədi tamaşaçı rəğbəti qazandırıb.


Zöhrə FƏRƏCOVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir  

18:25
14 Mart

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

18:24
14 Mart

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib

16:39
14 Mart

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək  

16:18
14 Mart

Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib  

16:03
14 Mart

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana təxliyə olunub

15:41
14 Mart

Komandanlıq: Bəhreyn indiyədək İrana məxsus 124 raketi və 203 PUA-nı zərərsizləşdirib  

15:31
14 Mart

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olunub VİDEO  

15:12
14 Mart

Azərbaycan sülhə, təhlükəsizliyə və əməkdaşlığa mühüm töhfələr verir

15:04
14 Mart

İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir

15:01
14 Mart

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olunub 

14:41
14 Mart

Xarkovda Azərbaycan mütəfəkkirlərinin heykəlləri hava zərbələrindən mühafizə olunur  

14:19
14 Mart

Azərbaycan Yelkən Federasiyası Su İdmanı Növləri Federasiyasına qoşulur

14:07
14 Mart

“Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzusunda panel iclas YENİLƏNİB

13:39
14 Mart

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatıb  

13:19
14 Mart

Sabah hava yağmursuz keçəcək, cənub-şərq küləyi əsəcək  

13:14
14 Mart

Süni intellekt müdafiə sisteminin vacib hissəsinə çevrilir 

12:48
14 Mart

Parlamentlərarası İttifaqın prezidenti: Süni intellektin insan hüquqlarına mənfi təsiri nəzərə alınmalıdır

12:41
14 Mart

Bakıda Novruz bayramı ərəfəsində geniş təmizlik işləri aparılıb  

12:36
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!