Azərbaycan dünyada etibarlı tərəfdaş kimi nüfuz qazanıb
Azərbaycanın Şərq Tərəfdaşlığı ölkələri sırasında özünəməxsus yeri var. Eləcə də Avropa İttifaqı ilə əməkdaşlıq dövlətimizin xarici siyasətinin əsas prioritetlərindən biridir. Ümumiyyətlə, Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Yaratdığı mükəmməl əməkdaşlıq və tərəfdaşlıq formatı ölkəmizə ən qlobal layihələri reallaşdırmağa imkan verir.
Bu il iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində çıxış edərkən Prezident İlham Əliyev məhz bu məsələlərə də toxunmuşdur. Dövlət başçısı Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımızın mövcud olduğunu vurğulamışdır. Belə ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Hazırda Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik.
Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Ticarətimizin təqribən yarısı üzv dövlətlərin payına düşür. 15 ilə yaxındır Azərbaycan Avropa bazarlarına etibarlı şəkildə xam neft nəql edir. Yaxın zamanda ölkəmiz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayacaq. 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan "Cənub qaz dəhlizi”nin tikintisinin təşəbbüskarı da məhz Azərbaycan olmuş və layihəni maliyyələşdirmişdir. Dövlət başçısı sammitdəki çıxışında Azərbaycan qazını Avropaya çatdıracaq "Cənub qaz dəhlizi”ni enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsi adlandırmışdır.
Avropanın enerji xəritəsini dəyişdirəcək "Cənub qaz dəhlizi”nin çəkilişi uğurla sona çatmaqdadır. Bu nəhəng layihə beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq şəraitində reallaşmışdır.
"Cənub qaz dəhlizi”nin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edirlər. Üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro da "Cənub qaz dəhlizi”nə çoxdan maraq göstərirdilər. Azərbaycan bu ölkələrlə də Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıb.
ABŞ digər mühüm enerji layihələri kimi, "Cənub qaz dəhlizi”nin reallaşmasına da siyasi və mənəvi dəstək vermiş, hərtərəfli kömək göstərmişdir. ABŞ Prezidenti Donald Tramp dövlətimizin başçısına son bir neçə ildə ünvanladığı məktublarda bildirmişdir ki, iki ölkə mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək sıx tərəfdaşlıq edir.
Nəql olunan təbii yanacağın 9 Avropa şirkəti tərəfindən alınması nəzərdə tutulub. Bunlar ingilis-holland "Shell”, Bolqarıstanın "Bulgargaz”, Yunanıstanın DEPA, Almaniyanın "Uniper”, Fransanın "Engie”, İtaliyanın "Hera Trading”, "Edison”, "Enel” və İsveçrənin AXPO şirkətləridir.
"Cənub qaz dəhlizi” Məşvərət Şurasının 2015-ci ildən indiyədək altı iclası keçirilib. Bu tədbirlərin hamısına Bakı evsahibliyi edib. Bu, bir daha təsdiq edir ki, layihənin təşəbbüskarı və aparıcı qüvvəsi Azərbaycandır.
Cari ilin əvvəlində keçirilən altıncı toplantıya nümayəndələrini göndərən ölkələrin sayı əvvəlki tədbirlərdə olduğundan çox idi. Bu isə layihənin artıq qlobal xarakterini və böyük beynəlxalq əməkdaşlıq platforması üzərində ucaldığını göstərir.
Xatırladaq ki, "Cənub qaz dəhlizi”nin təməli 2014-cü il sentyabrın 20-də - "Əsrin müqaviləsi”nin 20 illik yubileyi günü Bakı yaxınlığındakı Səngəçal terminalında qoyulmuşdur. Layihənin nəhəngliyini nəzərə alsaq, onun təməlqoyma və açılış mərasimləri arasındakı vaxt çox qısa olmuşdur. Cəmi 4 ilə yaxın bir vaxt ərzində qazanılan böyük uğur - "Cənub qaz dəhlizi”nin işə düşməsi Azərbaycanın bundan əvvəl həyata keçirdiyi neft-qaz və ixrac layihələrinin təcrübəsinə əsaslanır. Belə ki, Azərbaycan üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərini də təxminən 4 ilə çəkmişdir. Sonra bu kəmərlə yanaşı, "Şahdəniz-1” qazını Azərbaycanın 13 rayonundan keçməklə Gürcüstana və Türkiyəyə çatdıran Bakı-Tbilisi-Ərzurum boru xəttini inşa etmişdir. Əslində Bakı-Tbilisi-Ərzurum kəməri "Cənub qaz dəhlizi”nin bünövrəsi, başlanğıcı rolunu oynamışdır.
"Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimi 2018-ci il mayın 29-da Səngəçal terminalında keçirilmişdir. Buna layihənin dörd seqmentindən ikisinin başa çatması imkan vermişdir. Belə ki, həmin vaxt "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilata başlanmış, CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsi sona çatmışdır.
Bu mühüm hadisədən az sonra, iyunun 12-də Türkiyədə, Əskişəhərdə üçüncü seqment - TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) istifadəyə verildi. Keçən il noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində kəmərin Avropa ilə birləşən hissəsinin açılışı oldu.
Dəhlizin sonuncu hissəsi olan TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) bu ilin sonunadək istismara veriləcəyi gözlənilir. Beləliklə, Avropadakı istehlakçılara çoxdandır gözlədikləri Azərbaycan qazı çatdırılacaq.
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
FAO COP29-un yüksək səviyyədə keçməsi üçün Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib...
05 May
Azərbaycan COP29 çərçivəsində Şərqlə Qərb arasında körpü olacaq
05 May
Mina terroruna görə Ermənistan dünya birliyi tərəfindən qınanılmır
05 May
Regionun gündəliyi Azərbaycan tərəfindən müəyyənləşdirilir
05 May
Beynəlxalq təşkilatlar delimitasiya və demarkasiya prosesini dəyərləndirirlər
05 May
Azərbaycanın təşəbbüsləri bəhrəsini verir
05 May
"Bakı Prosesi" bir daha göstərdi ki, Azərbaycan dünya üçün tolerantlıq nümunəsidir
05 May
Dünyanın çalxalanması fonunda ölkəmizdə sabitliyin olmasının xüsusi önəmi var
05 May
Azərbaycan müxtəlif mədəniyyətlərin inkişafına töhfə verir
05 May
Qərb Gürcüstanı Ukraynaya çevirmək niyyətindədir
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!