07 Avqust 2026 17:42
944
CƏMİYYƏT
A- A+
Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub


Avqustun 7-də Baş prokuror Kamran Əliyev Laçın və Qubadlı rayonlarında olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Kamran Əliyev Laçın Rayon Prokurorluğunun inzibati binasında Laçın, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbul zamanı 16 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər, əsasən, konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı qanunvericiliyin tələblərinə riayət olunması, məhkəmələrdə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial məsələlərlə bağlı olub.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunamüvafiq həlli ilə bağlı aidiyyəti struktur rəhbərlərinə müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Baş prokuror Laçın Rayon Prokurorluğunun əməkdaşları ilə görüşərək onların iş şəraiti və xidməti fəaliyyəti ilə yerində tanış olub, prokurorluğun qarşısında duran vəzifələrin icrası, fəaliyyətin səmərəli təşkili və işin keyfiyyətinin artırılması ilə bağlı məsələləri müzakirə edib.

Daha sonra Baş prokuror Qubadlı rayonuna səfər edib, burada Qubadlı Hərbi Prokurorluğunda və Qubadlı Rayon Prokurorluğunda müasir və yeni iş şəraiti ilə tanış olub.

Kamran Əliyev prokurorluq orqanlarının inzibati binalarında əməkdaşların fəaliyyəti üçün yaradılmış şəraitlə tanış olub, xidməti fəaliyyətin təşkili, maddi-texniki təminat, cinayətkarlığa qarşı mübarizənin vəziyyəti, qanunçuluğun təmin edilməsi və vətəndaş müraciətlərinə baxılması istiqamətində görülmüş işlər barədə məlumat alıb.

Səfər çərçivəsində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən prokurorluq əməkdaşları ilə görüş keçirilib.

Görüşdə çıxış edən Baş prokuror Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin uğurla davam etdirildiyini qeyd edib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə müasir şəhərsalma və infrastruktur layihələrinin həyata keçirilməsi ilə yanaşı, dövlət qurumlarının, o cümlədən hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün müasir tələblərə cavab verən şəraitin yaradılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.

Baş prokuror dövlətimizin başçısının prokurorluq orqanlarına göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. Görüşdə prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin məsuliyyətlə yerinə yetirilməsi, qanunun aliliyinin təmin olunması, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, habelə cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkili ilə bağlı məsələlər diqqətə çatdırılıb.

Baş prokurorun müavini – Hərbi prokuror Bəhruz Əhmədov çıxış edərək, hərbi prokurorluq orqanlarının fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr, hərbi qulluqçuların hüquq və qanuni mənafelərinin müdafiəsi, hərbi intizamın möhkəmləndirilməsi və qanunçuluğun təmin edilməsi sahəsində görülən işlər barədə məlumat verib.

Daha sonra yeni təyin olunmuş prokurorluq əməkdaşı Fuad Mədətov çıxış edərək, Qubadlı rayonunda xidmət etməyin onun üçün böyük şərəf və məsuliyyət olduğunu bildirib, yaradılmış şəraitə və göstərilən etimada görə minnətdarlığını ifadə edib.

Sonda Baş prokuror əməkdaşların fikir və təkliflərini dinləyib, qaldırılan məsələlər ətrafında müzakirələr aparıb, prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkili, qanunçuluğun möhkəmləndirilməsi və qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icrası ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

21:29
09 Avqust

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

20:41
09 Avqust

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

19:53
09 Avqust

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

19:33
09 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

17:58
09 Avqust

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

17:45
09 Avqust

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

17:39
09 Avqust

 Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

17:31
09 Avqust

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

17:24
09 Avqust

İDMAN Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

16:41
09 Avqust

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

16:22
09 Avqust

“Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir”

15:06
09 Avqust

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

14:53
09 Avqust

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

14:43
09 Avqust

Avqustun 10-da hava necə olacaq?

14:41
09 Avqust

Cənubi Qafqazın yeni siyasi xəritəsi: Bakı–Vaşinqton tərəfdaşlığının yüksəlişi

13:40
09 Avqust

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

12:13
09 Avqust

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

12:01
09 Avqust

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

11:57
09 Avqust

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

11:51
09 Avqust

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

11:44
09 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!