14 Yanvar 2026 17:25
637
Mədəniyyət
A- A+
“Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasının üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulur  

“Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasının üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulur  


“Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası qlobal və ölkədaxili çağırışlar nəzərə alınmaqla, Azərbaycanın milli kimliyinə əsaslanan müasir mədəniyyət modelinin yaradılması, inkişafı və 2040-cı ilədək digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün dövlət mədəniyyət siyasətinin istiqamətlərini müəyyən edən və mədəniyyət sahəsi ilə bağlı fəaliyyətə vahid, sistemli və dayanıqlı yanaşmanı təmin edən strateji planlaşdırma sənədidir.

AZƏRTAC xəbər verir ki, Konsepsiya çərçivəsində Azərbaycan mədəniyyətinin müasir modelinə mədəniyyətin həyat tərzinin ayrılmaz tərkib hissəsinə çevrilməsi, mədəniyyətin fundamentallığını qorumaqla, fərqli müasir alətlər vasitəsilə bu sahənin funksionallığının təmin edilməsi, sürətli rəqəmsallaşma mühitində ənənəvi ünsiyyətin qorunması və məsələlər digərləri daxildir.

Konsepsiyada Azərbaycan dili, davranış və bilgi mədəniyyəti, ədəbiyyat, incəsənət və mədəni irs sahələri əhatə olunur. Həmçinin Konsepsiyada “Azərbaycanın mədəniyyət dəyərləri”nə milli-mənəvi dəyərlər, tolerantlıq, Azərbaycan dili, fərdilik və özünəməxsusluq, əlçatanlıq və digərləri aiddir.

Konsepsiyanın üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələ 2026–2030-cu illər, ikinci mərhələ 2031–2035-ci illər, üçüncü mərhələ isə 2036–2040-cı illəri əhatə edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

Azərbaycan romantizminin parlaq siması

10:00
07 Fevral

Tarixin yaddaşına çevrilən alim - Sara Aşurbəyli

10:00
07 Fevral

Revanşistlərin sülh qorxusu

09:55
07 Fevral

Kilsənin və müxaliflərin ideoloji məğlubiyyəti

09:50
07 Fevral

Dostluğa dayanan strateji tərəfdaşlar

09:45
07 Fevral

Tarixin hökmü, hüququn təntənəsi

09:40
07 Fevral

Cinayət cəzasız qalmadı

09:35
07 Fevral

Sülh güclü dövlətin, ədalət isə qalib xalqın haqqıdır...

09:30
07 Fevral

Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin uğurlu siyasəti ilə yüksələn Naxçıvan

09:25
07 Fevral

Qlobal dəstək, yüksək qiymət

09:20
07 Fevral

Dövlətlərin nüfuzu həm də sülhə və dialoqa xidmət edən siyasətlə ölçülür

09:15
07 Fevral

Azərbaycanın Yaxın Şərq regionunda mövqeləri güclənir

09:10
07 Fevral

Azərbaycanın təqdim etdiyi sülh yolu

09:05
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!