22 Sentyabr 2026 17:13
136
CƏMİYYƏT
A- A+
AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev sentyabrın 22-də Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Ağcabədi və Tərtər rayonlarından olan vətəndaşlarla görüşüb. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların müraciətləri əsasən torpaq sahəsinin sənədləşdirilməsi, subsidiyanın ödənilməsi, suvarma suyuna olan tələbat, aqrar sığorta, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

AXA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin ətraflı araşdırılması, aidiyyəti üzrə yönləndirilməsi və Agentliyin səlahiyyətlərinə aid məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə həlli ilə bağlı müvafiq tapşırıqlar verib.

Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısı tərəfindən kənd təsərrüfatının inkişafı istiqamətində imzalanmış müvafiq sərəncam və qərarların aqrar sahənin davamlı inkişafına, kənd təsərrüfatı istehsalçılarının fəaliyyət imkanlarının genişləndirilməsinə və rifah halının yaxşılaşdırılmasına mühüm töhfə verdiyini bildirib.

Vətəndaş qəbulu başa çatdıqdan sonra Sərdar Hacıyev Ağcabədi şəhəri ərazisində “Azərpambıq” MMC ilə müqavilə əsasında fəaliyyət göstərən fermer Famil Quliyevin pambıq sahəsinə, həmçinin Təzəkənd kənd sakini Əbülfət Əsgərovun heyvandarlıq təsərrüfatına baxış keçirib.

Görüşlər zamanı pambıq sahələrində həyata keçirilən defolyasiya tədbirləri, həmçinin heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma, bəslənmə və yemlənmə şəraiti ilə bağlı məlumat verilib, fermerlərlə fikir mübadiləsi aparılıb.

Həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas prioritet istiqamətləri barədə fermerlərə ətraflı məlumat verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

19:32
22 Sentyabr

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

19:21
22 Sentyabr

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

19:12
22 Sentyabr

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

19:03
22 Sentyabr

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

18:58
22 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır

18:56
22 Sentyabr

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

18:49
22 Sentyabr

Dublində qədim qala tapılıb

18:47
22 Sentyabr

Süni intellektə tələbat yaddaş çiplərinin qiymətini rekord həddə çatdırıb  

18:39
22 Sentyabr

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

18:34
22 Sentyabr

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

18:32
22 Sentyabr

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub

18:28
22 Sentyabr

 Şirin içkilərin tez-tez qəbulunun gizli təhlükəsi 

18:28
22 Sentyabr

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

18:18
22 Sentyabr

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

18:13
22 Sentyabr

Tarixdə ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxılıb

18:04
22 Sentyabr

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

17:54
22 Sentyabr

Göz quruluğuna qarşı təbii vasitə aşkar edilib   

17:49
22 Sentyabr

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

17:48
22 Sentyabr

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

17:45
22 Sentyabr

“ADEX 2026” və “Securex Caspian” sərgiləri 3 gün davam edəcək

17:41
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!