18 Mart 2024 19:11
961
İQTİSADİYYAT
A- A+

“Azərpoçt” növbəli iş rejimində çalışacaq

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Novruz bayramı ilə əlaqədar olaraq növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.

AZƏRTAC qurumun yaydığı məlumata istinadla xəbər verir ki, “Azərpoçt” MMC martın 20, 21, 22, 23, 24, 25 və 26-da növbətçi poçt şöbələri aşağıdakı rejimdə xidmət göstərəcək:

- Mərkəzi Poçt Şöbəsi saat 09:00-18:00-dək.

- 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi saat 10:00-17:00-dək.

- 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-17:00-dək.

- 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri saat 10:00-17:00-dək.

- 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat 09:00-17:00-dək.

- Regionlarda yerləşən müştəri xidməti şöbələri saat 10:00-17:00-dək.

Məlumata əsasən, istehsalat zərurətilə əlaqədar olaraq 1 saylı Poçt Filialının 66 və 152 saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.

“Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi, teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də, pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək”, - deyə “Azərpoçt”dan bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video