07 Mart 2026 09:20
192
İQTİSADİYYAT
A- A+
Enerji və texnologiyada irəliləyiş, dünya bazarında qiymət dəyişmələri

Enerji və texnologiyada irəliləyiş, dünya bazarında qiymət dəyişmələri


İqtisadiyyatda baş verən əsas hadisələr  hər gün, hər həftə  sürətlə dəyişdiyi üçün Azərbaycan iqtisadiyyatı ilə bağlı xəbərlər, bazar tendensiyaları və analitik göstəricilər gündəmdə qalır. "Həftənin iqtisadi icmalı"nda biz həftə  ərzində iqtisadiyyatda  baş verən əsas hadisələri, maliyyə bazarlarındakı inkişafı, istehlak və ixrac-idxal göstəricilərini araşdıraraq oxuculara aydın və qısa icmal təqdim edəcəyik. İcmal oxuculara iqtisadi vəziyyəti anlamaqda kömək edəcək, doğru qərar qəbul etmək imkanı yaradacaq. Təqdim olunan məlumatlar gələcək həftələrdə baş verə biləcək tendensiyaları qiymətləndirmək üçün də  faydalı olacaq.

Bu həftə iqtisadi gündəmdə xüsusilə diqqətçəkən məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın  təsdiqi oldu. Fəaliyyət Planı ölkənin gələcəyinə yönəlmiş əhəmiyyətli dəyişikliklər və islahatları özündə ehtiva edir. Bu islahatların həyata keçirilməsi üçün bir sıra mühüm addımlar atılıb. Onlardan biri də dövlət başçısının fərmanı ilə "Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi" istiqamətində yeni tədbirlərin və strategiyaların həyata keçirilməsidir. Fərmana əsasən, rəqəmsal inkişaf və innovasiyaları sürətləndirmək məqsədilə yeni bir qurum - Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şura Azərbaycanda rəqəmsal yenilikləri koordinasiya edəcək və dövlətin bütün sahələrində texnologiyaların tətbiqi və inkişafını sürətləndirəcək. 

* * *

Rəqəmsal inkişaf və innovasiyalar sahəsində atılan bu addımlarla yanaşı, ölkəmiz beynəlxalq platformalarda da fəal iştirakını davam etdirir.  Martın 1-də Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən Banqkokda keçirilən 13-cü Regional Forumda təmsil olunub. Dayanıqlı inkişafla bağlı məsələləri əhatə edən forumda Azərbaycanın sədrliyi ilə "Dayanıqlı İnkişaf  Məqsədlərinə  (DİM) nail olunması üzrə regional tərəqqinin və imkanların nəzərdən keçirilməsi"nə dair sessiyası keçirilib. Sessiyada Asiya və Sakit Okean regionunda DİM-lər üzrə əldə olunan nəticələr və tərəqqi təhlil olunub. Forum çərçivəsində Azərbaycanın rəhbərliyi ilə "Yekun hesabatlılıq, nümayəndə heyətlərinin səlahiyyətlərinin nəzərdən keçirilməsi, məruzə sessiyaları və ümumi öhdəliklərin müzakirəsi" üzrə plenar müzakirələr keçirilib. 

* * *

Həftənin önəmli iqtisadi hadisələrindən biri Azərbaycanın kosmik sənayesinin ilk dəfə Barselonada keçirilən beynəlxalq sərgidə təmsil olunmasıdır. Sərgidə ölkəmizin kosmik texnologiyaları və innovativ layihələri nümayiş etdirilib, həmçinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanları müzakirə edilib. Bu, Azərbaycanın kosmik sektorunun inkişafında yeni mərhələ kimi qiymətləndirilir və innovasiya potensialının genişlənməsinə töhfə verir. 

* * *

Martın 3-də Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 12-ci və "Yaşıl Enerji" Məşvərət Şurasının 4-cü iclasları regionda enerji siyasətində əhəmiyyətli addımlar kimi diqqət çəkib. Nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələrin iştirak etdikləri iclasda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, eləcə də 49 enerji şirkəti iştirak edib. Toplantının açılışından sonra  "Cənub qaz dəhlizi" sessiyası: "Cənub qaz dəhlizi"ndə davamlı uğur və yeni inkişaf mərhələsi" və "Yaşıl enerji" layihələri üzrə plenar sessiyalarla davam edib. Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir. 

* * *

Regionun enerji və dayanıqlı inkişaf prioritetlərinə uyğun olaraq, bu həftə Bakı daha bir əhəmiyyətli tədbirə -  "Mərkəzi Asiya - Azərbaycan "Yaşıl Enerji" Dəhlizi" üzrə birinci inkişaf mərhələsinin Texniki-İqtisadi Əsaslandırma (TİƏ) sənədinin müzakirəsinə həsr olunmuş  ilk seminara evsahibliyi edib. Tədbirdə Azərbaycan, Qazaxıstan və Özbəkistandan yüksəksəviyyəli dövlət nümayəndələri, ötürücü sistem operatorları, tənzimləyici qurumlar, həmçinin Asiya İnkişaf Bankı (AİB), Asiya İnfrastruktur və İnvestisiya Bankı (AİİB) və digər maraqlı tərəflər iştirak ediblər. Qeyd edək ki,  "Mərkəzi Asiya-Azərbaycan "Yaşıl Enerji Dəhlizi"nin texniki-iqtisadi əsaslandırması Asiya İnkişaf Bankı (AİB) və AİİB ilə tərəfdaşlıq çərçivəsində hazırlanır və 2025-ci ilin aprel ayında imzalanmış Anlaşma Memorandumu ilə dəstəklənir.

* * *

İqtisadi hadisələrdən bəhs edərkən xüsusi vurğulamalıyıq ki, ölkəmizdəki qabaqcıl şirkətlər yalnız enerji deyil, həm də telekommunikasiya sahəsində beynəlxalq səviyyədə diqqət çəkirlər.  Üç gün öncə   "AZCON Holding"in şirkətlərindən olan "Aztelekom" MMC telekommunikasiya infrastrukturunun dayanıqlılığı və süni intellektyönümlü şəbəkə həllərinin tətbiqi sahəsində əldə etdiyi nəticələrə görə, beynəlxalq "Ultra-Broadband Resilient Network for AI Development" mükafatına layiq görülüb. Təqdim olunan mükafat "Aztelekom"un yalnız sürət və əhatə dairəsi baxımından deyil, həm də şəbəkənin etibarlılığı, elastikliyi və gələcək texnoloji tələblərə hazırlıq səviyyəsi üzrə beynəlxalq standartlara uyğun inkişaf etdiyini təsdiqləyir. 

* * *

Həftə dünya enerji və qiymətli metallar bazarında əhəmiyyətli dəyişikliklərlə müşahidə olunub: Azərbaycan neftinin qiyməti 86 dolları ötüb, ümumiyyətlə, dünya birjalarında neft bahalaşıb. Qızılın isə bir troya unsiyasının qiyməti 39,4 dollar artaraq 5174,1 dollar təşkil edib.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:30
07 Mart

"Çovdar nekropolu" kitabı ictimaiyyətə təqdim edilib

09:25
07 Mart

Qusarda mərmər bağacığına qarşı mübarizə gücləndirilir

09:23
07 Mart

Enerji və texnologiyada irəliləyiş, dünya bazarında qiymət dəyişmələri

09:20
07 Mart

YAP Göygöl rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd edilib

09:15
07 Mart

Qazax rəsmən Azərbaycanın "İdman Paytaxtı" oldu

09:10
07 Mart

Komitə sədri Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndə və fəalları ilə görüşüb

09:05
07 Mart

Əlləri torpağa, ümidi gələcəyə bağlı kənd qadınının hekayəsi

09:00
07 Mart

Bizim Natalya

08:55
07 Mart

"Hər birinizi evimə qonaq dəvət edirəm"

08:50
07 Mart

Azərbaycan qadını müdrikliyin, fədakarlığın və gücün rəmzidir

08:45
07 Mart

Qadın istərsə...

08:40
07 Mart

Şəfqət bacımız

08:35
07 Mart

Zəriflərin Zəfəri

08:30
07 Mart

Qadın fəallığı - cəmiyyətin modernləşmə kodu

08:25
07 Mart

Azərbaycana verilən beynəlxalq dəstək və həmrəylik mesajları ölkəmizin nüfuzunu və haqlı olduğunu göstərir

08:20
07 Mart

Azərbaycan istənilən təhdidə qətiyyətlə cavab vermək iqtidarındadır

08:15
07 Mart

Prinsipial mövqenin göstəricisi

08:10
07 Mart

"Dəmir yumruq" yerindədir: gücümüzü sınağa çəkməyin!

08:05
07 Mart

İlham Əliyevin mövqeyi qəti və prinsipialdır

08:00
07 Mart

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:37
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!