06 Mart 2026 09:05
240
Mədəniyyət
A- A+
Bakı növbəti beynəlxalq tədbirə də yüksək səviyyədə evsahibliyi edəcək

Bakı növbəti beynəlxalq tədbirə də yüksək səviyyədə evsahibliyi edəcək


Tarix boyu şəhərlər sivilizasiyaların aynası olub. Dövlətlərin gücü, xalqların mədəni səviyyəsi, iqtisadi inkişafın miqyası, ilk növbədə, şəhərlərin simasında görünüb. XXI əsrdə isə şəhər artıq təkcə yaşayış məkanı deyil, innovasiyanın, texnologiyanın, sosial rifahın və elmi nailiyyətlərin mərkəzinə çevrilib. Məhz buna görə Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsi təsadüfi deyil. 

O səbəbdən bu qərar kampaniya xarakteri daşımır. Azərbaycan artıq təkcə urbanizasiya proseslərinə reaksiya verən deyil, onu planlaşdıran və istiqamətləndirən ölkə modelini ortaya qoyur. Paytaxt Bakıda və regionlarda icra olunan kompleks infrastruktur layihələri, müasir nəqliyyat şəbəkələrinin qurulması, genişmiqyaslı yaşıllaşdırma proqramları və ictimai məkanların yenilənməsi ölkənin şəhərsalma siyasətinə sistemli yanaşmasının nəticəsidir.

Bu il Bakı növbəti dəfə qlobal tədbirə evsahibliyi etməklə dünyanın diqqət mərkəzində olacaq. BMT sisteminin ən mühüm platformalarından olan UN-Habitat tərəfindən təşkil edilən Dünya Şəhərsalma Forumunun sessiyaları miqyasına və təsir imkanlarına görə United Nations çərçivəsində keçirilən ən böyük beynəlxalq tədbirlərdəndir və şəhərlərin gələcəyinə dair qlobal siyasətin formalaşmasında mühüm rol oynayır.

Növbəti 13-cü forumun Bakıda keçirilməsinə qərarı verilməsi ölkəmizin son illər nümayiş etdirdiyi real nəticələrin beynəlxalq səviyyədə etirafıdır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesi müasir urbanizasiya tarixində nadir nümunələrdən biri hesab olunur. Sıfırdan qurulan yaşayış məntəqələri, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi, "yaşıl enerji" həlləri və dayanıqlı infrastruktur modelləri Azərbaycanın şəhərsalma sahəsində innovativ yanaşmasını nümayiş etdirir.

Martın 4-də Dünya Şəhərsalma Forumunun təşkili ilə bağlı yaradılmış Təşkilat Komitəsinin növbəti iclasında bu məsələlər bir daha diqqət mərkəzində oldu. Prezident Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev çıxışında şəhərsalmanın dövlətimizin sosial-iqtisadi siyasətində əsas prioritetlərdən biri olduğunu vurğuladı. Bildirdi ki, 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması ölkənin bu sahəyə strateji münasibətinin bariz göstəricisidir. İclasda hazırlıq prosesinin substantiv, kommunikasiya və logistika istiqamətləri üzrə görülən işlər müzakirə edildi və qarşıda duran vəzifələr müəyyənləşdirildi.

Bakı artıq beynəlxalq şəhərsalma dialoqunun fəal iştirakçısına çevrilib. Son illər iqlim və urbanizasiya məsələlərinin inteqrasiyası, "yaşıl tikinti" standartlarının təşviqi, enerji səmərəliliyi və dayanıqlı mobillik sahəsində atılan addımlar Azərbaycanın qlobal çağırışlara adekvat və çevik reaksiya verdiyini göstərir. Bu siyasət yalnız paytaxtın deyil, bütün regionların bərabər inkişafını hədəfləyir.

Birmənalı şəkildə qeyd edə bilərik ki, WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək. Forum çərçivəsində urbanizasiya, iqlim dəyişiklikləri, sosial inklüzivlik, maliyyələşmə mexanizmləri və innovativ texnologiyalar kimi məsələlər geniş müzakirə olunacaq. Dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndə Bakıda bir araya gələrək gələcəyin şəhərlərinin modelini müzakirə edəcək. Bu isə paytaxtımızı qlobal ideyaların və strateji qərarların formalaşdığı mühüm tribunaya çevirəcək.

Bakı bu missiyaya artıq hazırdır. Tarixi irslə müasir memarlığın harmoniyası, Xəzər sahilində formalaşan yeni urban məkanlar, yenilənmiş ictimai zonalar və ekoloji balansın qorunmasına yönəlmiş təşəbbüslər paytaxtın gələcəyə hesablanmış inkişaf konsepsiyasını əks etdirir.

"Şəhərsalma və Memarlıq İli" yalnız bir ilin adı deyil - bu, Azərbaycanın gələcək onilliklər üçün qurduğu strateji xətdir. Bakı isə bu xəttin ən parlaq simvoludur.  Çünki paytaxtımız artıq təkcə regional mərkəz deyil, dünya şəhərlərinin tribunasıdır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun xarici işlər naziri Naxçıvana qarşı həyata keçirilmiş dron hücumları barədə məlumatlandırılıb  

17:31
06 Mart

Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olunub  

17:27
06 Mart

Hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ 

17:23
06 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:17
06 Mart

“AzerGold” xüsusi mükafata layiq görülüb

17:12
06 Mart

Ədliyyə naziri Qobustan rayonunda vətəndaşların müraciətlərini dinləyib

17:08
06 Mart

Gürcüstan Azərbaycanlıları Konqresi İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyib  

17:03
06 Mart

Kamran Əliyev: Prokurorluq orqanları işçilərinin 22 faizi qadınlardır

16:53
06 Mart

ABŞ İrana qarşı hücumlarda Böyük Britaniya bazalarından istifadə edəcək

16:48
06 Mart

Səfirlik: Finlandiya Naxçıvanın mülki infrastrukturuna İranın dron hücumlarını qətiyyətlə pisləyir

16:42
06 Mart

Daha 300 ukraynalı müdafiəçi Rusiya əsirliyindən azad edilib 

16:38
06 Mart

Pakistanın İrandakı səfirliyinin 10 əməkdaşı təxliyə edilib

16:23
06 Mart

İsveçin Azərbaycandakı səfirliyi İranın Naxçıvana dron hücumlarını pisləyən bəyanat yayıb

16:11
06 Mart

Ağsaqqallar Şurası: İran İslam Respublikasını rəsmi izahat verməyə və üzr istəməyə çağırırıq BƏYANAT

16:06
06 Mart

Kreml Rusiya-İran əməkdaşlığını şərh edib

15:59
06 Mart

9339723Türk general: Heç kim Azərbaycanın gücünü sınağa çəkməməlidir  

15:41
06 Mart

Emmanuel Makron: Fransa Yaxın Şərqdəki münaqişəyə qoşulmaq niyyətində deyil

15:33
06 Mart

Xocalıya növbəti köç - Təzəbinə və Seyidbəyli kəndlərinə 67 nəfər qayıtdı

15:32
06 Mart

İstanbulda TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək

15:31
06 Mart

Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 

15:30
06 Mart

Azərbaycan Kubokunun oyunları ilə bağlı cəzalar bəlli olub

15:28
06 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!