09 Oktyabr 2026 16:46
689
CƏMİYYƏT
A- A+
MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər  

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər  


Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin başçıları tarixi yaddaşın qorunması haqqında Bəyanat qəbul ediblər.

AZƏRTAC xəbər verir ki, sənəd oktyabrın 9-da Türkmənistanın “Avaza” Milli Turizm Zonasında MDB Dövlət Başçıları Şurasının iclasında imzalanıb.

Bəyanatda tarixi yaddaşın qorunmasının ayrı-seçkilik, irqçilik, ksenofobiya və dözümsüzlüklə mübarizədə təsirli vasitə olduğu vurğulanır. Tarixi bilmək dinc yanaşı yaşamağın təməllərini sarsıdan keçmişin təhrif edilməsinə, dezinformasiya yayılmasına və ekstremizm cəhdlərinin vaxtında müəyyənləşdirilməsinə və onların qarşısının alınmasına imkan verir.

Birlik ölkələrinin liderləri keçmiş, indiki və gələcək arasındakı əlaqənin tənqidi şəkildə başa düşülməsinin, eləcə də mənbələrin və tarixi əsərlərin hərtərəfli öyrənilməsi yolu ilə tarixi dəqiqliyin təmin edilməsinin vacibliyini qeyd ediblər.

Sənəddə deyilir: “Biz beynəlxalq ictimaiyyəti tarixi yaddaşı və tarixi həqiqəti qorumaq, xalqlar arasında sülhü, qarşılıqlı hörməti və etimadı möhkəmləndirmək, beynəlxalq hüququn ümumi qəbul edilmiş normalarına uyğun olaraq dinc və konstruktiv əməkdaşlıq təcrübəsini gələcək nəsillərə ötürmək, nasizmin, faşizmin və digər dağıdıcı ideologiyaların təriflənməsinin yolverilməzliyi prinsipinə ardıcıl olaraq riayət etmək üçün səyləri birləşdirməyə çağırırıq”.

MDB dövlətləri açıq, dürüst, peşəkar və siyasətdən uzaq dialoq prinsiplərinə əsaslanaraq tarixi təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Prioritet sahələrə xatirə tarixlərinin təşviqi, MDB ölkələri arasında münasibətlərin inkişafının ən vacib mərhələlərini əks etdirən tarixi və xatirə yerlərinin qorunması, müvafiq tədbirlərin təşkili, alimlər, arxivçilər, arxeoloqlar, tədqiqatçılar, habelə gənclər və könüllü hərəkatlarının nümayəndələri arasında əlaqələrin genişləndirilməsi daxildir.

Bundan əlavə, planda MDB-nin iştirakçı dövlətlərinin Beynəlxalq Tarixçilər və Arxivçilər Assosiasiyası çərçivəsində əməkdaşlığının inkişaf etdirilməsi, eləcə də universal və regional beynəlxalq forumlarda tarixi yaddaşın qorunması üçün birgə təşəbbüslərin təşviq edilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik

22:26
23 Noyabr

Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib

20:32
23 Noyabr

Sərdar Berdiməhəmmədovun Türkmənistanın bitərəflik siyasətinə dair kitabı Azərbaycan dilində təqdim olunub  

19:54
23 Noyabr

Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub  

19:39
23 Noyabr

Şeyxülislam Allahşükür Paşazadə Moskva və Ümumrusiya Patriarxı Kirillə görüşüb  

19:26
23 Noyabr

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi artıb – QRAFİK

19:18
23 Noyabr

BƏƏ-də qədim yırtıcı məməlilərin yeni növü aşkarlanıb  

19:15
23 Noyabr

Rusiya XİN sərhədin bağlanması ilə əlaqədar Estoniyaya etiraz edib  

19:09
23 Noyabr

Fransada etiraz aksiyaları yenidən şiddətlənib

18:51
23 Noyabr

Azərbaycanda mis konsentratı istehsalı 5 dəfəyədək artıb

18:49
23 Noyabr

Marian çökəkliyinin ən dərin hissəsində vulkanizm izləri aşkarlanıb  

18:49
23 Noyabr

İnsanların ən sürətlə qocaldığı yaş dövrləri açıqlanıb

18:31
23 Noyabr

Ukraynanın Zaporojye şəhərinə hava zərbəsi endirib, 3 nəfər həlak edib

18:20
23 Noyabr

Azərbaycan və Rumıniya “Yaşıl Enerji Dəhlizi” layihəsinin icrasını dəyərləndirib  

18:19
23 Noyabr

Goranboyda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:17
23 Noyabr

Buxarestdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə Nazirlər İclası keçirilib  

18:16
23 Noyabr

Özbəkistanda qədim mağara məskənləri və qayaüstü rəsmlər aşkarlanıb  

18:13
23 Noyabr

Yeni dövlət proqramı balıqçılıq və sitrusçuluğu inkişaf etdirməyə əlavə imkanlar verir  

18:07
23 Noyabr

San-Fransiskoda süni intellekt sahəsində sürətli inkişaf yaşanır  

18:00
23 Noyabr

Lerikdə yeni dövlət proqramının qəbulundan sonra kənd təsərrüfatında görülən işlərlə tanışlıq olub  

17:49
23 Noyabr

Bu vitaminin çatışmazlığı sinir sisteminin inkişafına mənfi təsir göstərir  

17:47
23 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!