25 Avqust 2022 01:50
976
Fərmanlar
A- A+

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli və "Elektron ipoteka və kredit zəmanət" sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2018-ci il 1 may tarixli 30 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2328; 2018, № 5, maddə 897, № 8, maddə 1690; 2019, № 1, maddə 60, № 3, maddələr 411, 416, № 6, maddə 1014, № 12, maddə 1923; 2021, № 5, maddə 434) aşağıdakı dəyişikliklər edilsin:
1.1.    3.2-ci bəndə "sahibkarların" sözündən sonra "manatla emissiya etdikləri istiqrazlar üzrə öhdəliklərinə və" sözləri əlavə edilsin;
1.2.    həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi" üzrə:
1.2.1.  1.1-ci və 2.1-ci bəndlərə "sahibkarların" sözündən sonra "manatla emissiya etdikləri istiqrazlar üzrə öhdəliklərinə və" sözləri əlavə edilsin;
1.2.2.  2.2.2-ci yarımbəndə "kreditlərə" sözündən sonra ", habelə manatla emissiya etdikləri istiqrazlar üzrə öhdəliklərinə" sözləri əlavə edilsin;
1.2.3.  2.2.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
"2.2.4. təminat verdiyi öhdəliklər üzrə sahibkarlıq subyektlərində monitorinqlərin aparılmasını təmin edir;".
2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 898, № 10, maddə 1991; 2019, № 6, maddə 1014; 2020, № 11, maddə 1355; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 avqust tarixli 1782 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Elektron ipoteka və kredit zəmanət" sistemi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
2.1.    1.1-ci bənddən "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra - Fond) vəsaiti hesabına ipoteka kreditlərinin və ipoteka kreditləri üzrə təminatların, sahibkarların manatla aldıqları kreditlər (bundan sonra - sahibkarlıq kreditləri) üzrə təminatların və sahibkarlıq kreditlərinə hesablanmış faizlərin bir hissəsinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların (bundan sonra - faiz subsidiyaları), habelə yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verilməsi məqsədi ilə" sözləri çıxarılsın;
2.2.    1.3-cü bənddə "Fondun" sözü "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra - Fond)" sözləri ilə əvəz edilsin;
2.3.    2.1.2-ci yarımbəndə "sahibkarlıq krediti" sözlərindən sonra ", yaxud manatla emissiya etdiyi istiqrazlar üzrə öhdəliklərinə təminat" sözləri əlavə edilsin;
2.4.    6.1.1-ci yarımbənddə "habelə sahibkarlıq kreditləri üzrə" sözləri "sahibkarların manatla emissiya etdikləri istiqrazlar üzrə öhdəliklərinə və sahibkarlıq kreditlərinə (bundan sonra - sahibkarların öhdəlikləri)" sözləri ilə əvəz edilsin;
2.5.    6.1.3-cü yarımbənddə "sahibkarlıq kreditləri" sözləri "sahibkarların öhdəlikləri" sözləri ilə əvəz edilsin;
2.6.    6.1.7-ci, 6.1.8-ci, 8.3.4-cü yarımbəndlərdə və 10.3-cü bənddə "sahibkarlıq kreditləri" sözləri "sahibkarların öhdəlikləri" sözləri ilə əvəz edilsin;
2.7.    6.3-cü bənddə "Sahibkarlıq kreditləri" sözləri "Sahibkarların öhdəlikləri" sözləri ilə əvəz edilsin;
2.8.    6.4-cü bənddə "Sahibkarlıq kreditləri üzrə öhdəliklərin" sözləri "Sahibkarların öhdəliklərinin" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 avqust 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video