12 Mart 2025 01:36
1797
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Texniki təhlükəsizlik haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Texniki təhlükəsizlik haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və        32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Texniki təhlükəsizlik haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının  2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki, "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. aşağıdakı normativ hüquqi aktları iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

2.1.1. təhlükə potensiallı obyektlərin siyahısını;

2.1.2. təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydasını;

2.2. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Texniki təhlükəsizlik haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının  2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 fevral tarixli 269 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 84 (Cild I) 2-ci hissəsində "bu Qanunun 2-ci maddəsinin 2-ci və 3-cü hissələrində" sözləri "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsində və 3-cü hissəsinin ikinci cümləsində" sözləri ilə əvəz edilsin. 

4. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə"  Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847 (Cild I); 2024, № 8, maddə 938) 1.6.20-ci və 1.6.21-ci yarımbəndlərində "təhlükə potensiallı" sözləri "xüsusi riskli" sözləri ilə əvəz edilsin.  


İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 11 mart 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb  

13:05
15 Dekabr

Dövlət Komitəsi sədrinin müavini: Dini maarifləndirmədə ən etibarlı mənbə məhz məktəblərdir  

12:40
15 Dekabr

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunub 

12:31
15 Dekabr

Azərbaycana yatırılan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

12:09
15 Dekabr

Doqquz ayda Azərbaycana xaricdən 850 milyon dollar pul köçürülüb  

12:06
15 Dekabr

Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemlərinin qurulmasına başlanılıb  

11:29
15 Dekabr

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb  

11:27
15 Dekabr

Xankəndidə "Qış nağılı” bayram yarmarkası keçiriləcək VİDEO  

11:18
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!