"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 9, maddə 187; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1028; 2008, № 12, maddə 1057; 2011, № 1, maddə 21; 2021, № 11, maddə 2327) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. "Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri;" sözləri çıxarılsın;
2. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının Hüquqi təminat idarəsinin rəisi;" sözlərindən sonra "Naxçıvan Baş Gömrük İdarəsinin rəisi;" sözləri əlavə edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 noyabr 2022-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə gedir
08 Fevral
Sülhməramlıların 6 avtomobilinin Laçına maneəsiz keçidinə şərait yaradılıb
08 Fevral
"Qardaş Köməyi Platforması" yardım kampaniyasına başlanılıb
08 Fevral
Türkiyədə zəlzələ: 6234 nəfər həlak olub, 37 mindən çox insan yaralanıb VİDEO
08 Fevral
Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı
08 Fevral
Gədəbəydə qarlı şaxtalı hava müşahidə edilir, yollara qum-duz qarışığı səpilir
08 Fevral
Prezidentin tapşırığına uyğun olaraq, FHN-in xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düş...
08 Fevral
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyində olub...
08 Fevral
Qaxda qar örtüyünün hündürlüyü 45 santimetrə çatıb
08 Fevral
Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının Nümayəndələr Palatasının sədri ilə ...
08 Fevral
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!