Azərbaycan dövləti qadın hüquqlarının qorunmasına xüsusi önəm verir
Mayın 6-da Milli Məclisin Sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bərabərlik və qeyri-diskriminasiya komitəsinin nümayəndə heyəti ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, Milli Məclisin sədri qonağı səmimi salamlayaraq müstəqil Azərbaycanın Avropanın mötəbər qurumları, o cümlədən AŞ PA ilə əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulamışdır.
Görüşdə qeyd olunmuşdur ki, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə addımlayan ölkəmizin xarici siyasətində Avratlantik məkana inteqrasiya prioritet istiqamətlərdəndir. O.Əsədov AŞ PA-nın bərabərlik və qeyri-diskriminasiya komitəsinin qadın hüquqlarının qorunması sahəsində gördüyü işləri yüksək dəyərləndirərək bu mövzuda Bakıda keçiriləcək konfransın əhəmiyyətli olacağına inamını ifadə etmişdir. Bildirilmişdir ki, AŞ PA-nın 50-dən çox konvensiyasına qoşulmuş Azərbaycan gender bərabərliyi məsələsinə xüsusi önəm verir. Təsadüfi deyildir ki, Şərq aləmində ilk dəfə olaraq məhz Azərbaycanda ötən əsrin əvvəllərində qadınlara seçki hüququ verilmişdir. Milli Məclisdə bu gün 19 qadın deputat vardır. Onlar müxtəlif beynəlxalq qurumlarda, o cümlədən AŞ PA-da ölkəmizi layiqincə təmsil edirlər. Biz gələcəkdə bu sahədə Avropa qurumları ilə əlaqələrimizi daha da inkişaf etdirmək niyyətindəyik.
Səmimi qəbul üçün minnətdarlığını bildirən AŞ PA-nın bərabərlik və qeyri-diskriminasiya komitəsi sədrinin birinci müavini Mendes Bota Azərbaycana səfərindən və burada keçirilən görüşlərdən məmnun qaldığını bildirmişdir. Qonaq qadın hüquqlarının qorunması sahəsində Azərbaycanda yeridilən siyasəti və görülən işləri yüksək dəyərləndirmiş, təmsil etdiyi komitənin gələcəkdə də Azərbaycanla əməkdaşlıq etmək istəyini qeyd etmişdir.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Foto A.MƏMMƏDOVUNDUR
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
Karlo Ançelotti: Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur
27 Aprel
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel
Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi
27 Aprel
“WhatsApp”a parolsuz giriş olacaq
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!