09 Oktyabr 2026 16:22
146
İQTİSADİYYAT
A- A+
Məqsəd “Altı iqtisadiyyat – bir “məhsul”dur  

Məqsəd “Altı iqtisadiyyat – bir “məhsul”dur  


Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin iqtisadi əməkdaşlığının böyük perspektivləri var


Məlum olduğu kimi, Prezident İlham Əliyev oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib. Bir ilə yaxındır ki, Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvüdür.

Bu, sözügedən ölkələrlə iqtisadi əməkdaşlığımızın daha da inkişafına yeni bir təkan verir. İlk növbədə tədbirin ev sahibi olan Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun dövlətimizin başçısı İlham Əliyuevə müraciətlə dediyi sözləri diqqətə çatdıraq: “Türkmənistan Azərbaycan Respublikası ilə qardaşlıq münasibətlərinə böyük əhəmiyyət verir və bu münasibətlərin ardıcıl şəkildə möhkəmləndirilməsinə hazırdır. Əminəm ki, çoxtərəfli əməkdaşlığımız Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında mehriban qonşuluq, əməkdaşlıq və qarşılıqlı anlaşma əlaqələrinin daha da möhkəmləndirilməsinə töhfə verəcəkdir”. 

Son bir ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artmasını bu yeniliyin – ölkəmizin məşvərət formatında tamhüquqlu üzv olmasının xoş müjdəsi adlandıraq. Bu gün Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir.

Ümumiyyətlə isə Azərbbaycan bu ölkələrlə ikitərəfli və çoxtərəfli  sıx əlaqələr saxlayır və önəmli layihələr həyata keçirir. Azərbaycan, Qazaxıstan və Özbəkistanın birlikdə həyata keçirdiyi irimiqyaslı və strateji  təşəbbüsü - "Xəzər Yaşıl Enerji Dəhlizi" layihəsini  xatırlatmaq kifayətdir.Bu meqalayihə Mərkəzi Asiyada (Özbəkistan və Qazaxıstanda) istehsal olunacaq bərpaolunan enerji resurslarının Xəzər dənizinin dibi ilə çəkiləcək yüksək gərginlikli kabel vasitəsilə Azərbaycana, oradan isə Gürcüstan və Qara dəniz üzərindən Avropa bazarlarına ixrac edilməsini nəzərdə tutur. Bu barədə üç ölkənin Prezidentləri 2024-ci ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində sənəd imzalayıblar.

Enerji əməkdaşlığından söz düşmüşkən deyək ki, regionun neft ixracı  arteriyası -  Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə xeyli müddətdir Qazaxıstan və Türkmənistan nefti də ötürülür. Azərbaycan və Özbəkistan  neftçiləri sıx əməkdaşlıq əlaqələri saxlayırlar və s.

Prezident İlham Əliyev  oktyabrın 8-də Türkmənbaşı şəhərindəki çıxışında əməkdaşlığımızın əsas sahələrindən birinin də nəqliyyat olduğunu diqqətə çatdırmışdır:” Xəzər dənizi ölkələrimiz arasında nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk. Biz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoymuşuq. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edirik”.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrindən, dostluq və qardaşlığından  danışarkən onların Prezidentlərinin işğaldan azad olunmuş ərazilərimizə səfərlərini yada salmamaq mümkün deyil.Bu ölkələrin Qarabağda  və Şərqi Zəngəzurda gedən quruculuq və bərpa işlərinə töhfələ də var.  

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və hədiyyəsi olaraq Füzuli şəhərində 960 şagird yerlik müasir tam orta məktəb inşa edilmiş və istifadəyə verilmişdir. Mirzə Uluqbəy adına məktəb  xarici dövlət tərəfindən işğaldan azad edilmiş ərazilərdə maliyyələşdirilən və həyata keçirilən ilk irimiqyaslı layihələrdən biridir.

Kurmanqazı adına Uşaq Yaradıcılığın Mərkəzi isə  Qazaxıstan hökumətinin təşəbbüsü ilə Füzuli şəhərindəi tikilmişdir. 2700 kvadratmetr sahəni əhatə edən ikimərtəbəli bu mərkəz gənclərin və uşaqların dərnəklərdə və müxtəlif layihələrdə iştirakı üçün nəzərdə tutulub. 

Qırğızıstan dövlətinin vəsaiti hesabına Ağdam rayonunun Xıdırlı kəndində orta məktəb binası (Ayköl Manas adına məktəb) inşa edilərək istifadəyə verilib. 

2025-ci ilin oktyabr ayında Türkmənistanın təşəbbüsü və dəstəyi ilə Füzuli şəhərində yeni məscid kompleksinin təməli qoyulub. Bir  hektardan çox ərazidə inşa edilən  məscidin hər biri 40 metr hündürlüyündə 2 minarəsi oilacaq .Əsas günbəzin hündürlüyü 30 metr təşkil edəcək.

Hərtərəfli inkişaf üçün perspektivlər  daha çoxdur.Bu baxımdan  Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev gələn il Xivə şəhərində “Mərkəzi Asiya - Azərbaycan” biznes forumunun keçirilməsini təklif etməsi də diqqət çəkir. Qardaş ölkənin Prezidenti belə deyib:“Bu gün keçirilən görüşümüz xüsusi əhəmiyyət daşıyır. İlk dəfədir ki, görüşümüz qardaş Azərbaycanla birlikdə keçirilir. İlham Heydər oğlunu bu görüşümüzdə salamlayıram. “Altı iqtisadiyyat – bir məhsul” formulu qarşıya qoymalı olduğumuz məqsədi yaxşı ifadə edir. Bir neçə ölkənin müəssisələri vahid istehsal zəncirində iştirak etdikdə, məhsul birgə yaradıldıqda iqtisadiyyatlarımız arasında tamamilə fərqli əlaqələr formalaşır. Bu əlaqələr adi əmtəə mübadiləsindən daha möhkəm və dayanıqlı olur. Bu istiqamətdə işlərin inkişaf etdirilməsi məqsədilə 2027-ci ildə qədim Xivə şəhərində “Mərkəzi Asiya - Azərbaycan” biznes forumunun keçirilməsini təklif edirik”.

Azərbaycanı sədrlik münasibətilə təbrik edən Şavkat Mirziyoyev bildirdi: “Fürsətdən istifadə edərək, Azərbaycanı Məşvərət görüşləri çərçivəsində sədrliyi qəbul etməsi münasibətilə təbrik edirəm. Əminəm ki, Azərbaycan tərəfinin rəhbərliyi ilə formatımız çərçivəsində görülən işlərə əlavə təkan veriləcək, qardaşlıq əməkdaşlığımız isə birlik, etimad və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edəcəkdir”.

Bu, belə də olacaq. Birgə həyata keçirilən layihələr Azərbaycan və Mərkəzi Asiya ölkələrini vahid geosiyasi və geoiqtisadi məkana çevirməkdə mühüm rol oynayacaq. 


Flora SADIQLI,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Masallının Çaxırlı kəndində Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anılıb  

16:59
09 Oktyabr

Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

16:56
09 Oktyabr

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

16:55
09 Oktyabr

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

16:53
09 Oktyabr

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir  

16:52
09 Oktyabr

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

16:50
09 Oktyabr

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB 

16:49
09 Oktyabr

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib  

16:48
09 Oktyabr

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb  

16:47
09 Oktyabr

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər  

16:46
09 Oktyabr

Qlobal bağlantıların mərkəzi   

16:41
09 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafı regional əməkdaşlıq məkanının formalaşmasına xidmət edir  

16:38
09 Oktyabr

Maaşlarımız artır- orta əməkhaqqı 1 173 manata çatıb 

16:34
09 Oktyabr

Məqsəd “Altı iqtisadiyyat – bir “məhsul”dur  

16:22
09 Oktyabr

Azərbaycanlılar nə qədər xərcləyirlər? 

16:18
09 Oktyabr

Mərkəzi Asiya ilə Cənubi Qafqazı bir-birinə bağlayan əsas güc mərkəzi  

16:17
09 Oktyabr

Regional təşkilatların aparıcı gücü   

16:09
09 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri münasibətlərində yeni mərhələ

15:59
09 Oktyabr

Azərbaycan Avrasiyanın strateji bağlantı mərkəzinə çevrilir  

15:56
09 Oktyabr

“Abraham Lincoln” təyyarədaşıyan gəmisi ABŞ-yə qayıdıb  

15:49
09 Oktyabr

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

15:42
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!