08 Mart 2024 02:39
5100
Fərmanlar
A- A+

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi embleminin Təsviri

 

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir 

 

 
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi qızılı haşiyəli qara dairə formasındadır. Dairənin kənarında qövs boyunca qızılı hərflərlə yuxarıda "AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN", aşağıda "TƏHLÜKƏSİZLİK XİDMƏTİ" sözləri yazılmışdır. "AZƏRBAYCAN" sözündən əvvəl və "PREZİDENTİNİN" sözündən sonra qızılı rəngdə səkkizguşəli ulduz təsvir edilmişdir.
Dairənin mərkəzində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri verilmişdir. Həmin təsvirin sol və sağ tərəflərində iti ucları aşağıda bir-biri ilə birləşən və kəsici tərəfləri dairənin kənarına baxan qızılı rəngdə iki ədəd qılınc yerləşir (rəsmi emblemin şəkli əlavə edilir).
 

"Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi embleminin təsviri"nə əlavə 

 

 


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video