18 Fevral 2025 01:01
1682
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 115-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 115-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 115-VIIQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.7-ci və 220.10-cu (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 220.7-ci və 220.10-cu (birinci halda) maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 220.10-cu maddəsində ikinci halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Qida Təhləkəsizliyi Agentliyi nəzərdə tutulur; 

1.4. həmin Məcəllənin 544-cü maddəsinin adında, 544.1-ci və 544.2-ci maddələrində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi hallarında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, digər hallarda isə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-1-ci və 221.3-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 115-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 dekabr tarixli 253 nömrəli, 27 dekabr tarixli 272 nömrəli və 29 dekabr tarixli 278 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4-cü hissə üzrə:

3.1.1. 4.1-ci bəndə "192.3," rəqəmlərindən sonra "220.7, 220.10 (hər iki halda)," sözləri əlavə edilsin və həmin bənddən "540.1," rəqəmləri çıxarılsın;

3.1.2. 4.3-1-ci bəndə "162-1.1-ci," sözlərindən sonra "220.7-ci, 220.10-cu (birinci halda)," sözləri əlavə edilsin;

3.1.3. 4.20-1-ci bənddən "540.1," rəqəmləri çıxarılsın;

3.1.4. aşağıdakı məzmunda 4.22-3-cü bənd əlavə edilsin:

"4.22-3. həmin Məcəllənin 220.10-cu maddəsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Qida Təhləkəsizliyi Agentliyi nəzərdə tutulur;";

3.1.5. 4.43-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"4.43-1. həmin Məcəllənin 544-cü maddəsinin adında, 544.1-ci və 544.2-ci maddələrində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi hallarında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, digər hallarda isə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur;";

3.2. 5-ci hissə üzrə:

3.2.1. 5.4-cü bənddən "540.1," rəqəmləri çıxarılsın;

3.2.2. 5.6-cı və 5.6-1-ci bəndlərdə "fəallığa malik qida əlavələrinin dərman vasitəsi olmadığı barədə məlumat verilmədən" sözləri "aktiv qida məhsullarının dərman vasitəsi olmadığı və müalicəvi xüsusiyyətlərə malik olmadığı haqqında məlumat verilmədən, "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınmasını təsdiq edən qeydiyyat nömrəsi göstərilmədən" sözləri ilə əvəz edilsin;

3.2.3. aşağıdakı məzmunda 5.32-4-cü bənd əlavə edilsin:

"5.32-4. həmin Məcəllənin 352-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi baxır;";

3.2.4. 5.44-cü bəndə "544.2-ci" sözlərindən əvvəl "455-1 və" sözləri əlavə edilsin;

3.2.5. 5.44-1-ci bənddə "447.0.2-447.0.6" rəqəmləri "447.0.2, 447.0.4, 447.0.6" rəqəmləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157, № 6 (I kitab), maddə 649, № 7, maddələr 806, 812, 814, № 8, maddə 948, № 12 (I kitab), maddələr 1294, 1295; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 272 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 19.0-cı bəndinə "iş üzrə icraat" sözlərindən əvvəl "Məcəllənin 352-1-ci maddəsində, habelə" sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 dekabr tarixli 261 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin: 

5.1. 15-ci hissədə "221.11-ci" sözləri "221.14-cü" sözləri ilə əvəz edilsin;

5.2. 31-1-ci hissədə "və 394-1-ci maddələrində" sözləri "maddəsində" sözü ilə əvəz edilsin;

5.3. aşağıdakı məzmunda 70-8-ci və 74-2-ci hissələr əlavə edilsin:

"70-8. Məcəllənin 598.8-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından - bu Siyahının 36.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.";

"74-2. Məcəllənin 602-4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından - bu Siyahının 26-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər, Nazirliyin tabeliyində Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri və onun müavinləri.".

6. Bu Fərmanın 1-ci hissəsi, 3.1.1-ci (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.7 və 220.10-cu maddələrinə münasibətdə), 3.1.2-ci, 3.1.4-cü, 3.1.5-ci və 3.2.5-ci yarımbəndləri 2025-ci il martın 1-dən qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 fevral 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci rüb Azərbaycanda duz istehsalı 33 faiz artıb

12:39
21 Aprel

Regional məsuliyyət – müasir beynəlxalq münasibətlər sistemində yeni mərhələ

12:34
21 Aprel

AFFA “Neftçi”ni yüksək məbləğdə cərimələyib

12:21
21 Aprel

Zərdabda Kür çayında suyun səviyyəsi artıb, vəziyyət nəzarət altındadır - AÇIQLAMA

12:13
21 Aprel

Milli Məclisdə Hesablama Palatasının hesabatı dinlənilir

12:02
21 Aprel

Gədəbəyin Şahdağ kəndində 6500-dən çox ağac əkilib

11:56
21 Aprel

Dövlət Komitəsinin rəsmisi: Uşaqlara onlayn riskləri idarə etmək bacarıqları da aşılanmalıdır  

11:48
21 Aprel

Qızılın qiyməti aprelin 13-dən bəri ən aşağı səviyyəyə enib

11:41
21 Aprel

Media: ABŞ-İran danışıqlarına hazırlığın son mərhələsi başlayıb

11:40
21 Aprel

Milli Məclisdə 8 məsələnin müzakirəsinə başlanılıb

11:15
21 Aprel

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb  

11:13
21 Aprel

Qlobal külək enerjisi quraşdırma gücü rekord səviyyədə artıb

10:56
21 Aprel

Ötən gün 36 cinayətin açılması təmin olunub

10:44
21 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:31
21 Aprel

Dünya bazarında qızıl 24 dollar ucuzlaşıb

10:26
21 Aprel

Azərbaycan nefti 110 dollara satılıb

10:21
21 Aprel

Şimşək çaxır, yağış və qar yağır – FAKTİKİ HAVA  

10:15
21 Aprel

ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər

10:13
21 Aprel

Pulu qazanmaq çətindir, yoxsa xərcləmək 

10:05
21 Aprel

Qəsəbəmiz yağış yağanda keçilməz olur

10:00
21 Aprel

Leysanın fəsadları qısa zamanda aradan qaldırıldı

09:55
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!