20 Mart 2024 08:10
1452
SİYASƏT
A- A+

Azərbaycan COP29-un gündəliyinə fərqli elementlər daxil edəcək

 

Martın 13-dən 16-dək keçirilən XI Qlobal Bakı Forumunda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasının Azərbaycanda keçirilməsi ətrafında da geniş müzakirələr aparılıb.
Qeyd edək ki, forumda BMT baş katibinin siyasi məsələlər üzrə müavini Qay Rayder də iştirak edirdi. Çıxışı zamanı o qeyd edib ki, qlobal məsələlər ən münasib vaxtda həll edilməlidir: "Parçalanma, hərbi qüvvədən istifadə etmə yolverilməzdir. BMT baş katibi dəfələrlə bəyan edib ki, dağıdıcı xətləri aradan qaldırmalıyıq. Aydındır ki, dünya dəyişib. Biz qütblü dünyaya getməliyik. 2030-cu ilə qədər gündəlik müzakirə edilib. Dünya ictimaiyyətinin əsas böhranları aradan qaldırması çox vacib məsələdir. Qay Rayder onu da xüsusi vurğulayıb ki, Bakıda keçiriləcək COP29 tədbiri də böyük əhəmiyyət daşıyır və Azərbaycanın sədrliyini dəstəkləyirlər.
XI Qlobal Bakı Forumunun "Yaxşı sözlərdən yaxşı hərəkətlərə keçmək: COP29 üçün hansı məqsədlər qoymaq olar" mövzusuna həsr olunan elə ilk panel iclasında çıxış edən BMT-nin İnkişaf Proqramının Administratoru Axim Ştayner bildirib ki, dünya iqlim dəyişiklikləri ilə bağlı təcili cavab tədbirlərimizi səbirsizliklə gözləyir. Azərbaycan COP29-a evsahibliyi edəcək. COP29 iqlim dəyişmələri ilə bağlı atılacaq addımlara mühüm töhfə verəcək. "2024-cü ildə iqlim dəyişikliyi məsələsi milli Dayanıqlı İnkişaf Məqsədlərində öz əksini tapır. Çox sayda ölkə artıq bərpaolunan enerjiyə keçid edib",- deyə Axim Ştayner bildirib.
BMT-nin Məskunlaşma Proqramının 2018-2024-cü illərdə icraçı direktoru xanım Maimuna Mohd Şərifin sözlərinə görə, iqlim dəyişiklikləri nəticəsində təbii fəlakətlər baş verir ki, bu da maliyyə itkisi ilə nəticələnir. "Mən inanıram ki, COP29 yerli səviyyədə tədbirlər planı ilə nəticələnəcək və hər bir ölkənin müəyyənləşdirdiyi yerli planlar 2030 Proqramına töhfə verəcək", - deyə o bildirib.
COP29-un Azərbaycan üzrə baş icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov isə müzakirələr zamanı bildirib ki, ev sahibi olaraq fəal hazırlıq işlərinə başlamışıq. Danışıqlar bizə müəyyən təcrübə verəcək və biz əldə etdiyimiz təcrübələri ictimailəşdirəcəyik. Biz COP29-un gündəliyinə faktiki olaraq fərqli elementləri daxil edirik. Ən vacib məsələ dinləməkdir. COP29-un ev sahibi olaraq biz dinləyicilərik. Dinləməklə prosesi faydalı şəkildə idarə etməyə çalışacağıq. Ümumiyyətlə, prosesin davamlılığını və ardıcıllığını təmin etmək vacibdir. Hər kəs bu prosesin tərkib hissəsi olmalıdır. Bu, Azərbaycanın yanaşmasıdır və COP29-da təşkilatçılığın düzgün idarə edilməsindən asılıdır.
Azərbaycanın 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına evsahibliyi etməsi bütün dünyanın diqqət mərkəzindədir. Dünyanın bir sıra aparıcı dövlətlərinin mətbuatında COP29-un dünya üçün əhəmiyyətindən bəhs edən silsilə yazılar dərc edilir. İtaliya mətbuatında verilmiş yazıda COP29-un ilin sonunda Azərbaycanda keçirilməsinin əhəmiyyətindən və beynəlxalq gözləntilərdən bəhs olunur. Məqalədə bildirilir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına Bakının evsahibliyi etmək üçün seçilməsi qlobal enerji diplomatiyasının perspektivləri ilə bağlı beynəlxalq müzakirələrin nəticəsidir. Çünki Azərbaycan karbohidrogenlərin hasilatı və satışı, həmçinin dayanıqlı enerji planlaşdırması perspektivləri sayəsində qlobal enerji reallığında xüsusilə yer tutan ölkədir. 2016-cı ildə "Paris İqlim Sazişi"nə qoşulan Azərbaycan 2030-cu ilədək istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını hədəfləyir. COP29-un bu il Bakıda keçirilməsi Azərbaycanın "yaşıl enerji" siyasətinə qlobal dəstəyi ifadə edir. 
NATO-nun Baş katibi Yens Stoltenberqin ölkəmizə səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüş zamanı başqa məsələlərlə yanaşı, COP29-la bağlı fikir mübadiləsi də aparılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdən sonra mətbuata bəyanatında bildirib ki, mən cənab Baş katibi bizim "yaşıl keçid" gündəliyi haqqında məlumatlandırdım. Azərbaycan yekdilliklə COP29-a evsahibliyi edəcək ölkə seçilmişdir. Bu, bizim "yaşıl keçid"lə bağlı səylərimizin tanınmasının göstəricisidir. Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq biz tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırırıq. Mən cənab Baş katibi bu ilin noyabrında vəzifəsindən asılı olmayaraq, ölkəmizə səfərə gəlməyə dəvət etdim ki, o, bu mühüm tədbirdə bizimlə birlikdə olsun.
NATO-nun Baş katibi Yens Stoltenberq isə mətbuata bəyanatında bildirib ki, mən Azərbaycanda keçiriləcək növbəti COP29 görüşünü çox səbirsizliklə gözləyirəm. İqlim dəyişmələri təhlükəsizlik üçün vacibdir və buna görə də o, NATO üçün də əhəmiyyətlidir. İqlim dəyişmələri böhranı dərinləşdirir və biz onun fəsadlarını dünyanın hər yerində, o cümlədən burada - Azərbaycanda görürük. Beləliklə, dünya enerjiyə ehtiyac duyur, lakin eyni zamanda biz qlobal istiləşməyə qarşı mübarizə aparmalıyıq. Biz enerjiyə olan tələbatı ətraf mühit məsələsi ilə uyğunlaşdırmalıyıq. Azərbaycan təkcə təbii qazını ixrac etmir, hazırda Siz, həmçinin alternativ enerjiyə sərmayə yatırırsınız. Siz böyük potensial haqqında mənə məlumat verdiniz və su-elektrik stansiyalarının, eləcə də külək və günəş enerjisi stansiyalarının tikintisi, elektrik enerjisinin Avropa bazarlarına çıxarılması planlarını təsvir etdiniz. COP29 çox mühüm tədbir olacaq. Vacibdir ki, hamı iqlim dəyişmələrinə qarşı mübarizə aparsın. O, təhlükəsizliyimiz üçün vacibdir, çünki həmin məsələlər özünü aydın büruzə verir. 
Ölkəmizin dünyanın ən böyük dövlətlərarası tədbirlərindən biri olan COP29-a evsahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, həm də son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dövlətlərə layiqli cavabdır. Azərbaycan Prezidenti bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq. Gücünü, qüdrətini bir daha dünyaya göstərəcək. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video