09 Oktyabr 2026 15:34
169
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi sürətlə artır

Azərbaycan-Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi sürətlə artır


“2025-ci ildə Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə ticarət dövriyyəsi 1,8 milyard dollara çatıb. Bu göstərici 2024-cü illə müqayisədə 53 faiz artım deməkdir”. 

Bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O, Prezident İlham Əliyevin də çıxışında ticarətin 50 faizdən çox artdığını xüsusi vurğuladığını xatırladıb.

Ekspert bildirib ki, ötən il Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 48,9 milyard dollar olub. Mərkəzi Asiya ölkələrinin bu göstəricidə payı isə təxminən 3,7 faiz təşkil edir.Yəni artım sürətlidir, lakin mövcud iqtisadi potensialla müqayisədə ticarətin həcmi hələ də böyük deyil. “Digər mühüm məsələ ticarətin strukturudur. Qarşılıqlı dövriyyədə idxal üstünlük təşkil edir. Azərbaycanın bu ölkələrə qeyri-neft-qaz ixracı isə 2025-ci ildə cəmi 5 faizdən bir qədər çox artıb. Deməli, ümumi ticarətin sürətli artması hələ Azərbaycan məhsullarının həmin bazarlarda eyni sürətlə möhkəmlənməsi demək deyil. Amma növbəti illərdə ticarət dövriyyəsinin artması üçün kifayət qədər əsas var. İlk növbədə, siyasi münasibətlər yüksək səviyyədədir. Azərbaycanda Mərkəzi Asiya kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradılıb”, – deyə o əlavə edib.

İqtisadçı qeyd edib ki, ən böyük imkanlardan biri nəqliyyat və logistikadır. Mərkəzi Asiyanın Avropaya çıxışında Azərbaycanın tranzit imkanlarının genişlənməsi ölkəmizə həm əlavə gəlir, həm də yeni iqtisadi tərəfdaşlıqlar qazandıra bilər. Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərdə yalnız tranzit ölkə və hazır məhsul alıcısı olmaqla kifayətlənmək istəmir. Birgə investisiya fondlarından istifadə etməklə, ölkəmizdə istehsal müəssisələrinin yaradılması, həmin müəssisələrin həm Mərkəzi Asiya, həm də Avropa bazarlarına işləməsi daha böyük iqtisadi nəticə verə bilər.

Ekspert vurğulayıb ki, Azərbaycanın 5 ölkə üzrə ixrac imkanları ayrıca araşdırılmalı, hansı məhsulların hansı bazarlarda rəqabət üstünlüyünə malik olduğu əsaslandırılmış şəkildə müəyyən edilməlidir. Çünki məqsəd təkcə 1,8 milyard dollarlıq dövriyyəni artırmaq yox, həmin dövriyyədə Azərbaycan istehsalının və əlavə dəyərinin payını yüksəltmək olmalıdır.

E.Əmirovun fikrincə, Mərkəzi Asiya ilə iqtisadi münasibətlərin növbəti mərhələsində əsas uğur göstəricisi də məhz bu olacaq.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Masallının Çaxırlı kəndində Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anılıb  

16:59
09 Oktyabr

Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

16:56
09 Oktyabr

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

16:55
09 Oktyabr

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

16:53
09 Oktyabr

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir  

16:52
09 Oktyabr

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

16:50
09 Oktyabr

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB 

16:49
09 Oktyabr

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib  

16:48
09 Oktyabr

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb  

16:47
09 Oktyabr

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər  

16:46
09 Oktyabr

Qlobal bağlantıların mərkəzi   

16:41
09 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafı regional əməkdaşlıq məkanının formalaşmasına xidmət edir  

16:38
09 Oktyabr

Maaşlarımız artır- orta əməkhaqqı 1 173 manata çatıb 

16:34
09 Oktyabr

Məqsəd “Altı iqtisadiyyat – bir “məhsul”dur  

16:22
09 Oktyabr

Azərbaycanlılar nə qədər xərcləyirlər? 

16:18
09 Oktyabr

Mərkəzi Asiya ilə Cənubi Qafqazı bir-birinə bağlayan əsas güc mərkəzi  

16:17
09 Oktyabr

Regional təşkilatların aparıcı gücü   

16:09
09 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri münasibətlərində yeni mərhələ

15:59
09 Oktyabr

Azərbaycan Avrasiyanın strateji bağlantı mərkəzinə çevrilir  

15:56
09 Oktyabr

“Abraham Lincoln” təyyarədaşıyan gəmisi ABŞ-yə qayıdıb  

15:49
09 Oktyabr

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

15:42
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!