24 Fevral 2026 02:16
162
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Vergi Məcəlləsində,"Banklar haqqında" və "Gömrük tarifi haqqında"Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Vergi Məcəlləsində,"Banklar haqqında" və "Gömrük tarifi haqqında"Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 25-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214, № 4 (I kitab), maddələr 307, 315, 318, 322, № 5, maddələr 432, 441, № 6, maddələr 524, 536, № 7, maddələr 609, 618, № 8, maddələr 743, 744, № 11, maddə 1009; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli, 30 dekabr tarixli 327-VIIQD nömrəli, 330-VIIQD nömrəli, 331-VIIQD nömrəli, 332-VIIQD nömrəli və 338-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 33.8-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"33.8-1. Vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər (bu Məcəllənin 19-cu maddəsində nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) alıcısı Azərbaycan Respublikasında olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Bu maddədə qeyd olunan dövriyyəsi 10 000 ABŞ dollarının manat ekvivalentindən aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması könüllü olaraq həyata keçirilir. 

Məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet vasitəsilə real vaxt rejimində göstərilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri bu maddənin məqsədləri üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir.

Vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (bu Məcəllənin 19-cu maddəsində nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir."; 

1.2. 34.8.3-cü maddə üzrə:

1.2.1. birinci cümlədə "orqanı" sözü "orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilsin;

1.2.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Dövlət orqanları (qurumları), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər vergi orqanında uçota alındıqda, yenidən təşkil edildikdə  və ya uçotdan çıxarıldıqda bu barədə məlumatlar (vergi ödəyicisinin adı, VÖEN-i, hesabları göstərilməklə) hər ay bitdikdən sonra növbəti ayın 15-dək həmin orqan tərəfindən elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunur.";

1.3. aşağıdakı məzmunda 35.2-1-ci, 102.1.33-2-ci, 106.1.28-3-cü və 106.1.28-4-cü maddələr əlavə edilsin:

"35.2-1. Bu Məcəllənin 35.2-ci maddəsinə uyğun olaraq, qeydiyyata alınan hesab dövlət orqanlarına (qurumlarına), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə və dövlət adından yaradılan publik hüquqi şəxslərə məxsus olduqda həmin hesablar barədə məlumatlar vergi orqanı tərəfindən müvafiq məlumat bank əməliyyatları aparan şəxslər tərəfindən vergi orqanına daxil olduğu gündən sonrakı 1 iş günü müddətində elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir.";

"102.1.33-2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdikləri gəlirlər- 2025-ci il sentyabrın1-dən 1 il müddətinə;";

"106.1.28-3. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royaltigəlirləri - 2025-ci il sentyabrın 1-dən 1 il müddətinə;

106.1.28-4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər - 2025-ci il sentyabrın1-dən 1 il müddətinə;";

1.4. 164.1-ci maddə üzrə:

1.4.1. aşağıdakı məzmunda 164.1.41-5-ci və 164.1.49-2-ci maddələr əlavə edilsin:

"164.1.41-5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında şəxs tərəfindən təqvim ili ərzində 

1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) artıq olmamaqla raritetavtonəqliyyat vasitələrinin idxalı;";

"164.1.49-2. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında malların idxalı - 2025-ci il sentyabrın 1-dən 1 il müddətinə;";

1.4.2. 164.1.63.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.64-cü maddə əlavə edilsin:

"164.1.64. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı.";

1.5. 169.8-ci maddədə "bu fəslin məqsədləri üçün" sözləri "vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında" sözləri ilə əvəz edilsin;

1.6. 177.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 177.1.4-cü maddə əlavə edilsin:

"177.1.4. bu Məcəllənin 33.8-1-ci maddəsində nəzərdə tutulan qaydada uçota alınan qeyri-rezident şəxslərə münasibətdə ƏDV-ni hər hesabat dövrü üçün hesabat dövründən sonrakı ayın sonuncu günündən gec olmayaraq büdcəyə ödəməyə.";

1.7. 188.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 188.1.9-cu maddə əlavə edilsin:

"188.1.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) artıq olmamaqla raritetavtonəqliyyat vasitələrinin idxalı.".

Maddə 2. "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130 (Cild I); 2024, № 2, maddə 138; 2025, № 1, maddə 1, № 4 (I kitab), maddə 318, № 5, maddə 432) aşağıdakı məzmunda 41.2.9-1-ci maddə əlavə edilsin:

"41.2.9-1. dövlət orqanlarının (qurumlarının), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (maliyyə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlər kimi müəyyən edilən hüquqi şəxslər istisna olmaqla), dövlət adından yaradılan publik hüquqi şəxslərin və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatların bank hesabları üzərində müşahidə funksiyalarının yerinə yetirilməsi ilə bağlı -müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma);".

Maddə 3. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 779 (Cild I); 2024, № 4, maddə 365, № 6 (I kitab), maddə 630, № 8, maddə 933, № 12 (II kitab), maddə 1349; 2025, № 11, maddə 1009; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli və 30 dekabr tarixli 327-VIIQD nömrəli qanunları) 20.0.34-cü maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 20.0.35-ci maddə əlavə edilsin:

"20.0.35. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında şəxs tərəfindən təqvim ili ərzində 

1 (bir) ədəddən (ölkə üzrə ümumilikdə 10 (on) ədəddən) artıq olmamaqla raritetavtonəqliyyat vasitələrinin idxalı.".

Maddə 4. Bu Qanunun qüvvəyə minməsi

4.1. Bu Qanunun 1.1-ci, 1.5-civə 1.6-cı maddələri bu Qanun dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir.

4.2. Bu Qanunun 1.4.1-ci (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.41-5-ci maddəsinə münasibətdə), 1.7-ci və 3-cü maddələri bu Qanun dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

4.3. Bu Qanunun 1.4.2-ci maddəsi 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

4.4. Bu Qanunun 1.2-ci, 1.3-cü (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 35.2-1-ci maddəsinə münasibətdə) və 2-ci maddələri 2026-cı il aprelin 1-dən qüvvəyə minir.


İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 13 fevral 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında

02:23
24 Fevral

Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

02:22
24 Fevral

"Əhalinin sağlamlığının qorunması haqqında" və "Onkoloji yardım haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:22
24 Fevral

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

02:21
24 Fevral

"İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi - Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası"nın təsdiq edilməsi haqqında

02:20
24 Fevral

"Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında

02:19
24 Fevral

Azərbaycan Respublikasının Vergi Məcəlləsində,"Banklar haqqında" və "Gömrük tarifi haqqında"Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:16
24 Fevral

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Banklar haqqında" və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 355-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:15
24 Fevral

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:14
24 Fevral

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:12
24 Fevral

AQTA: Bakı-Abşeron və Sumqayıtda quş cəsədləri nümunələrində xüsusi xəstəlik aşkarlanmayıb  

18:52
23 Fevral

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib  

18:50
23 Fevral

Azərbaycan-Gürcüstan parlamentlərarası münasibətləri müzakirə olunub

18:48
23 Fevral

Şirvanda vətəndaşların Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

18:47
23 Fevral

Milli Məclisin deputatları və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər  

16:54
23 Fevral

Azərbaycanın və Qambiyanın xarici işlər nazirləri siyasi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər  

16:53
23 Fevral

Media: Avropa İttifaqı ABŞ ilə ticarət sazişini müvəqqəti dayandırmaq istəyir  

16:51
23 Fevral

Qurbanqulu Berdiməhəmmədov: Türkmənistan Trans-Xəzər boru kəməri layihəsini dəstəkləyir  

16:50
23 Fevral

Konstitusiya Məhkəməsinin Plenumu qərar qəbul edib  

16:47
23 Fevral

Almaniya 2022-ci ildən bəri Ukraynaya 94 milyard avro yardım göstərib

16:45
23 Fevral

Amsterdamın mərkəzində “Xocalıya ədalət!” çağırışı

16:44
23 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!