07 Mart 2026 08:15
227
SİYASƏT
A- A+
Azərbaycan istənilən təhdidə qətiyyətlə cavab vermək iqtidarındadır

Azərbaycan istənilən təhdidə qətiyyətlə cavab vermək iqtidarındadır


Azərbaycanın xarici siyasəti beynəlxalq hüquq normalarına, mehriban qonşuluq, qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanır. Ölkəmiz qonşu dövlətlərlə  bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əlaqələrə böyük önəm verir. İran ətrafında baş verən proseslərlə bağlı dövlətimizin mövqeyi də bunun göstəricisidir. Lakin İranın Azərbaycana münasibətdə siyasəti heç də birmənalı deyil.  

Milli Məclisin deputatı Pərvin Kərimzadə "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, regionda sabitliyin təmin olunması, münaqişələrin dinc yolla həlli dövlətimizin prinsipial mövqeyidir. Yaxın regionda, qonşu dövlətlərin ərazilərində baş verən hərbi toqquşmalar ciddi narahatlıq doğurur: "Rəsmi Bakı tərəfləri maksimum təmkinli olmağa və problemləri danışıqlar yolu ilə həll etməyə çağırıb. Eyni zamanda Azərbaycan öz ərazisindən heç kimin İrana qarşı hərbi müdaxiləsi üçün icazə verməyəcəyini dəfələrlə bəyan edib. Çünki İran Azərbaycanın yaxın qonşusudur, bu ölkədə milyonlarla azərbaycanlı yaşayır. Belə olan halda, İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dron hücumu anlaşılan deyil və qəbulolunmazdır. Bu hücum beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, İranın molla rejiminin riyakar mövqeyinin göstəricisidir. İran indiyədək dəfələrlə ölkəmizə qarşı təxribatlar edib, təhdidlər səsləndirib. Xüsusilə, dövlətimiz öz ərazi bütövlüyünü bərpa etdikdən sonra təhdidlər daha çox artıb. Çünki öz ərazilərini erməni işğalından azad edən Azərbaycan həm regionda, həm də dünyada mövqelərini gücləndirib. Eyni zamanda dövlətimiz regionda sülh və əməkdaşlıq müstəvisində önəmli təşəbbüslərlə çıxış edir. Bütün bunlar  molla rejimini narahat edir. İranın ölkəmizə qarşı qərəzli, təhdid dolu münasibəti də bundan qaynaqlanır. Lakin molla rejimi Azərbaycan dövlətinin və onun liderinin qətiyyəti qarşısında geri çəkilməyə məcburdu".  

Deputat bildirib ki, martın 5-də keçirilən Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev 2023-cü ilin yanvarında Tehranda Azərbaycan səfirliyinə edilən terror aktını da xatırladıb. Dövlətimizin başçısı demişdir: "O vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir. Çünki bu terror aktı həm səfirliyin içində, həm səfirliyin ətrafında, təqribən 40 dəqiqəyə qədər davam edirdi. Bu 40 dəqiqə ərzində bir dənə də olsun nə təhlükəsizlik, nə polis nümayəndəsi səfirliyə yaxınlaşmayıb. Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir. Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi, Azərbaycan səfirliyi İrandan təxliyə edilmişdi, bütün diplomatik əlaqələr dayandırılmışdı. İran tərəfi bizdən üzr istəməyə, öz günahını etiraf etməyə məcbur olmuşdu. O terror aktını törədənə bizim təkidimizlə ən ağır cəza da verilmişdi". Prezident bəyan edib ki, bu dəfə də cavab eyni olacaq. Azərbaycan bu terror aktı ilə, təcavüzlə heç vaxt barışmayacaq. 

P.Kərimzadə xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev İranın ali liderinin ölümü ilə bağlı başsağlığı verib, bu ölkənin səfirliyini ziyarət edib: "Halbuki Azərbaycan Prezidentindən başqa, heç bir dövlətin başçısı İran səfirliyinə gedərək başsağlığı verməyib.  Ötən ilin iyun ayında İranla İsrail arasında 12 günlük hərbi toqquşma zamanı da Azərbaycan öz ərazisindən başqa ölkələrə İrana qarşı istifadə etməsi üçün icazə verməmişdi. Bu fakt göstərir ki, ölkəmiz mehriban qonşuluq siyasətinə hər zaman sadiqdir. Bunun müqabilində İranın Naxçıvana terror hücumu Azərbaycana qarşı düşmənçilik kimi qiymətləndirilə bilər. Bəs molla rejiminin bunları etməkdə məqsədi nədir? Bu sualın cavabını dövlətimizin başçısı çıxışı zamanı açıqlayıb. Cənab Prezident deyib: "İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı. Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü".

Deputat deyib ki, İran tərəfindən Naxçıvan ərazisində mülki obyektlərin, mülki vətəndaşların istifadə etdiyi hava limanının hədəfə alınması dinc sakinlərə və mülki infrastruktura qarşı terror aktı kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında dediyi kimi, Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq: "Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin".  

P.Kərimzadə vurğulayıb ki, Azərbaycan güclü dövlətdir və istənilən təhdidlərə qarşı qətiyyətlə cavab vermək iqtidarındadır. Ümid edirik ki, rəsmi Tehran bu insidentlə bağlı lazımi izahat verəcək, dövlətimizdən və xalqımızdan üzr istəyəcək. Eyni zamanda bu rejim soydaşlarımıza münasibəti dəyişməli, onların fundamental hüquqlarını təmin etməlidir. Milyonlarla soydaşımızın təməl hüquqlarının pozulması yolverilməzdir. Bundan əlavə, dünya ölkələrinin liderlərinin Azərbaycan Prezidentinə telefon zəngləri, verilən rəsmi bəyanatlar beynəlxalq birliyin İranın Naxçıvana hücumunu kəskin pislədiyini və ölkəmizlə həmrəy olduqlarını təsdiqləyir. Bu fakt, həm də Azərbaycanın və onun Liderinin yüksək beynəlxalq nüfuzunun göstəricidir. Ona görə də molla rejimi Azərbaycanın gücünü və qüdrətini unutmamalıdır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:30
07 Mart

"Çovdar nekropolu" kitabı ictimaiyyətə təqdim edilib

09:25
07 Mart

Qusarda mərmər bağacığına qarşı mübarizə gücləndirilir

09:23
07 Mart

Enerji və texnologiyada irəliləyiş, dünya bazarında qiymət dəyişmələri

09:20
07 Mart

YAP Göygöl rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd edilib

09:15
07 Mart

Qazax rəsmən Azərbaycanın "İdman Paytaxtı" oldu

09:10
07 Mart

Komitə sədri Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndə və fəalları ilə görüşüb

09:05
07 Mart

Əlləri torpağa, ümidi gələcəyə bağlı kənd qadınının hekayəsi

09:00
07 Mart

Bizim Natalya

08:55
07 Mart

"Hər birinizi evimə qonaq dəvət edirəm"

08:50
07 Mart

Azərbaycan qadını müdrikliyin, fədakarlığın və gücün rəmzidir

08:45
07 Mart

Qadın istərsə...

08:40
07 Mart

Şəfqət bacımız

08:35
07 Mart

Zəriflərin Zəfəri

08:30
07 Mart

Qadın fəallığı - cəmiyyətin modernləşmə kodu

08:25
07 Mart

Azərbaycana verilən beynəlxalq dəstək və həmrəylik mesajları ölkəmizin nüfuzunu və haqlı olduğunu göstərir

08:20
07 Mart

Azərbaycan istənilən təhdidə qətiyyətlə cavab vermək iqtidarındadır

08:15
07 Mart

Prinsipial mövqenin göstəricisi

08:10
07 Mart

"Dəmir yumruq" yerindədir: gücümüzü sınağa çəkməyin!

08:05
07 Mart

İlham Əliyevin mövqeyi qəti və prinsipialdır

08:00
07 Mart

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:37
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!