24 Avqust 2026 10:26
222
İDMAN
A- A+
Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək

Sentyabrın 5-də Bakıda Azərbaycan idman tarixində ilk dəfə “ALUFAR IRONMAN 70.3 BAKU” triatlon yarışı keçiriləcək.

AZƏRTAC xəbər veriri ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq.

“IRONMAN 70.3” triatlon seriyasının Bakıda keçirilməsi Azərbaycan idmanında mühüm hadisələrdən biridir. Bununla Bakı beynəlxalq “IRONMAN 70.3” yarışlarına ev sahibliyi edən şəhərlər sırasına daxil olur. Yarışda 62 ölkədən idmançıların iştirakı gözlənilir. Ümumilikdə isə 1500 iştirakçının yarışa qatılacağı nəzərdə tutulur.

İştirakçıları Xəzər dənizində 1,9 kilometrlik üzgüçülük mərhələsi gözləyir. Uzunluğu 90,1 kilometr olan velosiped mərhələsi Bakının müxtəlif ərazilərindən keçərək şəhərin fərqli mənzərələrini əhatə edəcək. 21,1 kilometrlik qaçış mərhələsi isə Bakı Bulvarı boyunca təşkil olunacaq. İştirakçılar “Yeddi gözəl” fəvvarəsinin yaxınlığında finiş xəttinə çatacaqlar.

Kişi və qadın kateqoriyalarında ilk 25 yeri tutan idmançılar 2027-ci ildə ABŞ-də keçiriləcək “IRONMAN 70.3” Triatlon üzrə Dünya Çempionatına vəsiqə qazanacaqlar.

Qeyd edək ki, “IRONMAN” dünyanın ən tanınmış beynəlxalq triatlon seriyalarından biridir. İlk “IRONMAN” yarışı 1978-ci ildə Havay adalarında keçirilib. Həmçinin “IRONMAN” həftəsi çərçivəsində sentyabrın 4-də müxtəlif yaş qrupları üçün “IRONKIDS” və “Fun Run” qaçışları keçiriləcək. “IRONKIDS” yarışında 5–8 yaşlı uşaqlar 500 metr, 9–13 yaşlı iştirakçılar 1 kilometr, 14–17 yaşlı iştirakçılar isə 2 kilometr məsafə qət edəcəklər. 5 kilometrlik “Fun Run” qaçışında isə 18 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər.

Əsas triatlon yarışı ilə yanaşı, bu tədbirlər “IRONMAN” həftəsinin proqramını genişləndirərək müxtəlif yaş qruplarından iştirakçıları bir araya gətirəcək.

Triatlon üzgüçülük, velosiped və qaçış mərhələlərindən ibarət yarışdır.

Xatırladaq ki, Bakı 2026-cı ildə ilk dəfə Dünya İdman Paytaxtı statusunu daşıyır. “ALUFAR IRONMAN 70.3 BAKU” yarışının keçirilməsi Bakının beynəlxalq idman tədbirlərinə ev sahibliyi edən şəhər kimi mövqeyini daha da möhkəmləndirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxsə reabilitasiya xidmətləri göstərilib

12:10
24 Avqust

Azərbaycan nümayəndə heyəti Buxara “Ark” Qalasına gəlib

12:09
24 Avqust

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

12:07
24 Avqust

Bütün sosial ödənişlər avqustun 25-də yekunlaşdırılacaq

12:01
24 Avqust

Ukraynanın Prezidenti Zati-aliləri cənab Volodimir Zelenskiyə

12:00
24 Avqust

Qazaxıstan MSK Qurultaya seçkilərin ilkin nəticələrini açıqlayıb

11:46
24 Avqust

Qızılın qiyməti 3 ayın ən yüksək həddini keçib

11:44
24 Avqust

Özbəkistan millisinin sabiq futbolçusu: Azərbaycanla idman sahəsində əməkdaşlıq yeni, daha yüksək mərhələyə yüksəlir

11:31
24 Avqust

Magistraturanın boş qalan plan yerlərinə qəbul elan edilir

11:15
24 Avqust

“Əbədi dostluq” – Bakı və Daşkənd Avrasiyanın yeni geosiyasi xəttini qurur

10:53
24 Avqust

Azərbaycan–Özbəkistan münasibətləri yeni regional əməkdaşlıq modelinin əsasını formalaşdırır

10:41
24 Avqust

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək

10:26
24 Avqust

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb

10:25
24 Avqust

Neft qiymətləri ucuzlaşır

10:24
24 Avqust

Milli Məclisin deputatları Qazaxıstandakı seçki prosesini izləyiblər

10:22
24 Avqust

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

09:57
24 Avqust

BDYPİ-dən yol hərəkəti iştirakçılarına müraciət: Sükan arxasında telefondan istifadə etməyin

09:43
24 Avqust

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

01:47
24 Avqust

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:59
23 Avqust

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək  

23:57
23 Avqust

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

23:56
23 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!