07 Oktyabr 2026 09:00
469
İQTİSADİYYAT
A- A+
Azərbaycanın dəstəyi ilə "Şimal-Cənub" marşrutu qlobal logistik dəhlizə çevriləcək

Azərbaycanın dəstəyi ilə "Şimal-Cənub" marşrutu qlobal logistik dəhlizə çevriləcək


Dünyada baş verən geosiyasi proseslər qlobal iqtisadiyyata ciddi ziyan vurur. Xüsusilə bu, iki önəmli sahədə özünü büruzə verir. Birincisi, Hörmüz boğazında və Qırmızı dənizdə gedən hərbi əməliyyatlar neft ixracını minimum səviyyəyə endirib. İkincisi, Hörmüz boğazında, Qırmızı dənizdə gedən savaşlar, Rusiya-Ukrayna müharibəsi dünyanın logistik imkanlarını məhdudlaşdırıb.

Neftin dünya bazarına çıxarılmasında yaranan əngəllər onun psixoloji hədd sayılan 100 dolları keçməsinə səbəb olub. Beynəlxalq logistikada ortaya çıxan çətinliklər isə qlobal ticarət və təchizat zəncirində qırılmalarla nəticələnib. Bu üzdən dünyada iqtisadi fəallıq azalıb, ticarətin səviyyəsi aşağı düşüb. Mütəxəssislərin hesablamalarına görə, proses bir qədər də uzanarsa, dünyada iqtisadi böhranın baş verməsi qaçılmaz olacaq.

Hazırda Rusiya özünün ən çətin dövrünü yaşayır. Belə ki, Rusiya-Ukrayna müharibəsi onun iqtisadi gücünü xeyli zəiflədib. Çünki bu müharibə Şimal qonşumuzu böyük məbləğdə vəsait xərcləməyə məcbur edir. Digər tərəfdən Ukrayna raket və dron zərbələri ilə Rusiyanın neft emalı müəssisələrinin çoxunu sıradan çıxarıb. İş o yerə çatıb ki,  bu ölkə özü dizel yanacağını xaricdən almaq barədə düşünür, mövcud ehtiyatların satışını isə gələn ilədək qadağan edib.

Rusiyanın ciddi problemi təkcə neft ixracı ilə məhdudlaşmır. Bu ölkənin qarşılaşdığı çətin və hələlik həll edə bilməyəcəyi məsələ logistika ilə bağlıdır. Belə ki, Rusiya dünya bazarına Avropa və Qara dəniz vasitəsilə çıxırdı. İndi iki ölkə arasında gedən müharibə üzündən bu imkanlarından məhrum olub. Bu üzdən yeganə çıxış yolunu "Şimal-Cənub" nəqliyyat marşrutunun aktivləşdirilməsində görür.

İndi Şimal qonşumuz nəqliyyat blokadasından çıxmasının yolunu "Şimal-Cənub" marşrutunun və Zəngəzur dəhlizinin (TRIPP) fəaliyyətində görür. Bu səbəbdən Şimal qonşumuzun yüksək rəsmiləri Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı pozitiv bəyanatlar səsləndirirlər. Rusiya Prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında bildirmişdir: "Diqqətinizə çatdırmaq istəyirəm ki, marşrutun bir hissəsi Azərbaycan ərazisindən keçməlidir. Azərbaycan bu layihənin həyata keçirilməsini dəstəkləyir və onu perspektivli hesab edir".

Rusiya Prezidenti həmçinin layihənin reallaşdırılması üçün zəruri kredit vəsaitlərinin ayrılmasına Rusiya tərəfinin hazır olduğunu açıqlayıb: "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinə gəlincə, biz kredit resursları ayırmağa hazırıq. Bunun üçün müvafiq maliyyə vəsaitlərimiz nəzərdə tutulub".

Məlum olduğu kimi, ölkəmizin xarici siyasətinin əsas prinsipi bütün ölkələrlə qarşılıqlı fayda əsasında əməkdaşlıq etməkdir. Dövlətin bu istiqamətdə apardığı siyasət Orta dəhlizi dünya üçün əhəmiyyətli bir ticarət marşrutuna çevirib. Hazırda yeganə qlobal ticarət arteriyasıdır ki, fasiləsiz işləyir. Bu, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin parlaq qələbəsidir.

Azərbaycan dünya üçün əhəmiyyətli ola biləcək "Şimal-Cənub" marşrutunun fasiləsiz fəaliyyət göstərməsi üçün üzərinə düşən vəzifələri uğurla icra edir. Rusiyaya uzanan dəmir və avtomobil yollarını müasir dövrün tələbinə uyğun modernləşdirir. Bununla yanaşı, Astarada yükdaşımaları asanlaşdırmaq üçün böyük gömrük terminalını tikib. İran tərəfinə uzanan avtomobil yolları dünya standartlarına uyğun yenilənib. Azərbaycan bu marşrutda önəmli qovşaq ölkə olmaq üçün bütün zəruri addımları atır. 

Bununla bağlı Prezident İlham Əliyev Bakıda keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda keçirilən tədbirdə demişdir: "Bu gün biz Azərbaycan ərazisindən yüklərin daşınmasına artan tələbat görürük. İstər "Şərq-Qərb", istərsə də "Şimal-Cənub" istiqamətində olsun. Biz bu iki mühüm marşrutun kəsişməsində yerləşirik. Yeri gəlmişkən, biz hər iki nəqliyyat dəhlizində fəal iştirak edən azsaylı ölkələrdən biriyik. Bu il Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həcmi 16 milyon tona çatacaq, lakin bizim məqsədimiz 2030-cu ilə qədər bu göstəricini 25 milyon tona çatdırmaqdır. Ola bilsin ki, bu göstərici hər iki - "Şərq-Qərb" və "Şimal-Cənub" istiqaməti üzrə hətta daha yüksək olsun".


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı nəzərdən keçirilib

16:42
22 Oktyabr

Azərbaycan orta güc mərkəzinə çevrilir  

16:33
22 Oktyabr

Nazir: Qızların təhsilinə yatırılan maliyyə vəsaiti uzunmüddətli perspektivdə cəmiyyətin inkişafı deməkdir  

16:26
22 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma  

16:24
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!