26 Oktyabr 2026 14:16
209
SİYASƏT
A- A+
Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib  

Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib  


“Bugünlər Azərbaycan daha bir mötəbər beynəlxalq idman yarışına ev sahibliyi edir. Söhbət 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatından gedir. Oktyabrın 24-də  Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino mərasimi izləyiblər. Bu hadisə Azərbaycanın dünyada idman mərkəzlərindən birinə çevrildiyini göstərir”.

 Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Onun sözlərinə görə, beynəlxalq miqyasda böyük populyarlığa malik futbol üzrə dünya çempionatına ev sahibliyi hüququnun Azərbaycana verilməsi təsadüfi deyil. Nəzərə alaq ki, U-15 üzrə oğlanlar arasında futbol üzrə dünya çempionatı ilk dəfə keçirilir. Bu, beynəlxalq idman ictimaiyyətinin ölkəmizə artan inamının əyani göstəricisidir. Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev daim qlobal həmrəylik təşəbbüslərindən çıxış edir ki, bu da dünyada böyük təqdirlə qarşılanır. Bundan başqa, ölkəmizin müsbət reallıqları – uzunmüddətli sabitlik, cəmiyyətdəki tolerantlıq, güclü iqtisadi potensial beynəlxalq idman ictimaiyyətinin Azərbaycana artan inamını şərtləndirən amillər sırasında yer alır.  İndiyədək respublikamız Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, III MDB Oyunlarına böyük uğurla ev sahibliyi etməklə bu sahədə yaxşı təcrübə qazanıb. Ötən il ölkəmizdə həmçinin ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirilib.

“Ölkəmizdə ənənəvi olaraq keçirilən Formula 1 yarışı bu ilin sentyabrında Bakının ev sahibliyi ilə uğurla baş tutdu. Oktyabrın əvvəllərində isə Bakıda cüdo üzrə dünya çempionatı keçirildi. Hazırda isə Azərbaycan  ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında (FIFA U-15) dünya çempionatına və festivalına ev sahibliyi edir. Bütün bunlar Azərbaycanın  beynəlxalq idman ictimaiyyəti ilə sıx əməkdaşlığının və ölkəmizin töhfələrinin dünyada yüksək dəyərləndilməsinin göstəricisidir” – deyən deputat əlavə edib ki, cənab İlham Əliyevin ilk dəfə 1997-ci il 31 iyul tarixində Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsi ilə idmanın inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb. Onun milli təəssübkeşliyi, perspektivli idmançılara böyük qayğı ilə yanaşması, klubların, federasiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi bütövlükdə ölkənin idman həyatında yüksəliş dalğası yaradıb. Ötən dövrdə paytaxt Bakıda və regionlarda beynəlxalq standartlara cavab verən müasir idman infrastrukturu qurulub. Hazırda ölkəmiz idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır. Təkcə belə bir faktı qeyd edək ki, son 23 ildə Prezident İlham Əliyevin göstərişləri əsasında paytaxt Bakıda və regionlarda 50-dək müasir Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib.

“Öz növbəsində geniş əhatə dairəsinə malik olan dövlət qayğısı ölkəmizdə idmanın inkişafına və bunun nəticəsi olaraq idmançılarımızın yüksək nəticələr qazanmalarına güclü stimul verir. Qürurverici haldır ki, idmançılarımızın mötəbər beynəlxalq yarışlarda qazandıqları medalların sayı ilbəil artır” – deyə, millət vəkili vurğulayıb.

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səhiyyə sisteminin rəqəmsallaşması bölgələrdə də sürətlənir  

15:08
26 Oktyabr

Lula da Silva yenidən Braziliyanın Prezidenti seçilib  

14:49
26 Oktyabr

Aİ Serbiyanın "Tələbə siyahısı"nı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib  

14:30
26 Oktyabr

Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib  

14:16
26 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik edib  

13:06
26 Oktyabr

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşüb: 2026–2028-ci illər üzrə Yol Xəritəsi müzakirə olunub  

13:02
26 Oktyabr

Sabah hava əsasən yağmursuz olacaq

12:34
26 Oktyabr

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb  

12:24
26 Oktyabr

Rusiyanın Voronej vilayətinə PUA hücumları nəticəsində ölənlər və yaralananlar var  

12:23
26 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib VİDEO  

12:09
26 Oktyabr

FİFA U-15 yeniyetmələrin inkişafına və futbolun gələcəyinə mühüm töhfələr verir  

11:42
26 Oktyabr

Niderlandın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

11:29
26 Oktyabr

Azərbaycan Elm və Təhsil Nazirliyi İran rəsmisinin açıqlamasına etiraz etdi  

11:26
26 Oktyabr

Avstriya Respublikasının Federal Prezidenti Zati-aliləri cənab Aleksander Van der Bellenə  

11:19
26 Oktyabr

Həftəsonu 54 cinayətin açılması təmin olunub

11:00
26 Oktyabr

Azərbaycan Hindistan üçün əhəmiyyətli tranzit ölkədir  

10:59
26 Oktyabr

Media: Türkiyə Prezidentinin Liviyaya səfəri dekabrın əvvəlinə planlaşdırılır  

10:55
26 Oktyabr

Neftin qiymətinin artması prosesi davam edir  

10:43
26 Oktyabr

Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb  

10:39
26 Oktyabr

Azərbaycan boksçusu Avropa çempionu olub

10:37
26 Oktyabr

Qızıl və gümüş bahalaşıb

10:29
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!