Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 692 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti haqqında Əsasnamə"də, 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nda və 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 525-VIQD nömrəli Qanunun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 692 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1242; 2009, № 2, maddə 66, № 12, maddə 996; 2013, № 9, maddə 1062; 2016, № 5, maddə 853; 2019, № 11, maddə 1722; 2021, № 8, maddə 982) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti haqqında Əsasnamə"nin 10.1-ci bəndində "tibbi-sanitar yardım" sözləri "tibbi-sanitariya yardımı" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 419; 2019, № 5, maddə 847, № 12, maddə 1936; 2020, № 7, maddə 895, № 8, maddə 1036; 2021, № 6 (I kitab), maddə 566) ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nın 2.8.13-cü yarımbəndində "tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə" sözləri "sosial xidmət müəssisələrində" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 90, № 11, maddə 1719; 2020, № 8, maddə 1039, № 12 (I kitab), maddə 1479; 2021, № 3, maddə 225, № 5, maddə 452, № 6 (I kitab), maddə 572, № 9, maddə 989, № 10, maddə 1103; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 1694 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın 7.1.66-cı və 7.3.25.13-cü yarımbəndlərinin "Tədbirin adı" sütununda "əhalinin sosial müdafiəsi" sözləri "sosial xidmət" sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2022-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
KÖHNƏ BAYATILAR KÖMƏYƏ GƏLMİR
11 Avqust
Sarsılmaz qardaşlıq nümunəsi
11 Avqust
Müsəlman dövlətlərinin birliyi güclənir
11 Avqust
Təhlükəli viruslardan qorunmaq üçün qaydalara riayət olunmalıdır
11 Avqust
Bakıda "sauna", Budapeştdə "soyuq duş"
11 Avqust
Pambığı “ağ qızıl” edənlər
11 Avqust
Ağcabədililərdən nümunə olacaq xeyirxah təşəbbüs
11 Avqust
Ağdam rayonunda 420 hektar sahədə təkrar əkin aparılıb
11 Avqust
Sabirabadda yeni nasos stansiyası istifadəyə verilib
11 Avqust
"Yaylaq fındığı" yığılır
11 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!