07 Aprel 2026 10:59
154
CƏMİYYƏT
A- A+
Balakənli arıçılar xaricdən gətirilən arı ailələri ilə bağlı xəbərdarlıq edirlər  

Balakənli arıçılar xaricdən gətirilən arı ailələri ilə bağlı xəbərdarlıq edirlər  


Hazırda Balakən rayonunda 44 min arı ailəsi var və bu işlə 1200 nəfərdən artıq insan məşğul olur. Arıçılığa yenicə başlayan və bu sahəni inkişaf etdirmək üçün səy göstərənlərin sayı da kifayət qədərdir. Dünyanın əksər ölkələrində olduğu kimi, Balakən arıçıları da ötən ilin payız aylarında ciddi sınaqla qarşılaşdılar və arı ailələrinin 40-50 faizi məhv oldu. Bu, biz arıçılar üçün böyük bir imtahan idi.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Balakən Rayon Arıçılar Birliyinin sədri Elvin Hüseynov bildirib. O, xəstəliklərə qarşı ciddi mübarizə tədbirlərinin görüldüyünü və itkilərin yerli arıçıların əlbirliyi ilə doldurulmağa başlandığını qeyd edib.

Son günlər kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ölkədə arıçılığın mövcud vəziyyəti, xüsusilə xaricdən gətirilən arı ailələrində xəstəliklərin aşkarlanması məsələsi geniş müzakirə olunur. Bu baxımdan, ölkəmizin şimal-qərb qapısı sayılan Balakən arıçılarının qayğıları başadüşüləndir. Payızdan başlayan xəstəliklər rayonda xeyli arı ailəsinin tələf olması ilə nəticələnsə də, təcrübəli mütəxəssislərin səyi ilə problem tədricən aradan qalxır.

Elvin Hüseynov bildirib ki, tələfata əsasən varroatoz (gənə) parazitinin sürətlə yayılması səbəb olub: “Etiraf edək ki, istifadə edilən bəzi preparatlar əvvəlki kimi səmərə vermir. Bu səbəbdən arı ailələrində turşularla müalicə üsullarına üstünlük verdik”.

O, həmçinin xaricdən gətirilən arı ailələrində xəstəliklərin sürətlə yayıla bilmə ehtimalını nəzərə alaraq, bütün arıçıları həmrəy olmağa çağırıb.

Qırx ildən çoxdur arıçılıqla məşğul olan İmran Bədəlov ötən ilin payızından bəri təsərrüfatında baş verənlərdən danışır. O, uzun illərin zəhməti ilə arı ailələrinin sayını 400-ə çatdırsa da, xəstəlik nəticəsində onların yarısının məhv olduğunu deyir. Nəticədə arıçıya 30 min manatdan çox zərər dəyib. Lakin təcrübəli arıçı ümidini itirmir: “40 illik fəaliyyətim dövründə bu qədər geniş vüsət alan xəstəlik olmamışdı. Adətən avqust ayında gənəyə qarşı müxtəlif vasitələrlə mübarizə aparardıq. Bu il isə bir yox, bir neçə xəstəlik eyni vaxtda peyda oldu. Gənə həddindən artıq çoxaldı, arıların immuniteti zəiflədi və viruslar yayılaraq onları məhv etdi”.

İ.Bədəlov hazırda yaz-yay ayları üçün daha sağlam arılar yetişdirdiyini və mövsüm ərzində itkiləri tam bərpa etməyə çalışacağını vurğulayıb.

Rayon Arıçılar Birliyinin sədri Elvin Hüseynov respublika arıçılarına müraciət edərək, təsərrüfatlarda birgə praktiki təlimlərin keçirilməsini təklif edir: “Xəstəliklər yerində araşdırılmalı və müzakirə olunmalıdır. Bu sahəyə yeni gələn hər kəs mütəxəssis nəzarəti altında bir neçə aylıq təlimlərə cəlb olunmalıdır. Yalnız müsbət rəy aldıqdan sonra həmin şəxslərin arı ailələrinə sahib olması təmin edilməlidir. Aparılan müşahidələr göstərir ki, müvafiq layihələr çərçivəsində arı alan yeni başlayanların təcrübəsizliyi xəstəliklərin daha sürətlə yayılmasına rəvac verir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Gürcüstan münasibətləri qarşılıqlı etimada, dostluğa və strateji tərəfdaşlığa əsaslanır  

14:00
07 Aprel

Sabah hava əsasən yağmursuz olacaq

13:26
07 Aprel

Ötən gün ölkədə elektrik enerjisinin 29 faizdən çoxu bərpaolunan mənbələrdən əldə olunub  

12:53
07 Aprel

Mətbuat Şurası: Media orqanları bəzən hansısa yanlış təqdimatı araşdırma aparmadan, olduğu kimi yayımlayır  

12:48
07 Aprel

Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında yeni mərhələ başlayıb

12:46
07 Aprel

Çində dünya rekordu: 113 metr dərinlikdə sualtı dəmir yolu tuneli  

12:39
07 Aprel

Donald Trampın bəyanatları və neftin qiyməti  

12:32
07 Aprel

İsrail Müdafiə Qüvvələri: İranın 130-dan çox hava hücumundan müdafiə sistemi məhv edilib  

12:21
07 Aprel

Yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib  

12:18
07 Aprel

Parlamentin növbəti iclasının vaxtı və gündəliyi bəlli olub

12:14
07 Aprel

Kaxa Kaladze: Belə səfərlər dostluq münasibətlərinin dərinləşməsinə töhfə verir  

12:11
07 Aprel

Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi - 25 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib  

11:58
07 Aprel

Xocavənd şəhərinə növbəti köç yola salınıb

11:52
07 Aprel

XRİTDX: 1 milyondan çox kibertəhdid zərərsizləşdirilib  

11:50
07 Aprel

Astronomlar nəhəng ulduz partlayışları nəzəriyyəsini dəstəkləyən dəlillər tapıblar  

11:42
07 Aprel

Azərbaycan-Gürcüstan münasibətləri iqtisadi, siyasi və strateji maraqlar əsasında inkişaf edir  

11:40
07 Aprel

Qaradağda 70 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

11:32
07 Aprel

Səyyar ASAN xidmət Qusarda

11:27
07 Aprel

DİN: Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb 

11:21
07 Aprel

Türkiyə mediası: C-130 təyyarəsinin qəzaya uğramasının səbəbi azot balonu ilə bağlı ola bilər  

11:13
07 Aprel

“Azəralüminium”un ixrac gəlirləri 19 faizədək artıb

11:02
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!