«Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında» qanun layihəsi müzakirə olunmuşdur
Mayın 23-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, iclasda Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə olunmuşdur.
Komitənin sədri Ziyad Səmədzadə demişdir ki, ötən il dünyada iqtisadi və maliyyə böhranının hökm sürməsinə baxmayaraq, Azərbaycan öz iqtisadi inkişafını davam etdirərək bir sıra infrastruktur layihələrin həyata keçməsinə nail olmuş, əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşmış, pul gəlirləri artmışdır. Dövlət başçısının reallaşdırdığı siyasətin nəticəsində ölkəmizin regionlarında yeni iş yerləri yaradılmışdır ki, bu da işsizlik səviyyəsini minimuma çatdırmışdır. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan iqtisadi cəhətdən dünyanın ən dinamik inkişaf edən ölkəsi kimi göstərilir. Ötən il neft və qaz gəlirlərindən səmərəli istifadə olunmuş, iqtisadiyyatın şaxələndirilməsi davam etdirilmiş, sahibkarlıq subyektlərinə güzəştli kreditlər verilmiş, əhalinin iqtisadi fəallığı müşahidə olunmuşdur ki, bütün bunlar da büdcə gəlirlərinin artmasına səbəb olmuşdur. Bundan başqa büdcə vəsaiti hesabına qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraiti yaxşılaşdırılmış, idman kompleksləri, məktəblər, tibb və mədəniyyət müəssisələri tikilib istifadəyə verilmiş, əmək haqları, pensiya və müavinətlər artırılmışdır. Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında hazırlanmış Dövlət Proqramı tamamilə yerinə yetirilmişdir. Bu nailiyyətləri müasir dövrün tələblərini nəzərə alınmaqla düşünülmüş qaydada həyata keçirilən iqtisadi siyasətin nəticəsində əldə etmək mümkün olmuşdur.
Z.Səmədzadə bildirmişdir ki, 2012-ci ilin dövlət büdcəsinin əsas göstəriciləri, məqsəd və vəzifələri uğurla icra olunmuşdur. Azərbaycan hökuməti dövlət büdcəsinin icrasını müvəffəqiyyətlə yerinə yetirmişdir.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov demişdir ki, 2012-ci ildə dövlət büdcəsinin icrası makroiqtisadi sabitliyin saxlanılması, əhalinin pul gəlirlərinin və dövlətin iqtisadi qüdrətinin artmasına şərait yaratmışdır. Hesabat ili ərzində daxili istehlakın genişlənməsi şəraitində ölkə iqtisadiyyatında artım prosesləri davam etmişdir. İqtisadi fəallığın dövlət tərəfindən dəstəklənməsi, iqtisadi islahatların davam etdirilməsi də iqtisadi inkişafa müsbət təsir göstərmişdir. Xaricdən gələn müəyyən risklərə baxmayaraq, il ərzində makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına nail olunmuşdur. 2012-ci ildə istehsal edilmiş Ümumi Daxili Məhsulun (ÜDM) həcmi əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 54,0 milyard manata çatmışdır. Keçən ildə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 9,7 faiz artımı müşahidə olunmuş, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 48,8 faizdən 52,7 faizədək yüksəlmişdir. Müvafiq olaraq ÜDM-in 47,3 faizi neft-qaz hasilatı və emalı sahələrinin payına düşməklə əvvəlki ilə nisbətən 5,0 faiz azalmışdır. Yaradılmış əlavə dəyərin çox hissəsi məhsul istehsalı sahələrinin payına düşmüşdür.
ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 5884,5 manat və ya 7490,5 ABŞ dolları təşkil etmişdir. Əhalinin gəlirlərinin artım sürəti inflyasiyanı bir neçə dəfə üstələmişdir. Ölkənin valyuta ehtiyatlarının səviyyəsi ötən il 14 faiz artaraq 46,5 milyard ABŞ dollarına çatmışdır.
Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə edilmişdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
Karlo Ançelotti: Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur
27 Aprel
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel
Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi
27 Aprel
“WhatsApp”a parolsuz giriş olacaq
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!