"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 516-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 516-VIQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin "Qeyd" hissəsinin 2-ci bəndinə uyğun olaraq, narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli və xüsusilə külli miqdarını, habelə prekursorların və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin xüsusilə külli miqdarını müəyyən edən Azərbaycan Respublikası qanunlarının layihələrini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2. həmin Məcəllənin 240-cı maddəsinin "Qeyd" hissəsinin 1-ci bəndinə uyğun olaraq, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin xüsusilə külli miqdarını müəyyən edən Azərbaycan Respublikası Qanununun layihəsini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 516-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 may 2022-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində işt...
26 Aprel
Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb
26 Aprel
“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib
26 Aprel
XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib
26 Aprel
Xocavənddə partlayıcı vasitələr aşkarlanıb
26 Aprel
Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib
26 Aprel
Böyük yazıçı, alim və pedaqoq
26 Aprel
“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
26 Aprel
“Azeri Light” markalı neft ucuzlaşıb
26 Aprel
Türkiyənin məşhur HALK TV-nin "Yeni bir sabah" proqramında "Azərbaycan" qəzetinin manşeti barədə məl...
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!