05 Fevral 2026 08:05
3739
SİYASƏT
A- A+
Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı dinamik inkişaf edir

Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı dinamik inkişaf edir


Tarixi dostluq əlaqələrinə dayanan Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər hazırda dinamik inkişaf mərhələsini yaşayır. İki ölkə arasında strateji və hərtərəfli tərəfdaşlıq səviyyəsinə yüksələn bu əlaqələr siyasi dialoqun dərinləşməsində, iqtisadi və enerji sahələrində meqalayihələrin həyata keçirilməsində və bir çox digər sahədə birgə əməkdaşlıqların icrasında da özünü bariz şəkildə göstərir. 

Bakı-Əbu-Dabi münasibətlərinin möhkəmlənməsində ölkə liderlərinin qarşılıqlı səfərləri vacib əhəmiyyət daşıyır. İndiyə qədər Prezident İlham Əliyevin BƏƏ-yə iki rəsmi və beş işgüzar səfəri olub. Eləcə də BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi və işgüzar səfərləri iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada dayandığını göstərir.


Əbu-Dabi görüşündən Vaşinqton zirvəsinə 


Ötən il sentyabrın 16-da Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana, Qarabağa səfər etməsi həm də BƏƏ-nin ölkəmizin ədalətli mövqeyinə tam dəstəyinin ifadəsi idi. Həmin zaman Şuşada Prezident İlham Əliyevin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşü zamanı ölkəmizin rəhbərinin "Bugünkü səfəriniz xüsusi əhəmiyyət daşıyır. Çünki Siz Qarabağa, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz və bu, bizi, bütün Azərbaycan xalqını çox məmnun edir. Bizim əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub" sözləri də iki ölkə arasında qarşılıqlı etimada dayanan yüksək münasibətlərdən xəbər verirdi. 

Burada vacib məqama diqqət çəkək. Keçən il iyulun 10-da Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü Bakının irəli sürdüyü sülh gündəliyinin həyata keçirilməsi istiqamətində dönüş nöqtəsi oldu. Həmin vaxt liderlər bir araya gələrək ikitərəfli danışıqlar apardılar. Heç bir vasitəçi olmadan keçirilən və sülh gündəliyinin irəlilədilməsi baxımından mühüm əhəmiyyət daşıyan görüş zamanı Ermənistan ilə Azərbaycan arasında sülh prosesi istiqamətində müzakirələr aparıldı, razılaşmalar əldə edildi. İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqləndi və bu əsasda nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırıldı. Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar verdilər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəldilər.

Sülhün yaranması üçün uğurlu və etibarlı platforma rolunu oynayan Əbu-Dabi görüşü tarixi Vaşinqton Sammiti üçün münbit zəmin yaratdı. Ötən il Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə Sülh Sazişinin paraflanması bölgəyə de-fakto sülh gətirdi.

 Bu mənada Prezident İlham Əliyevin BƏƏ-nin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi də təsadüfi olmadı. Sözügedən mükafat Azərbaycan liderinə Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına görə verilib.


Perspektivli əlaqələr


Ötən ilin sentyabrında Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ölkəmizə səfəri çərçivəsində "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə"nin, müxtəlif sahələri əhatə edən 12 memorandumun və bir müqavilənin imzalanması  ölkələrimiz arasındakı münasibətlərin çoxtərəfli və yüksək səviyyəsini bir daha nümayiş etdirdi. 

"Cənab Prezident, dost ölkənizlə ikitərəfli əlaqələrimizi gücləndirmək və genişləndirmək üçün xüsusi və böyük marağımız var, onu daha yüksək səviyyəyə qaldırmağı arzulayırıq. Biz hər iki tərəfə fayda gətirəcək və davamlı inkişafa töhfə verəcək yeni əməkdaşlıq fürsətlərinin daim axtarışındayıq" deyən BƏƏ lideri də həmin vaxt Şuşadan ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bəyan etmişdi.

Cari il fevralın 2-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri həm səfər proqramının zənginliyi, həm də Bakı-Əbu-Dabi əlaqələrinin daha da dərinləşməsi ilə əlamətdar oldu. 

Prezident İlham Əliyev və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın görüşü zamanı Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanaraq, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olundu.

Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə "Cənub Qaz Dəhlizi" QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalandı.

Qeyd edək ki, Azərbaycan-BƏƏ əməkdaşlığında əsas yerlərdən birini enerji sektoru tutur.  "Masdar", ADNOC və SOCAR arasında imzalanmış sazişlər bərpaolunan enerji, neft-qaz hasilatı və beynəlxalq enerji bazarlarında birgə fəaliyyət üçün mühüm imkanlar açır. 

Bakı ilə Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin yaradılması məsələsinin özü də ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrə müsbət töhfə kimi dəyərləndirilməlidir. 


Dayanıqlı sülhün təmin olunmasına töhfə


Dövlətimizin başçısının səfəri çərçivəsində Azərbaycan Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanıb.

İki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən "Sülh Qalxanı - 2026" birgə əməliyyat-taktiki təliminin keçirilməsi isə Azərbaycan ilə BƏƏ arasında hərbi əməkdaşlığın yeni və daha dinamik mərhələyə keçidini göstərir.  

Fevralın 3-də Azərbaycan və BƏƏ liderləri "Sülh Qalxanı - 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər. Yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilən birgə təlimdə qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetirilib.

Təlimin əsas məqsədi ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.

Qarşılıqlı etimada, ortaq maraqlara və gələcəyə hesablanmış strateji baxışa söykənən Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələri uğurla inkişaf edir. Siyasi dialoqun dərinləşməsi, iqtisadi, humanitar və hərbi əməkdaşlıq sahələrində qurulan tərəfdaşlıq da bunu nümayiş etdirir. İki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində formalaşan əməkdaşlıq isə həm də regional sabitliyin möhkəmləndirilməsinə xidmət edir. Bütün bunlar Azərbaycan ilə BƏƏ arasında əməkdaşlığın gələcək illərdə daha da dərinləşməsindən və hər iki ölkənin milli maraqlarına mühüm töhfə verəcəyindən xəbər verir.


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!