Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir
Martın 19-da Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çin Xalq Respublikasının (ÇXR) Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min arasında görüş keçirilib.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Çin münasibətlərinin dostluq və etibarlı tərəfdaşlıq müstəvisində uğurla inkişaf etdiyi, bir-birinin milli maraqlarına hörmətlə yanaşan və ərazi bütövlüyünü dəstəkləyən iki ölkə arasındakı qarşılıqlı faydalı əməkdaşlığın mühüm perspektivlərə malik olduğu vurğulanıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının (ÇKP) Baş katibi Si Cinpin iki ölkə arasında əlaqələrin inkişafına xüsusi önəm verirlər. Bunun nəticəsidir ki, strateji xarakter daşıyan və müxtəlif sahələri əhatə edən çoxşaxəli münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan ilə Çin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələri genişləndirməkdə maraqlıdırlar. Eyni zamanda, “Bir kəmər, bir yol” layihəsi və Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika sahəsində əməkdaşlıq böyük önəm daşıyır və yaxşı perspektivlər vəd edir.
Söhbət zamanı qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı, faydalı fikir və təcrübə mübadiləsinin aparılması və məhsuldar işbirliyinin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğu qeyd edilib.
Azərbaycan-Çin münasibətlərinin inkişafında iki ölkənin hakim partiyalarının əməkdaşlıq əlaqələrinin rolu da diqqətə çatdırılıb. 2023-cü ilin may ayında Tahir Budaqovun rəhbərliyi ilə YAP nümayəndə heyətinin Çinə uğurlu səfərini və orada keçirilmiş yüksək səviyyəli görüşləri xatırladan səfir Qo Min “YAP ilə ÇKP-nin fəal dialoqu xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və çoxşaxəli əməkdaşlığın dərinləşməsinə təkan verir” , - deyə bildirib. Son illərdə hakim partiyalar arasında qarşılıqlı təmasların artmasının partiyalararası əlaqələrdə artan dinamikanın əyani göstəricisi olduğu diqqətə çatdırılıb.
YAP Sədrinin müavini Tahir Budaqov səfir Qo Minin Azərbaycanda fəaliyyəti müddətində ölkələrimiz arasındakı səmimi dostluq münasibətlərinin və hakim partiyaların qarşılıqlı əlaqələrinin inkişafına verdiyi töhfələrə görə ona təşəkkürünü bildirib və uğurlar arzulayıb.
Səfir Qo Min Çinin etibarlı tərəfdaşı olan Azərbaycanda fəaliyyət göstərməkdən son dərəcə məmnun olduğunu, ölkəmizin inkişafının bundan sonra da uğurla davam edəcəyinə və beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənəcəyinə inamını ifadə edib.
Sonda qarşılıqlı olaraq hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı ...
27 Aprel
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
27 Aprel
Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
27 Aprel
Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib...
27 Aprel
ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!