07 Noyabr 2025 12:22
487
SİYASƏT
A- A+
Azərbaycan HDQ-sinin nümayəndə heyəti Pakistana səfər edib  

Azərbaycan HDQ-sinin nümayəndə heyəti Pakistana səfər edib  


Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti HDQ komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərliyi ilə “PIMEC - 2025” 11-ci Beynəlxalq Dəniz Sərgisi və Konfransında iştirak etmək üçün Karaçi şəhərinə səfər edib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Pakistan HDQ-sinin rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirilib. Görüşlərdə iki qardaş ölkənin HDQ-ləri arasında əməkdaşlıq və maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Beynəlxalq tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti gündəliyə daxil edilən yaşıl enerji, dəniz təhlükəsizliyi, ətraf mühitin qorunması, dəniz iqtisadiyyatı, dəniz ticarəti və daşınmaları, həmçinin dəniz turizmi mövzularında müxtəlif konfranslarda iştirak ediblər.

Qeyd edək ki, tədbir Pakistanın dəniz ticarəti, müdafiə və texnologiya sahəsindəki imkanlarını nümayiş etdirmək üçün dünya dəniz sənayesinin liderlərini və investorlarını bir araya gətirmək məqsədilə keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!