08 Oktyabr 2026 19:32
697
SİYASƏT
A- A+
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb  

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb  


Bakı Təşəbbüs Qrupu (BTQ) Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir: “Bakı Təşəbbüs Qrupu (BTQ) Fransada lisey şagirdlərinin və gənclərin davam edən ümummilli səfərbərliyini, habelə etirazçıların ağır xəsarətlər almalarını, çoxsaylı saxlanılma halları və təhlükəli xüsusi vasitələrin tətbiqi ilə bağlı məlumatları ciddi narahatlıqla izləyir.

Kretey şəhərində başlayan və sonradan bütün Fransa ərazisinə yayılan hərəkat ilkin olaraq keyfiyyətli təhsil hüququ ilə bilavasitə bağlı problemlər - müəllim və digər təhsil işçilərinin çatışmazlığı, məktəb infrastrukturunun yararsız vəziyyəti, həddindən artıq dərs yükü və ali təhsil müəssisələrinə qəbul sisteminin ayrı-ayrı aspektlərindən narazılıq fonunda meydana çıxıb. Sonradan bu narazılıqlar lisey və universitet tələbələrinin, müəllimlərin, valideynlərin və həmkarlar ittifaqlarının iştirakı ilə ümummilli gənclər hərəkatına çevrilib.

Hadisələrin miqyası xüsusi diqqət tələb edir. Oktyabrın 8-nə olan məlumata görə, Fransanın daxili işlər naziri 6600-dən çox şəxsin saxlanıldığını, 215 şagirdin və 89 təhsil işçisinin xəsarət aldığını bildirib.

Xüsusilə narahatedici məqamlardan biri azyaşlıların ağır xəsarətlər almaları ilə bağlı hallardır. Lans şəhərində 15 yaşlı şagird etirazlar zamanı tətbiq olunan səs qumbarasının partlaması nəticəsində əlini itirib.

BTQ hesab edir ki, təhsil hüququ, ifadə və dinc toplaşmaq azadlığı, eləcə də uşaqların və gənclərin zərurət olmadan, yaxud qeyri-mütənasib güc tətbiqindən müdafiəsi universal prinsiplərdir. Bu prinsiplərə selektiv yanaşma və ikili standartlar olmadan riayət edilməlidir.

Keyfiyyətli təhsilə çıxış, həmçinin həqiqi dekolonizasiya prosesinin əsas sütunlarından biridir. Təhsil struktur bərabərsizliklərini aradan qaldırmağa, öz kimliyini qorumağa, dayanıqlı və özünəyetərli institutlar qurmağa imkan verir.

BTQ Fransa hakimiyyətini nümayişlər zamanı hüquq-mühafizə tədbirlərinin zərurilik, mütənasiblik və hesabatlılıq prinsiplərinə ciddi şəkildə uyğun həyata keçirilməsini təmin etməyə, azyaşlıların və gənclərin öz fikirlərini dinc şəkildə ifadə etmək və toplaşmaq hüquqlarına təminat verməyə, ağır xəsarətlərlə nəticələnən halların səmərəli araşdırılmasını təmin etməyə, şagirdlər, müəllimlər və onların nümayəndə təşkilatları ilə substantiv dialoq aparmağa çağırır.

Fransa insan hüquqlarının, demokratik azadlıqların və insan ləyaqətinin qorunmasını daxili və xarici siyasətinin fundamental prinsipləri kimi müdafiə etdiyini iddia edir. Bu prinsiplərin ardıcıl tətbiqi, ilk növbədə, ölkə daxilindən başlamalıdır. İnsan hüquqları selektiv şəkildə müdafiə oluna bilməz və səsini eşitdirməyə çalışan gənclərə, ilk növbədə, təhlükəsizlik problemi kimi deyil, hüquq daşıyıcıları kimi yanaşılmalıdır.

Bakı Təşəbbüs Qrupu hadisələrin inkişafını yaxından izləməkdə davam edəcək və dialoqa, təmkinə, habelə fundamental hüquqlara tam hörmət göstərilməsinə çağırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müasir Azərbaycan şəhərləri: dövlət siyasətindən vətəndaş rifahına doğru

09:40
09 Oktyabr

Bakının memarlıq simasında yeni mərhələ

09:30
09 Oktyabr

Vətəni sevməyin nümunəsi

09:20
09 Oktyabr

Hadrut döyüşləri Zəfərimizin parlaq səhifəsidir

09:10
09 Oktyabr

ZƏFƏR gündəliyi

09:00
09 Oktyabr

İnvestisiya qoyuluşunun etibarlı ünvanı - Azərbaycan

08:50
09 Oktyabr

Orta dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir 

08:45
09 Oktyabr

Ölkəmizin regional və beynəlxalq mövqeyi daha da güclənib

08:40
09 Oktyabr

Azərbaycan-Türkmənistan əlaqələri sürətlə inkişaf edir

08:30
09 Oktyabr

Yeni mərhələdə yeni hədəflər

08:20
09 Oktyabr

TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının onlayn iclası keçirilib

08:10
09 Oktyabr

Güclü lider, sarsılmaz etimad

08:00
09 Oktyabr

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib  

22:02
08 Oktyabr

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb  

21:43
08 Oktyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO  

21:33
08 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlığın yeni mühüm mərhələsi

21:21
08 Oktyabr

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib  

21:07
08 Oktyabr

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir  

20:31
08 Oktyabr

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB    

20:31
08 Oktyabr

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb  

20:24
08 Oktyabr

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir  

19:53
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!