18 Fevral 2025 09:10
1221
Mədəniyyət
A- A+
Baharın ilk müjdəçisi - yalançı çərşənbə

Baharın ilk müjdəçisi - yalançı çərşənbə


Təbiət yağışlı, küləkli payızdan, şaxtalı, qarlı qışdan keçərək addım-addım bahara yaxınlaşır… Payızda bağların, bağçaların son bəhəri yığılır. Ağacların yarpaqları tökülür. Yamacların yamyaşıl otları quruyur.

Qış fəslində təbiət yuxuya gedir. İnsanlar onun yenidən canlanacağı, ağacların, otların yaşıl paltarını geyinəcəyi günlərin intizarını çəkir. Qədimdə insanlar qışın tez bitməsini, təbiətin oyanışını gözləyə-gözləyə onu üç hissəyə bölüb - Böyük çillə, Kiçik çillə və Boz ay adlandırıblar. Ulularımız qırx gün davam edən Böyük çilləni nisbətən mərhəmətli hesab ediblər. Onun ardınca gələn, iyirmi gün ömrü olan Kiçik çillə isə daha soyuq və sərt keçdiyi üçün onu təşvişlə qarşılayıblar. Dəli-dolu küləkləri ilə əsib-coşan Boz ayın gəlişi isə yazın yaxınlaşması deməkdir.


Hər birinin öz mənası olan çərşənbə bayramları


Böyük ümidlər bəslədikləri baharın gəlişini səbirsizliklə gözləyən ulularımız onun yalnız ölkəmizə qədəm qoyduğu günü bayram etməyiblər. Onlar Novruz bayramına qədər olan dörd çərşənbənin hər birini təmtəraqla qeyd ediblər. Bu dörd çərşənbə bayramının hər birinin öz mənası, özünəməxsus adət-ənənələri var. Çərşənbə bayramları yaradılışın dörd mərhələsini - su, od, külək və torpağı təcəssüm etdirir.

Qədim zamanlardan insanlar Kiçik çillənin ortasında Xıdır Nəbi bayramı keçirirlər. Bərəkət rəmzi sayılan Xıdır Nəbi bayramı xüsusi mərasimlərlə qeyd olunur. Qovut çəkilir, qovurğa qovrulur. Xıdır Nəbi bayramından sonra təbiət tədricən oyanmağa başlayır.

Xıdır Nəbi bayramından sonra yalançı çərşənbə gəlir. Folklorşünas Məmmədhüseyn Təhmasib bu barədə bildirib: "Böyük bir səbirsizliklə yazın gəlməsini gözləyən qədim azərbaycanlı əkinçi Böyük çilləni yola saldıqdan sonra yerdə qalan bir ay iyirmi günü, yəni yeddi həftənin hər çərşənbəsini bayram edirdi. Bunlardan birinci üçünə "oğru üsgü", ikinci üçünə "doğru üsgü", sonuncusuna isə "ilin axır çərşənbəsi" deyirdi. Bu çərşənbələrin hərəsinin özünə görə adət və ənənələri, rüsumat və dəbləri var idi".

Məmmədhüseyn Təhmasib onu da yazıb ki, bu adət və dəblər qışın mümkün qədər tez çıxması üçün vaxtilə icra edilən sehr və əfsunların indi qismən unudulmuş, qismən də başqa təsirlərin nəticəsi olaraq qarışmış qalıqlarından ibarətdir: "Bu sehr və əfsunlar vasitəsilə qışın tez çıxması üçün altı çərşənbə hazırlıq görmüş xalq, nəhayət, son çərşənbə günü bir yerə toplaşaraq onu elliklə yola salır, yeni ili, yəni yazın ilk gününü isə elliklə bayram edir".

Folklorşünasın araşdırmalarından məlum olur ki, "oğru üsgü" adı altında qeyd etdiyi oğru (yalançı) çərşənbənin sayı üç olub.


Yalançı çərşənbənin doğru xəbəri


Araşdırıcı Şakir Albalıyev isə hazırda bu çərşənbələrdən "doğru üsgü" adı ilə qeyd edilən üç çərşənbə və bir də sonuncu ilin axır çərşənbəsinin öz mərasim aktuallığını qoruyub bayram şəklində el arasında qeyd olunduğunu yazıb. Bildirib ki, bir də bəzi bölgələrdə yerdə qalan "oğru üsgü" adlandırılan üç çərşənbədən biri  ümumiləşdirilmiş halda "yalançı çərşənbə" adı altında zəif şəkildə keçirilir: "Əgər "doğru üsgü" ifadəsini doğruçu - həqiqi çərşənbələr kimi qəbul edib, hazırda böyük təmtəraqla keçirdiyimiz su, od, yel və torpaq çərşənbələri olduğunu nəzərə alsaq, onda "oğru üsgü" istilahının da doğrunun əks qütbü olan yalan, yalançı kəlməsi ilə əvəz olunduğu qənaətinə gələrik".

Əcdadlarımız hər bir ayin və mərasimləri qışın daha rəhimli olması, soyuğunu, sazağını, şaxtasını, qarını mümkün qədər az etməsi üçün icra ediblər. Bu inanclarla qədim zamanlardan insanlar ayinlər, mərasimlər keçirib, baharın gəlişinə hazırlıq görüblər. 

Tədqiqatçılar Novruz bayramını özünəqədərki ilaxır çərşənbə bayramlarından təcrid edilmiş şəkildə araşdırmağı məqsədəuyğun hesab etmirlər.

Qeyd etdiyimiz kimi, ölkəmizin bir sıra bölgələrində doğruçu çərşənbə sayılan dörd çərşənbədən öncə yalançı çərşənbələr də qeyd olunub. Araşdırıcılar bu qənaətdədirlər ki,  yalançı çərşənbə doğruçu çərşənbənin gəlişinə zəmin hazırlayır. 

Novruza qədər bayram edilən dörd ilaxır çərşənbələri kimi yalançı çərşənbədə də ocaq qalanır. Ancaq alovu gur olmur. Həmin gün axşamüstü insanlar öz həyətlərində səssiz-küysüz, azacıq saman, küləş yandırırlar. Adət-ənənəyə görə, yalançı çərşənbənin alovu aldadıcı olur. Evlərdə adi günlərdən fərqlənməyən süfrələr qurulur. Yəni yalançı çərşənbədə doğruçu çərşənbələrdə olduğu kimi, bayram süfrəsi açılmır, xüsusi yeməklər bişirilmir, şirniyyatlar hazırlanmır.

Amma adına yalançı çərşənbə deyilsə də, gətirdiyi xəbər doğru olur. Yalançı çərşənbədən sonra insanlar baharın astanada olduğunu hiss edirlər.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında

01:03
11 Mart

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi barədə

01:02
11 Mart

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

01:01
11 Mart

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
11 Mart

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:00
11 Mart

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:59
11 Mart

 “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:58
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:57
11 Mart

“Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri”nin təsdiq edilməsi haqqında

00:55
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:54
11 Mart

“Gəncə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında

00:53
11 Mart

Dövlət Departamentinin rəsmisi: Cənubi Qafqazda sülhün açarlarından biri TRIPP layihəsinin yaradılması idi  

00:35
11 Mart

Çempionlar Liqası: “Qalatasaray” doğma meydanında “Liverpul”u məğlub edib

23:59
10 Mart

WUF13 çərçivəsində şəhərdə hərəkətin rahat təşkili üçün hazırlıq işləri yekunlaşır

23:48
10 Mart

Hindistanda siqh icmasına qarşı təzyiqlər beynəlxalq narahatlıq doğurur  

23:19
10 Mart

Şuşada Yel çərşənbəsi sevinci

22:37
10 Mart

ABŞ ticarət katibinin müavini: Son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb

22:23
10 Mart

Premyer Liqa: Lider “Sabah” öz meydanında böyükhesablı qələbə qazanıb  

21:47
10 Mart

Volodimir Zelenski yeni “Patriot” raketlərini alacağına ümid edir  

21:09
10 Mart

Vahid Ələkbərov Rusiyanın ən varlı üç sahibkarı sırasına daxil olub

20:51
10 Mart

Zelenski: Türkiyə növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır

20:47
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!