08 Avqust 2026 18:30
1717
SİYASƏT
A- A+
Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır

Bir il əvvəl Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş görüş və həmin çərçivədə əldə olunmuş razılaşmalar Cənubi Qafqazın gələcəyi baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Bu fikri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyib. O bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin paraflanması, ATƏT-in Minsk prosesinin bağlanmasına dair birgə müraciətin imzalanması və regional kommunikasiyaların açılması ilə bağlı siyasi iradənin ortaya qoyulması uzun illər münaqişə ilə xarakterizə olunan region üçün yeni siyasi reallığın əsas konturlarını müəyyənləşdirib. Lakin Vaşinqton prosesinin əhəmiyyətini yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə məhdudlaşdırmaq düzgün olmazdı. Burada daha böyük strateji məzmun var. Söhbət müharibədənsonrakı reallığın sülh, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və regional əlaqələr üzərində qurulan yeni inkişaf modelinə çevrilməsindən gedir. Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətə bu prizmadan baxdıqda mühüm bir transformasiya aydın görünür. Qarabağın işğaldan azad edilməsi ilə başlanan bərpa və inkişaf strategiyası artıq Azərbaycanın hüdudlarını aşaraq Cənubi Qafqazın gələcək iqtisadi və siyasi inteqrasiyasının mühüm elementinə çevrilir.

Yeganə Hacıyeva qeyd edib ki, otuz ilə yaxın davam edən işğalın aradan qaldırılmasından sonra Azərbaycan Prezidenti region üçün yeni tarixi vəzifələr yaradıb. Şəhər və kəndlərin yenidən qurulması, əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi, yeni nəqliyyat və enerji infrastrukturunun yaradılması və azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadi məkanına inteqrasiyası qarşıda duran əsas məsələlərdir. Bu proses ilk baxışda sırf milli inkişaf layihəsi kimi görünə bilər. Lakin onun miqyası və coğrafiyası daha geniş nəticələr yaradır. Qarabağ və Şərqi Zəngəzurda qurulan yollar, dəmir yolları, hava limanları, enerji xətləri və logistika imkanları Azərbaycanın daxili iqtisadi kommunikasiyaları gücləndirməklə yanaşı, ölkənin regional nəqliyyat və ticarət şəbəkələrində rolunu da artırır. Beləliklə, Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan bərpa işləri regional geoiqtisadi imkanlara çevrilir. Azərbaycan Prezidentinin strateji yanaşmasının mühüm xüsusiyyəti də məhz bundan ibarətdir: əldə edilmiş milli nəticəni yalnız öz dövlətinin gücləndirilməsi üçün deyil, regionda yeni əməkdaşlıq imkanlarının yaradılması üçün istifadə etmək. Bu baxımdan Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ xüsusi əhəmiyyət daşıyır. Uzun illər regionun siyasi gündəliyini müəyyənləşdirən əsas məsələ münaqişənin özü idisə, indi gündəliyin mərkəzinə sülhün institusionallaşdırılması, sərhədlərin qarşılıqlı tanınması, kommunikasiyaların açılması və iqtisadi əlaqələrin inkişaf etdirilməsi kimi məsələlər çıxır. Bu, siyasi düşüncənin mühüm dəyişməsidir.

Çünki davamlı sülh yalnız siyasi sənədlərlə deyil, sülhün iqtisadi və infrastruktur əsaslarının yaradılması ilə möhkəmlənir. Tarix də göstərir ki, keçmiş rəqiblərin gələcək tərəfdaşlara çevrilməsi yalnız siyasi iradə deyil, həm də qarşılıqlı maraqlar sistemi tələb edir.

Onun sözlərinə görə, Azərbaycanın regional siyasətində mühüm element məhz milli təhlükəsizliklə regional təhlükəsizlik arasında qarşılıqlı bağlılığı daha da gücləndirmək məqsədi durur. Dövlət öz iqtisadi, siyasi, diplomatik və infrastruktur imkanlarını regional proseslərin formalaşmasına yönəldə bildikdə onun təsir imkanları milli sərhədlərdən kənara çıxır. Azərbaycanın hazırkı mərhələdə qarşısında duran məsələ də məhz budur, milli gücü regional dəyərə çevirmək. Qarşıda daha böyük məqsəd dayanır: müharibənin yaratdığı yeni siyasi reallığı sülh və inkişaf üçün dayanıqlı sistemə çevirmək. Vaşinqton prosesi bu baxımdan yeni bir başlanğıc nöqtəsi kimi qiymətləndirilə bilər. Çünki burada siyasi normallaşma ilə yanaşı, regional kommunikasiyaların açılması və iqtisadi əlaqələrin genişləndirilməsi üçün perspektivlər də gündəmə gətirilib. Regionun gələcək təhlükəsizliyi artıq yalnız sərhədlərin qorunması məsələsi kimi nəzərdən keçirilə bilməz. Enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, ticarət marşrutları, rəqəmsal infrastruktur, investisiya və insan kapitalı da regional sabitliyin mühüm elementləridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

21:29
09 Avqust

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

20:41
09 Avqust

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

19:53
09 Avqust

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

19:33
09 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

17:58
09 Avqust

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

17:45
09 Avqust

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

17:39
09 Avqust

 Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

17:31
09 Avqust

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

17:24
09 Avqust

İDMAN Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

16:41
09 Avqust

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

16:22
09 Avqust

“Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir”

15:06
09 Avqust

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

14:53
09 Avqust

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

14:43
09 Avqust

Avqustun 10-da hava necə olacaq?

14:41
09 Avqust

Cənubi Qafqazın yeni siyasi xəritəsi: Bakı–Vaşinqton tərəfdaşlığının yüksəlişi

13:40
09 Avqust

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

12:13
09 Avqust

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

12:01
09 Avqust

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

11:57
09 Avqust

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

11:51
09 Avqust

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

11:44
09 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!