15 Avqust 2026 11:58
872
CƏMİYYƏT
A- A+
Bakı şəhəri bu gün bir daha yuyuldu

Bakı şəhəri bu gün bir daha yuyuldu


İsti yay günlərində paytaxtın sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin tərəfindən şənbə günü, avqust ayının 15-də paytaxtda növbəti genişmiqyaslı daxili iməclik keçirilib. 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə hər dəfə olduğu kimi paytaxtın kommunal təsərrüfat xidmətlərinin texnikası ilə əsas küçə və prospektlər, həm də məhəllədaxili və ara yollar bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, köşk və dayanacaqlar yuyulub.

 Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağaclar yuyulub, qurumuş budaqlar budanıb, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib. Eyni zamanda, park, prospekt və küçə kənarlarında şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayan rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

İməcliklə yanaşı həm də paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə bu gün axşam saat 19-dan sakinlərimizin və şəhərin çoxsaylı qonaqlarının sevimli istirahət məkanları olan Xətai rayonundakı “Nizami Gəncəvi” parkında, Nərimanov rayonunda “Gənclik” metro stansiyasının yaxınlığındakı parkın amfiteatrında, Yasamal rayonunun Meşə parkında, Nizami rayonundakı Heydər Əliyev və Mərkəzi Nəbatat parkında açıq hava konsertləri keçiriləcəkdir. 

 Məlumat üçün qeyd etmək lazımdır ki, axşam konsertlərinin keçirilməsinə keçən həftədən start verilib və bu konsertlər yayın sonuna kimi davam edəcəkdir.


“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndidə “Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilir

14:45
11 Sentyabr

“BBC”: Yaxın Şərqdəki gərginlik səbəbindən neft, qaz və borclanma xərcləri artıb

14:30
11 Sentyabr

Almaniyada inflyasiya son 2,5 ilin ən yüksək həddinə çatıb

14:23
11 Sentyabr

Süni intellekt modellərinin bioloji silahlar üçün istifadə olunduğu hallar aşkarlanıb

14:17
11 Sentyabr

Filippində yanğın baş verən gəmidə xilasetmə işləri davam edir

14:13
11 Sentyabr

İqlim dəyişikliyi Afrikada malyariya xəstəliyinin yayılma xəritəsini dəyişir

14:05
11 Sentyabr

“AzərEnerji”: Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik verilişi xəttinin layihələndirilməsi üzrə işlər görülüb

14:00
11 Sentyabr

Türkiyə-Azərbaycan V Enerji Forumunun Protokolu imzalanıb

13:55
11 Sentyabr

Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olundu

13:48
11 Sentyabr

BƏƏ Almaniya iqtisadiyyatına 46 milyard dollar investisiya qoyacaq

13:40
11 Sentyabr

Cəmiyyətdə təşvişi və özünü uğursuz hiss etmə duyğusunu artıran səbəb 

13:33
11 Sentyabr

Xroniki stress ürək tutmasına səbəb ola bilər: kardioloqdan mühüm xəbərdarlıq

13:27
11 Sentyabr

Elçin Yusubov: "Xankəndidə yeni tikililərin inşası üçün layihələndirmə işlərinə başlanılıb"

13:22
11 Sentyabr

Hava əsasən yağmursuz keçəcək

13:17
11 Sentyabr

Hikmət Hacıyev: "Terrordan müdafiə və terrora qarşı mübarizə üzrə beynəlxalq alyansa qoşulan ilk ölkələrdənik"

13:10
11 Sentyabr

Hikmət Hacıyev: "2020-ci ildən etibarən 45-dən çox yaşayış məntəqəsi yenidən qurularaq keçmiş məcburi köçkünlərin istifadəsinə verilib"

13:03
11 Sentyabr

Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

13:00
11 Sentyabr

Hikmət Hacıyev: Mədəni irsin bərpası, tikintisi və qorunması üçün əlavə səylər göstərməyə davam edilir

12:47
11 Sentyabr

Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu işə başlayıb

12:45
11 Sentyabr

Kanada Ukraynaya HHM sistemi üçün raket almağa 350 milyon dollar ayıracaq

12:37
11 Sentyabr

Alimlər ürək sağlamlığı üçün gündə neçə addım yeriməyin lazım olduğunu müəyyən ediblər

12:33
11 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!